Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Gürcüstan - Azərbaycan sərhədi yaxınlığında qəza keçirən Türkiyə hərbi təyyarəsində xarici müdaxilə olmadığı təsdiqləndi

    3 Aprel 2026 12:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Gürcüstan - Azərbaycan sərhədi yaxınlığında qəza keçirən Türkiyə hərbi təyyarəsində xarici müdaxilə olmadığı təsdiqləndi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Ankara Respublika Baş Prokurorluğu tərəfindən Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində mühüm kriminal hesabat açıqlanıb.

    VOA xəbər verir ki, sənəddə təyyarənin qalıqları üzərində hər hansı xarici müdaxilə və ya partlayıcı maddə izinə rast gəlinmədiyi bildirilir. Xatırladaq ki, 2025-ci il noyabrın 11-də Gürcüstanın Kaxeti bölgəsində baş verən bu qəza nəticəsində 20 hərbçi şəhid olmuşdu.

    Kriminal hesabatda qeyd olunur ki, təyyarənin gövdəsi üzərində hər hansı mərmi və ya qəlpə izi, eləcə də əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yarana biləcək zədələr aşkar edilməyib. Ekspertlər yanğını başladan neft törəməsi və ya yanğını sürətləndirən kimyəvi maddələrin də olmadığını təsdiqləyiblər. "Element analizi" nəticəsində qalıqlarda hər hansı şübhəli kimyəvi tərkibə rast gəlinməyib. Bu tapıntılar təyyarənin hər hansı hücum nəticəsində düşməsi ehtimalını istisna edir.

    Hazırda təyyarənin qəzaya uğrama səbəblərini müəyyən etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin mütəxəssisləri tərəfindən araşdırmalar davam etdirilir. Prosesə TÜBİTAK, TUSAŞ və MKE kimi qurumların ekspertləri də cəlb olunub. Gürcüstan tərəfi ilə tam əməkdaşlıq çərçivəsində aparılan istintaqın gedişində şəhid olan hərbçilərin rəqəmsal materialları və telefonları da analiz edilir.

    Beynəlxalq standartlara uyğun aparılan bu texniki təhlillərdən sonra əvvəlcə qəza üzrə ilkin rəy, daha sonra isə yekun rəsmi hesabat hazırlanacaq. Şəhid hərbçilərin nəşləri üzərində aparılan məhkəmə-tibbi ekspertizanın nəticələri də artıq istintaq materiallarına əlavə edilib. Prokurorluq hadisənin texniki nasazlıq və ya insan amili səbəbindən baş verib-vermədiyini aydınlaşdırmağa çalışır.

    #C-130 hərbi yük təyyarəsi #C-130 #C-130 yük təyyarəsi #C-130 tipli hərbi nəqliyyat təyyarəsi #C-130 tipli hərbi təyyarə qəzası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    C-130 hərbi yük təyyarəsinin qalıqları Kayseridə təhlil olunacaq - Türkiyə MN

    24 Noyabr 2025 14:26

    Təyyarə qəzasının səbəbləri hərtərəfli araşdırılır - Ərdoğan

    19 Noyabr 2025 14:09

    Qara qutunun analizi 2 ay çəkəcək - Yaşar Gülər

    17 Noyabr 2025 22:25

    Qəzaya dair ilkin məlumatlar barədə yayılan xəbərlər həqiqəti əks etdirmir - Türkiyə MN

    17 Noyabr 2025 14:15

    C-130 təyyarələrinin uçuşları tədbir məqsədilə dayandırılıb - Türkiyə MN

    13 Noyabr 2025 14:22

    Gürcüstanda düşən Türkiyə C-130 təyyarəsindəki son şəhidin də nəşi tapılıb

    13 Noyabr 2025 12:31

    Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib

    13 Noyabr 2025 11:04

    Türkiyəyə məxsus hərbi təyyarənin qara qutusu ölkəyə gətirilib

    12 Noyabr 2025 22:53

    Təyyarəmizin qara qutusu tapılıb, araşdırmalar başladılıb - Ərdoğan

    12 Noyabr 2025 16:13

    Gürcüstan Türkiyə ilə birgə hərbi təyyarə qəzası üzrə Beynəlxalq İstintaq qrupu yaradıb

    12 Noyabr 2025 14:38

    İran XİN Türkiyəyə başsağlığı verib

    12 Noyabr 2025 11:04

    Təyyarə qəzasında 20 hərbçimiz şəhid olub - Türkiyə MN

    12 Noyabr 2025 09:23
    XƏBƏR LENTİ

    Sinqapurun dövlət başçısı Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BMT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    Livandakı atəşkəs müharibənin sonu üçün vacibdir - İran

    Rusiyada təyyarə yanacağı ixracı dayandırılıb

    Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

    Hazırda yayılan məlumatlar yalnız spekulyasiyadır - Əraqçi

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

    Prezident İlham Əliyev: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik

    ASELSAN 845 milyon dollarlıq yeni müqavilə imzladı

    Prezident İlham Əliyev: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.