Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail işğal altındakı ərazilərdə məskunlaşmanı genişləndirir: 338 milyon dollarlıq yeni plan gündəmdə

    11 İyun 2026 16:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail işğal altındakı ərazilərdə məskunlaşmanı genişləndirir: 338 milyon dollarlıq yeni plan gündəmdə
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətini daha da genişləndirəcək yeni proqramı təsdiqləməyə hazırlaşdığı bildirilir. Məlumata görə, hökumət yeni yaşayış məntəqələrinin salınması və mövcud məskunlaşma məntəqələrinin infrastrukturla təmin olunması məqsədilə 1 milyard şekel, yəni təxminən 338 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdən keçirir.

    Qərarın bu gün İsrailin Təhlükəsizlik Kabinetində müzakirəyə çıxarılması gözlənilir. Layihənin əsas təşəbbüskarlarından biri maliyyə naziri Betsalel Smotriç hesab olunur. O, uzun müddətdir işğal altındakı Fələstin ərazilərində məskunlaşma siyasətinin genişləndirilməsinin tərəfdarı kimi tanınır.

    Müzakirəyə təqdim edilən layihəyə əsasən, əvvəllər yaradılmış və “müvəqqəti” status daşıyan yaşayış məntəqələrinin hüquqi və maliyyə baxımından dəstəklənməsi nəzərdə tutulur. Ayrılması planlaşdırılan vəsaitlər yeni yolların çəkilməsinə, torpaq sahələrinin hazırlanmasına, kanalizasiya və su təchizatı sistemlərinin qurulmasına, həmçinin yaşayış komplekslərinin inşasına yönəldiləcək.

    Bundan əvvəl İsrail hökuməti əlavə olaraq 51 milyon dollar vəsait ayıraraq 69 yeni məskunlaşma məntəqəsi və məntəqə layihəsinin hazırlanmasına qərar vermişdi. Bu addım hökumətin son illərdə məskunlaşma siyasətini sürətləndirməsi fonunda atılan növbəti addım kimi qiymətləndirilir.

    Ekspertlər bildirib ki, Təl-Əviv artıq məskunlaşma layihələrinin planlaşdırılması mərhələsindən çıxaraq onların sürətli icrası mərhələsinə keçib.

    2022-ci ilin sonlarında formalaşan İsrail hökuməti dövründə ümumilikdə 103 yeni məskunlaşma məntəqəsinin yaradılması ilə bağlı qərarlar qəbul olunub. Hazırda isə əlavə maliyyələşdirmə vasitəsilə tikintisi tamamlanmamış 61 məntəqənin infrastruktur və kommunal xidmətlərlə təmin edilməsi planlaşdırılır.

    Ekspertlər hesab edir ki, məsələnin əsas təhlükəsi yalnız ayrılan maliyyə vəsaitinin həcmi ilə məhdudlaşmır, hökumət tikinti proseslərini sürətləndirmək üçün hərbi qərarlar və hüquqi istisnalardan istifadə etməyi planlaşdırır. Bu mexanizmlər vasitəsilə bəzi layihələrin “müvəqqəti obyektlər” adı altında adi planlaşdırma prosedurlarından yan keçərək dərhal həyata keçirilməsi mümkün ola bilər.

    Məlumatlara görə, hazırda işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə təxminən 700 min məskun yaşayır. Fələstin tərəfi və bir sıra beynəlxalq qurumlar bu siyasətin fələstinlilərin yaşayış məkanlarının parçalanmasına, iqtisadi inkişaf imkanlarının məhdudlaşmasına və gələcək siyasi həll perspektivlərinin zəifləməsinə səbəb olduğunu bildirirlər.

    Birləşmiş Millətlər Təşkilatı və dünyanın əksər ölkələri işğal altındakı ərazilərdə salınan bu məskunlaşma məntəqələrini beynəlxalq hüquqa zidd hesab edir. İsrail isə bu mövqeni qəbul etmir və İordan çayının qərb sahilindəki mövcudluğunu davam etdirmək niyyətində olduğunu bildirir.

    Son qərarın təsdiqlənəcəyi təqdirdə, bu, son illərdə işğal altındakı ərazilərdə həyata keçirilən ən böyük maliyyə dəstək proqramlarından biri olacaq və regionda siyasi gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirəcək.

    #Fələstin #İordan çayının qərb sahili #İsrail hökuməti #yeni yaşayış məntəqələrinin salınması #1 milyard şekel #İsrailin 338 milyon ABŞ dollarlıq layihəsi #İsrail işğal altındakı Fələstin ərazilərində məskunlaşma siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nablus şəhərində reyd zamanı jurnalistlər gözyaşardıcı qazdan zərər çəkib

    25 İyul 2026 22:35

    Qətər İsrailli məskunlaşmaçıların İordan çayının qərb sahilindəki hücumlarını pisləyib

    25 İyul 2026 19:34

    İordan çayının qərb sahilində İsrail reydləri davam edir

    25 İyul 2026 19:28

    İordaniya məskunlaşmaçıların hücumlarına görə İsraili məsul sayır

    25 İyul 2026 18:21

    İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində azı 66 fələstinlini saxlayıb

    25 İyul 2026 18:18

    Qəzzada son 48 saatda azı 6 nəfər həlak olub

    25 İyul 2026 18:10

    Fələstinlilərin iradəsini qırmaq mümkün olmayacaq - Hizbullah

    24 İyul 2026 22:05

    Nablus xəstəxanasına hərbi reyd beynəlxalq narahatlıq doğurub

    24 İyul 2026 21:34

    İsrail ordusu Səlfit bölgəsində kəndlərin girişlərini bağlayıb

    24 İyul 2026 19:39

    İsrail rəhbərliyi yeni hərbi tədbirlər paketini açıqlayıb

    24 İyul 2026 17:41

    İsrail ordusu Nablus və ətraf kəndlərdə genişmiqyaslı əməliyyata hazırlaşır

    24 İyul 2026 17:32

    İordan çayının qərb sahilində gərginlik - Tal kəndindən çağırış

    24 İyul 2026 17:17
    XƏBƏR LENTİ

    Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib

    Qazaxıstan vətəndaşları Türkiyədə mənzil və iş yeri alışlarını artırıb (ÖZƏL)

    ABŞ-nin müharibə və sülhün vaxtını müəyyən etməsinə imkan verməyəcəyik - İran

    Misirdə Azərbaycan diasporu sədrinin rəhbərlik etdiyi fondun məzunlarına sertifikatlar təqdim olunub

    Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

    İstanbul şəhərinə yeni baş konsul təyin edilib

    Azərbaycanın İstanbuldakı baş konsulu geri çağırılıb

    Müxtəlif ölkələr mediasiyanı necə tənzimləyir?

    Aliağa limanında "yük" partlayışı - 35 milyon tonu kim daşıdı? (ÖZƏL)

    ABŞ vətəndaşları Türkiyədə daşınmaz əmlak alışlarını azaldıb (ÖZƏL)

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.