#İndoneziya

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada 7,7 bal gücündə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və çoxsaylı şəxslərin yaralanması ilə əlaqədar başsağlığı verib. Zəlzələnin episentri Flores adasının sahilləri yaxınlığında, Şərqi Nusa-Tenqara əyalətindəki Ende şəhərindən 68 kilometr məsafədə qeydə alınıb. Son məlumata əsasən, təbii fəlakət nəticəsində azı 38 nəfər həyatını itirib.

İndoneziya və Sinqapur Malakka boğazının bütün ölkələr üçün açıq qalacağını bəyan ediblər. Ölkə rəhbərləri boğazın beynəlxalq dəniz nəqliyyatı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. İndoneziya bu məsələdə Malayziya və Tailandla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Sinqapur isə dənizdə sərbəst hərəkət prinsipinə sadiq olduğunu bildirib. Açıqlama İranın Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq ediləcəyinə dair bəyanatından sonra verilib. Hörmüz boğazı qlobal enerji ticarətinin əsas marşrutlarından biri hesab olunur. Bu səbəbdən bölgədə baş verən dəyişikliklər beynəlxalq daşımalar üçün xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər vəziyyətin enerji bazarlarına təsirini diqqətlə izləyirlər.

Misir rəsmi olaraq bəyan edib ki, öz hərbi qüvvələri ilə Qəzzadakı "Beynəlxalq Sabitlik Qüvvələri"nin tərkibində iştirak edəcək və bununla da özünü Fələstin bölgəsində müharibədən sonrakı dövrün nizamlanmasının tam mərkəzinə yerləşdirib. Bu qərar rəsmi Qahirənin müharibədən sonra Qəzzanın təhlükəsizliyinə və sabitliyinə olan sadiqliyi barədə dünyaya çox aydın bir mesaj ötürsə də, eyni zamanda ən böyük ərəb dövlətini olduqca incə bir sınaq qarşısında qoyur: Öz milli təhlükəsizliyini qorumaqla yanaşı, gələcək fəsadları və bədəli öncədən proqnozlaşdırıla bilməyən açıq bir hərbi münaqişənin daxilinə sürüşməkdən necə mühafizə olunmalı?

Hesabatın təqdimatı İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin dəstəyi və İbn Xəldun Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutub. Araşdırmaya görə, halal qida və içki sektoru islam iqtisadiyyatının ən böyük seqmenti olaraq qalır. Hazırda qlobal halal qida və içki bazarında istehlak xərcləri 1,53 trilyon dollar təşkil edir. Analitiklər bu göstəricinin 2029-cu ilədək 2,06 trilyon dollara yüksələcəyini proqnozlaşdırırlar.

Səkkiz ərəb və islam ölkəsinin xarici işlər nazirləri Qüdsdə yerləşən Əl-Əqsa məscidi ətrafında baş verən son hadisələrə dair birgə bəyanat yayıb. Bəyanatda məscidə edilən basqınlar və İsrail bayrağının onun həyətində qaldırılması kəskin şəkildə pislənib və bu addımların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu bildirilib.

Mayın 7-də Türkiyənin Kilis şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium öz işinə başlayıb.

Halmahera adasında yerləşən Dukono vulkanının püskürməsi zamanı üç nəfər həlak olub. Ölənlərin iki nəfərinin Sinqapur vətəndaşı, bir nəfərinin isə yerli turist olduğu bildirilir. Bildirilib ki, xilasedicilər təhlükəli şərait səbəbindən hələ də ölən şəxslərin cəsədlərini ərazidən çıxara bilməyiblər. Vulkan aktivliyinin davam etməsi axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirir.

Türkiyə İslam dünyasının ən nüfuzlu reytinqlərindən biri hesab olunan "Global Muslim Travel Index" (Qlobal Müsəlman Səyahət İndeksi) hesabatında öz mövqeyini daha da möhkəmləndirərək zirvəyə yüksəlib. VOA xəbər verir ki, Türkiyə müsəlman istehlakçılar üçün ən cəlbedici və əlçatan ölkələr siyahısında ilk sırada qərarlaşıb.

İndoneziya hökuməti şənbə günü verdiyi bəyanatda Livanda üç sülhməramlısının yaralanması ilə nəticələnən partlayışı kəskin şəkildə pisləyib. Bu hadisə bir neçə gün əvvəl eyni ölkədən olan üç "mavi dəbilqəli" əsgərin həlak olmasından dərhal sonraya təsadüf edir. Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) cümə günü günortan saatlarında Adaisseh yaxınlığındakı BMT obyektində baş verən partlayış nəticəsində üç sülhməramlının yaralandığını bildirib. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Cakartadakı BMT İnformasiya Mərkəzi partlayışın mənbəyinin hələlik məlum olmadığını, lakin yaralıların İndoneziya vətəndaşları olduğunu təsdiqləyib.

İndoneziyanın Maluku dənizi sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb. İlkin məlumatlara əsasən, zəlzələ ətraf adalarda dağıntılara səbəb olub. Hadisədən sonra verilən sunami xəbərdarlığı isə sonradan ləğv edilib. Hazırda rəsmi qurumlar tərəfindən insan tələfatı barədə dəqiq məlumat açıqlanmasa da, ölən və yaralananların ola biləcəyi ehtimal edilir

İndoneziyada 16 yaşından kiçik uşaqların sosial media platformalarından istifadəsinə qadağa qoyan qanun qüvvəyə minib. Bu addımla Cakarta rəhbərliyi Cənub-Şərqi Asiyada belə bir tətbiqi başladan ilk ölkə olub. Mərhələli şəkildə tətbiq olunacaq bu qadağa çərçivəsində YouTube, TikTok, Facebook, Instagram, Threads, X, Bigo Live və Roblox kimi məşhur platformalara 16 yaşdan aşağı istifadəçilərin girişi məhdudlaşdırılacaq. Rabitə və Rəqəmsal İşlər Naziri Meutya Hafid ölkədə fəaliyyət göstərən bütün rəqəmsal platformalara xidmətlərini dərhal yeni qanunvericiliyə uyğunlaşdırmaq barədə tapşırıq verib.