Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar

    11 İyun 2026 18:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin klinikasında olublar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər.

    VOA xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Qarabağ Universitetinin əsas binası ilə tanış olub, universitet rəhbərliyi tərəfindən həyata keçirilən təhsil və inkişaf strategiyası barədə məlumatlandırılıblar. Daha sonra nümayəndə heyəti Tibb və sağlamlıq elmləri fakültəsinin tədris infrastrukturu – auditoriyalar, tədqiqat və tədris laboratoriyaları, həmçinin Simulyasiya Mərkəzi ilə yaxından tanış olub. Qonaqlara praktik bacarıqların inkişafına yönəlmiş tədris imkanları və tələbələrin peşəkar hazırlığı üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.

    Nümayəndə heyəti daha sonra Qarabağ Universitetinin Klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olub.

    Rəsmi proqram çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev fakültənin tələbələri, akademik heyəti və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Görüş zamanı ölkədə tibb təhsilinin inkişafı, səhiyyə sistemində insan resurslarının gücləndirilməsi, gənc həkimlərin hazırlığı və elmi-tədqiqat fəaliyyətinin təşviqi məsələləri müzakirə olunub.

    İnteraktiv formatda keçən görüşdə nazirlər iştirakçıların suallarını cavablandıraraq dövlətin təhsil və səhiyyə sahələrinin inkişafına yönəlmiş prioritetləri barədə məlumat verib, səhiyyə sahəsində aparılan islahatlarla bağlı fikirlərini bölüşüb, gənclərin peşəkar inkişafına və keyfiyyətli tibb təhsilinin təmin edilməsinə xüsusi önəm verildiyini vurğulayıblar.

    Görüş zamanı Qarabağ Universitetinin regionda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasında oynadığı rol, universitet-klinika modelinin üstünlükləri, eləcə də Qarabağda müasir səhiyyə və təhsil ekosisteminin formalaşdırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.

    Qonaqlar həmçinin universitetin tələbə yataqxanasında tələbələr üçün yaradılmış yaşayış şəraiti və təqdim olunan imkanlarla tanış olublar.

    Səfər çərçivəsində qonaqlar Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı musiqi proqramını da izləyiblər.

    #Emin Əmrullayev #Qarabağ Universiteti #Teymur Musayev #Tibb və sağlamlıq elmləri fakültəsi #klinikalar #təhsil strategiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib

    8 İyun 2026 20:57

    Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

    8 İyun 2026 18:00

    Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

    23 May 2026 18:52

    Baş prokuror Qarabağ Universitetinin tələbələri ilə görüşüb

    20 May 2026 20:04

    Bütün tərəfdaşları regionda sülh gündəliyinə dəstək olmağa çağırırıq - Hikmət Hacıyev

    1 May 2026 16:45

    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

    29 Aprel 2026 14:01

    Leyla Əliyeva və Alena Əliyeva “Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümünün təqdimat mərasimində iştirak ediblər

    16 Aprel 2026 10:20

    Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəlib

    2 Aprel 2026 09:04

    Elm və təhsil naziri yeni direktorlarla məktəb idarəetməsini müzakirə etdi

    4 Mart 2026 10:10

    Xankəndidə Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

    24 Fevral 2026 12:19

    Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək

    17 Fevral 2026 19:14

    Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

    5 Fevral 2026 10:24
    XƏBƏR LENTİ

    Küveyt müdafiə nazirliyi 48 saat ərzində 24 pilotsuz uçuş aparatının hava məkanına daxil olduğunu bildirib

    Netanyahunun hakimiyyəti dövründə ABŞ-İran danışıqları qeyri-sabit qalacaq

    Hörmüz boğazında blokada qlobal iqtisadiyyata necə təsir göstərir?

    ABŞ Mərkəzi Komandanlığı İran blokadasını pozan üçüncü ticarət gəmisini sıradan çıxarıb

    BƏƏ diplomatik və beynəlxalq mövqeyini açıqladı

    Kremlin xəbərdarlığı: Hücumlar qlobal iqtisadiyyata təsir edə bilər

    Basqın edilən kəndlərdə hansı hərbi mövqelər qurulub?

    İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hücumlarını qınayıb

    Türkiyənin xarici işlər naziri deyir: İran və ABŞ danışıqlara qayıtmalıdır

    Mərkəzi Bankın FinCERT Mərkəzi beynəlxalq FIRST təşkilatına üzv olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.