Baş xəbər

Yaxın Şərqdə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində atılan diplomatik addımlar nəticəsiz qalıb. İranın yarı-rəsmi "Fars" xəbər agentliyi Tehran rəhbərliyinin ABŞ-dan gələn 48 saatlıq müvəqqəti atəşkəs təklifini rəsmən rədd etdiyini duyurub.

"The Telegraph" qəzetinin köşə yazarı Embroz Evans-Priçard hesab edir ki, Donald Trampın İrana qarşı atdığı addımlar onu 1956-cı ilin Süveyş böhranını xatırladan tarixi bir məqama sürükləyə bilər. Bu ssenaridə sürətli hərbi uğurlar geniş qlobal iqtisadi təzyiqlər altında əriyib itir və nəticədə ABŞ-ın alçaldıcı geri çəkilməsi ilə beynəlxalq siyasətin tarazlığı kökündən dəyişir.

ABŞ Prezidenti Donald Tramp İranın neft resurslarını nəzarətə götürmək barədə iddialı və mübahisəli planlarını yenidən gündəmə gətirib. Tramp özünün "Truth Social" platformasında paylaşdığı mesajında İran müharibəsinin iqtisadi hədəflərini açıq şəkildə bəyan edib: "Bir az vaxt keçsin, biz Hörmüz boğazını asanlıqla aça, nefti ələ keçirə və nəhəng sərvət qazana bilərik".

ABŞ Prezidenti Donald Tramp Konqresə təqdim etdiyi 2027-ci il büdcə layihəsində hərbi xərclərin rekord həddə – 1.5 trilyon dollara çatdırılmasını tələb edib. Bu rəqəm ötən illə müqayisədə hərbi büdcənin təxminən 40 faiz artırılması deməkdir. Büdcə müraciəti Ağ Evin "Güc vasitəsilə sülh" strategiyasına sadiqliyini və daxili proqramların hesabına hərbi modernləşməyə üstünlük verdiyini nümayiş etdirir.

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

İran Prezidenti Məsud Pezeşkian digər rəsmi şəxslərə qoşularaq, ABŞ Prezidenti Donald Trampın İranı "Daş dövrünə" qaytarmaq təhdidinə sərt reaksiya verib. Pezeşkian bu bəyanatı "kütləvi müharibə cinayəti" törətmək niyyətinin açıq etirafı adlandırıb. Prezident Pezeşkian bu məsələni beynəlxalq hüquq müstəvisinə çıxararaq bildirib ki, Trampın ritorikası mülki infrastrukturu və bütöv bir xalqı hədəf almaq deməkdir ki, bu da beynəlxalq konvensiyalara görə cinayət hesab olunur.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, 9 milyon 610 min 72 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Azərbaycana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 2 milyon 728 min 44 dollara çatdırıb.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində mühüm kriminal hesabat açıqlanıb.Sənəddə təyyarənin qalıqları üzərində hər hansı xarici müdaxilə və ya partlayıcı maddə izinə rast gəlinmədiyi bildirilir. Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Gürcüstanın Kaxeti bölgəsində baş verən bu qəza nəticəsində 20 hərbçi şəhid olmuşdu.

2026-cı ilin mart ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, 2 milyard 961 milyon 823 min dollara bərabər olub. 2026-cı ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard 623 milyon 294 min dollara bərabər olub.

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

Zeyn Qasım və Bricit Blumfild "Şiə Dünyası: Ənənə və Müasirlik Yolları" kitabında dərc olunmuş fəsillərində şiə yaddaşına və təxəyyülünə tarixi-antropoloji bir yanaşma təqdim edirlər. Şiə ədəbiyyatında "Əhli-Kisa"nın (Peyğəmbər s.ə.s-in məşhur hədisində keçən Əli bin Əbu Talib, Fatimə, Həsən və Hüseyn r.ə) mərkəzi yer tutması şübhəsizdir. Bununla belə, "Beytül-Əhzan" (Hüzünlər evi) şiə tarixi rəvayətinin əsas oxunu təşkil edir.