Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Mərkəzi Bankın FinCERT Mərkəzi beynəlxalq FIRST təşkilatına üzv olub

    11 İyun 2026 18:52
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mərkəzi Bankın FinCERT Mərkəzi beynəlxalq FIRST təşkilatına üzv olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    11 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) beynəlxalq “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul olunub.

    VOA xəbər verir ki, FinCERT üzvlük üçün müəyyən edilmiş bütün tələbləri uğurla yerinə yetirib. “FIRST” dövlət, kommersiya və akademik sektorları təmsil edən kompüter təhlükəsizliyi insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatdır. Üzvlük maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində etibarlı əməkdaşlıq imkanlarını genişləndirir, qabaqcıl təcrübələrə çıxışı təmin edir və operativ məlumat mübadiləsini gücləndirir.

    Bu addım Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin inkişafına, erkən xəbərdarlıq və koordinasiya imkanlarının gücləndirilməsinə və maliyyə bazarı iştirakçılarının kiberdayanıqlığının artırılmasına xidmət edir. Xatırladaq ki, FinCERT sahəvi mərkəz olaraq məlumatların qəbulunu, təhlilini və aidiyyəti üzrə koordinasiyanı təmin edir. Mərkəzin əsas məqsədi maliyyə sektorunda koordinasiyalı yanaşmanı dəstəkləmək və kibertəhlükəsizlik dayanıqlılığını artırmaqdır.

    #kibertəhlükəsizlik #Mərkəzi bank #FinCERT #FIRST təşkilatı #maliyyə sektoru #kompüter insidentləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    “Philips” və “Shell” kiberhücumun hədəfinə çevrilib

    13 Avqust 2026 20:28

    Azərbaycanda depozit portfeli 39 milyard manatı keçib

    12 Avqust 2026 12:11

    "Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt

    10 Avqust 2026 14:15

    Levi Strauss kibertəhlükəsizlik insidentini açıqlayıb

    7 Avqust 2026 19:34

    Trampın müşavirləri OpenAI və Google nümayəndələri ilə görüşəcək

    4 Avqust 2026 20:07

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    3 Avqust 2026 21:26

    Anthropic-in süni intellekt modeli hansı sistemlərə daxil olub?

    31 İyul 2026 20:13

    ABŞ qabaqcıl süni intellekt modelləri üçün yeni təhlükəsizlik qaydaları hazırlayır

    30 İyul 2026 21:07

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    16 İyul 2026 13:08

    Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

    15 İyul 2026 09:00

    Kanada banklarına süni intellekt təhlükələri ilə bağlı xəbərdarlıq edilib

    13 İyul 2026 22:42
    XƏBƏR LENTİ

    Bu gün Vezuvi vulkanı Pompeyini tarixə çevirdi

    Tarixdə bu gün – 24 Avqust

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    Prezident İlham Əliyev: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

    Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

    Quterreşin varisliyi uğrunda yarışda kimlər var?

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

    Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.