ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazı böhranının konturlarının aydınlaşması ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı olan "Tşiuşi" (Həqiqət axtarışı) jurnalının mart ayının ortalarında Prezident Si Cinpinin dəniz iqtisadiyyatının inkişafı barədə məqaləsini dərc etməsi tamamilə təsadüfi deyil. Si Cinpin həmin məqalədə "güclü dəniz dövləti" quruculuğunun sürətləndirilməsinin zəruriliyini vurğulayıb ki, bu da Çinin dənizə münasibətdə strateji təfəkküründə artan əhəmiyyəti əks etdirən bir addımdır.
Baş xəbər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyevi qəbul edib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və İsrail ordusu fevralın 28-dən başlayan genişmiqyaslı hərbi əməliyyatların 34-cü günündə İran daxilindəki hədəflərə endirilən zərbələrin statistikasını açıqlayıb. Verilən rəsmi məlumatlara görə, koalisiya qüvvələri indiyədək İranın hərbi və strateji infrastrukturuna aid 16 mindən çox obyekti hədəf alıb.
İranın kiçik Xark adası bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasında davam edən müharibənin gedişatı ilə bağlı Qərbdə aparılan müzakirələrin mərkəzində dayanır. Bir sıra Qərb qəzetlərinin bu adanı və onun əhəmiyyətini işıqlandırması göstərir ki, bura ABŞ-İran münaqişəsində həlledici nöqtələrdən birini təmsil edə bilər.
Onilliklər ərzində ABŞ-ın İrana quru hücumu ehtimalı, idarəolunmaz fəsadları və hədsiz yüksək xərcləri səbəbindən "qırmızı xətt" hesab olunurdu. Lakin bu gün ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin şiddətlənməsi ilə dünən qeyri-mümkün görünənlər bu gün real ehtimala çevrilir. Artıq müzakirələr hücumun olub-olmayacağı deyil, onun haradan başlayacağı və strateji qazanc gətirib-gətirməyəcəyi ətrafında gedir.
ABŞ vitse-prezidenti Cey Di Vensin İranla atəşkəs əldə olunması və Hörmüz boğazının yenidən naviqasiya üçün açılması məqsədilə vasitəçilərlə intensiv danışıqlar apardığı məlum olub. Mənbələr bildirir ki, Prezident Donald Tramp vitse-prezident Vensə bu prosesdə geniş səlahiyyətlər verib. Vensin son olaraq Pakistan vasitəçiləri ilə görüşdüyü və Tehranın hərbi əməliyyatlarda fasilə istəyinə cavab olaraq ABŞ-ın şərtlərini çatdırdığı qeyd olunur. Pakistan hazırda Vaşinqton və Tehran arasında əsas kommunikasiya körpüsü rolunu oynayır.
ABŞ Prezidenti Donald Tramp bu axşam İran müharibəsi ilə bağlı xalqa müraciət etməyə hazırlaşır. Bu, münaqişənin başlamasından bəri prezidentin "praym-taym" (ən çox izlənilən vaxt) zamanı edəcəyi ilk çıxışıdır. Müraciət ölkədə prezidentin reytinqinin düşdüyü və iqtisadi narahatlığın artdığı bir dövrə təsadüf edir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb. Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb.
Qırğız Respublikasının Baş naziri Adılbek Kasıməliyev aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib. Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.
2026 -cı ilin fevral ayında Azərbaycandan Türkiyəyə 61 min 22 turist səfər edib ki, bu da 2025-ci ilin fevralı ilə müqayisədə 2,87 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,73 faiz təşkil edib. 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 115 min 535 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,64 faiz çoxdur.
İsrailin xarici işlər naziri Qideon Saar ölkəsinin apardığı hərbi əməliyyatların gələcəkdə də təkrarlana biləcəyi barədə xəbərdarlıq edib. Gideon Saar çıxışında qeyd edib ki, İsrailin "düşmənləri" hələ də ölkə ərazisinə atəş açmaq imkanına malik olsalar da, onlar artıq İsrail dövlətinin varlığını birbaşa təhlükə altına qoyacaq gücdə deyillər. Nazirin sözlərinə görə, həyata keçirilən əməliyyatlar strateji balansı İsrailin xeyrinə dəyişib.