Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb

    11 İyun 2025 19:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin İnsani Yardım Vəqfi (İHH), bu il Qurban Bayramı fəaliyyətləri çərçivəsində vəkalətini aldığı 112 min 207 paylıq qurbanı, Türkiyə də daxil olmaqla 60 ölkədə ehtiyac sahiblərinə çatdırıb.

    Bu barədə AzerVoice-a İHH-dən məlumat verilib.

    Məlumata görə, vəqf, eyni zamanda, donorların dəstəyi ilə 15 ölkədə 41 min 601 yetim və ehtiyac sahibi uşağa bayramlıq paltarlar hədiyyə edib.

    İHH, Türkiyədə 3 min 544 paylıq qurban kəsərək ehtiyac sahiblərinə çatdırıb. Paylanmalardan ümumilikdə 142 min nəfər yararlanıb. Vəqf, Türkiyədə 8 min 801 uşağa da bayramlıq paltarlar hədiyyə edib.

    Vəqf, Fələstin və Qəzzaya göndərilmək üzrə vəkalətini aldığı 54 min 232 paylıq qurbanı kəsib. İsrailin işğal və qətliamları səbəbilə ağır şərtlərin hökm sürdüyü Fələstində, qurbanların böyük hissəsi ölkə xaricində kəsilərək konservləşdirilib Qəzzaya göndəriləcək. Qəzzada planlaşdırılan paylanmalarla birlikdə İHH, bu il Qurban Bayramı fəaliyyətləri çərçivəsində 4,5 milyondan çox insana qurban əti çatdırmış olacaq.

    Bundan əlavə, İHH, Yəmən, Arakan və Sudanda da qurban fəaliyyətləri həyata keçirib. Vəqf, Sudanda 4 min 46, Yəməndə 2 min 770, Arakanda isə 2 min 625 paylıq qurban kəsib. Paylanmalardan 370 mindən çox insan yararlanıb.

    İHH, Türkiyədəki bayramlıq fəaliyyətləri ilə yanaşı, 14 ölkədə də yetim və ehtiyac sahibi uşaqlara bayramlıq paltarlar hədiyyə edib. Bayramlıq Türkiyə, Əfqanıstan, Arakan, Azərbaycan, Albaniya, Burkina Faso, Çad, İndoneziya, Fələstin, Livan, Mali, Suriya, Tunis, Toqo və Yəməndə paylanılıb.

    Türkiyə və Şimali Kipr Türk Respublikası ilə yanaşı, qitələr və bölgələr üzrə İHH-nin qurban kəsdiyi ölkələr bunlardır:

    • Yaxın Şərqdə: Fələstin, İraq, İran, Livan, Misir, Suriya, İordaniya, Yəmən
    • Balkan yarımadası və Avropada: Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya, Rumıniya, Serbiya (Sancak və Preşova), Ukrayna
    • Qafqaz və Orta Asiyada: Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan
    • Afrikada: Benin, Burkina Faso, Burundi, Cibuti, Çad, Mərkəzi Afrika Respublikası, Efiopiya, Fil Dişi Sahili, Qana, Qvineya, Cənubi Afrika, Keniya, Malavi, Mali, Mavritaniya, Niger, Seneqal, Sierra Leone, Somali, Sudan, Tanzaniya, Toqo, Uqanda, Zambiya, Zimbabve
    • Cənubi Asiyada: Banqladeş, İndoneziya, Filippin (Banqsamoro), Hindistan, Kamboca, Myanma (Arakan), Nepal, Pakistan, Şri- Lanka, Tailand (Patani) və Vyetnam.

    Qeyd edək ki, İHH İnsani Yardım Vəqfi, ötən il Qurban Bayramı fəaliyyəti çərçivəsində vəkalətini aldığı 102 min 266 paylıq qurbanı Türkiyə də daxil olmaqla 66 ölkədə ehtiyac sahiblərinə çatdırmışdı. Vəqf, eyni zamanda, 16 ölkədə 42 min 245 yetim və ehtiyac sahibi uşağa da bayramlıq paltarlar hədiyyə etmişdi.

    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb
    #Türkiyə #Azərbaycan #Fələstin #Qəzza zolağı #Şimali Kİpr Türk Respublikası #Livan #Albaniya #İHH #Yəmən #Əfqanıstan #Suriya #Mali #İndoneziya #Burkina Faso #Tunis #Çad #Qurban Bayramı #Qurban yardımı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

    2 Sentyabr 2026 09:48

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Prezident İlham Əliyev: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır

    Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

    Prezident İlham Əliyev Vyetnam Prezidentinə təbrik məktubu ünvanlayıb

    Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    “Rəqəmsal platforma təsirçisi” adlı uçot təsnifatı yaradılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.