Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    ABŞ-ın Qəzza üçün yeni planı: Atəşkəsə Tramp zəmanəti

    30 May 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ-ın Qəzza üçün yeni planı: Atəşkəsə Tramp zəmanəti
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – ABŞ administrasiyası tərəfindən irəli sürülən plana əsasən, Qəzzada 60 günlük atəşkəs və girovların qarşılıqlı azad edilməsi nəzərdə tutulur. Planın əsas zəmanətçiləri ABŞ prezidenti Donald Tramp, Misir və Qətər olacaq.

    Planın detalları: 28 israilli girova qarşılıq 125 fələstinli məhbus və 180 meyit

    Sənədə görə, atəşkəsin ilk həftəsində HƏMAS hərəkatı 28 israilli girovu (həm sağ, həm də həlak olmuş) azad etməli, bunun əvəzində İsrail 125 fələstinli məhbusu və 180 fələstinlinin nəşini qaytarmalıdır.

    Bundan əlavə, HƏMASın razılaşmanı imzalamasından dərhal sonra Qəzzaya humanitar yardım göndərilməsi planlaşdırılır. Planın davamında, daimi atəşkəs qüvvəyə mindikdən sonra HƏMAS son 30 girovu da azad edəcək.

    İsrail razıdır, HƏMAS isə planı nəzərdən keçirir

    Ağ Ev cümə axşamı bildirib ki, İsrail ABŞ-ın bu yeni təklifini qəbul edib. HƏMAS isə açıqlamasında planı nəzərdən keçirdiyini və bu gün (cümə) və ya sabah (şənbə) cavab verəcəyini bildirib.

    Əvvəlki cəhdlər uğursuz olub – tərəflər razılaşa bilməmişdi

    Mart ayında atəşkəsin pozulmasından sonra bir neçə dəfə atəşkəs razılaşması cəhdi uğursuz olmuşdu. İsrailin əsas şərtləri arasında HƏMAS-ın tamamilə silahsızlaşdırılması, hərbi gücünün ləğvi və Qəzzada idarəçiliyə son qoyulması yer alır. Bundan əlavə, İsrail 58 nəfərlik girovların hamısının azad edilməsini tələb edir.

    HƏMAS isə öz növbəsində silahdan əl çəkməyi rədd edir və İsrailin Qəzzadan tam çəkilməsini, eləcə də müharibəyə son qoyulmasını tələb edir.

    Münaqişənin xronologiyası: Minlərlə insan həlak olub

    İsrailin hərbi əməliyyatı, HƏMAS tərəfindən 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna edilən hücuma cavab olaraq başladılmışdı. İsrailin məlumatına görə, həmin hücumda 1200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülüb.

    Qəzzadakı səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin başladığı hərbi əməliyyatlar nəticəsində bu günə qədər 150 mindən çox fələstinli həlak olub, bölgə isə böyük dağıntılara məruz qalıb.

    #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    HƏMAS rəsmisi məskunlaşma planlarına qarşı səfərbərlik çağırışı edib

    16 İyul 2026 18:16

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    16 İyul 2026 17:33

    Qəzzadakı son hadisələr atəşkəsin gələcəyinə necə təsir göstərə bilər?

    16 İyul 2026 17:27
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 20 İyul

    Qətərdə fintex inqilabı: Nağdsız ödənişlər may ayında rekord qırdı

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    Əraqçidən etiraf – Ali Rəhbərin ofisində təhlükəsizlik boşluğu var

    Qərb dünyası niyə ədəbiyyata dinin təsirini qəbul etmir?

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.