Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Tramp İsraildən çox Türkiyə, Səudiyyə və Qətərə yaxındır

    15 May 2025 10:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp İsraildən çox Türkiyə, Səudiyyə və Qətərə yaxındır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Yüksək rütbəli İsrailli rəsmilər ABŞ prezidenti Donald Trampın Suriya ilə bağlı sanksiyaları ləğv etməsi qərarına İsrailin qarşı çıxdığı iddialarını təkzib ediblər. Onların sözlərinə görə, Baş nazir Benyamin Netanyahu bu qərara qarşı çıxmayıb, sadəcə ehtiyatlı olmağa və yeni Suriya rəhbərliyinə qarşı konkret şərtlər irəli sürməkdə tələsməməyə çağırıb.

    Sözügedən məsul şəxs bildirib ki, Netanyahu yalnız bir şərtlə sanksiyaların ləğvinə razı ola bilərdi: bu addım mərhələli şəkildə həyata keçirilsin, bir anda genişmiqyaslı şəkildə deyil. Lakin o, ABŞ-ın prezidentinin Suriyanın yeni rəhbəri Əhməd əş-Şəraaya dair qərarına narazılığını gizlətməyib.

    “Tramp bu qərarı Körfəz ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanının və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xeyrinə verdi. Bu, onun İsrailə deyil, onlara daha çox qulaq asdığını göstərir”, – deyə çərşənbə günü “Maariv” qəzeti İsrailli rəsmidən sitat gətirib.

    “Yediot Ahronot” qəzetinin bu gün yaydığı məlumata görə, Netanyahu ötən ay ABŞ-a səfəri zamanı Trampla görüşündə Suriyadakı vəziyyəti ətraflı şəkildə müzakirə edib. Bu müzakirələrdə Ankaranın Suriyada artan nüfuzu, Türkiyənin Suriya ordusunu yenidən qurmaq planları, İsrailin maraqlarının qorunması və sanksiyaların taleyi də gündəmə gətirilib.

    Mənbələr qeyd edir ki, İsrail Suriya rejiminin əslində radikal islamçı köklərə sahib olduğunu düşünür və Şərqin müvəqqəti olaraq siyasətində dəyişiklik etdiyini, amma mahiyyətcə dəyişmədiyini vurğulayır. Bu keçid dövrünün bir neçə ildən – bəlkə də 10-20 ilə qədər davam edə biləcəyi, ardından isə Suriyanın yenidən İsrail və Qərbə düşmən mövqeyə qayıda biləcəyi istisna edilmir.

    İsrail iddia edir ki, Şəraaya yaxın olan bir neçə islamçı silahlı qruplaşma Suriyanın cənubunda İsrailə qarşı “HƏMAS-ın 7 oktyabr 2023-cü ildəki hücumuna bənzər” əməliyyatlar planlaşdırır.

    Xatırladaq ki, Netanyahu ötən ilin aprel ayında təcili şəkildə Ağ Evə çağırılmışdı. Səfərin məqsədi onun Trampa İranla birbaşa danışıqlara başlamaq qərarını çatdırması və eyni zamanda İsrail mallarına tətbiq edilən 17%-lik gömrük rüsumlarının ləğvi barədə razılıq əldə etmək idi.

    Görüşdən sonra jurnalistlərə açıqlama verən Netanyahu bildirmişdi ki, Trampla Suriya məsələsini də müzakirə edib və ona belə deyib: “Biz Türkiyənin Suriya ərazisindən bizə qarşı baza kimi istifadə etməsini istəmirik”. O həmçinin, Tramp ilə bölgədə qarşıdurmadan qaçmağın yolları haqqında danışdığını əlavə etmişdi.

    Lakin Tramp Netanyahuya bu barədə ciddi yanaşmayıb. Əksinə, o, bu sözləri ilə İsrailin narahatlığına qeyri-ciddi yanaşdığını nümayiş etdirib: “Mənim Ərdoğanla əla münasibətlərim var. Mən onu sevirəm, o da məni sevir. Netanyahoya dedim ki, əgər sənin Türkiyə ilə problemin varsa, mən həll etməyə kömək edə bilərəm. Amma düşünürəm ki, problem olmayacaq. Sadəcə, məsələyə rasional yanaşmalısan”.

    İsrailli rəsmilərin sözlərinə görə, Netanyahu Vaşinqtonda keçirdiyi hər iki görüş zamanı, eləcə də İsrailin strateji məsələlər üzrə naziri Ron Dermerin ABŞ paytaxtında apardığı müzakirələrdə Suriya mövzusunu gündəmdə saxlayıb.

    İsraillilər xəbərdarlıq edirlər ki, Şəraa Qərbi aldatmağa çalışır və sanksiyaların ləğvi təhlükəli nəticələr doğura bilər. Amma Tramp bu çağırışlara məhəl qoymayaraq, Şəraaya şans vermək niyyətində israrlı olub və Netanyahoya bildirib ki, Dəməşqin yeni rəhbərliyi nə İsrailə, nə də Qərbə düşmən mövqe sərgiləmir. Əksinə, müsbət siqnallar verir.

    #Benyamin Netanyahu #Donald Tramp #Donald Tramp və Qəzza planı #Donald Tramp Ukrayna müharibəsi haqqında #Donald Tramp 2025 siyasəti #Stiv Uitkoff #Donald Tramp immiqrasiya proqramı #Netanyahu və Donald Tramp görüşü #Donald Tramp ingilis dili sərəncamı #Netanyahu 7 Oktyabr hadisələrində günahkardırmı? #Netanyahu hökumətinin istintaq komissiyası barədə mövqeyi nədir? #Donald Tramp və İsrail əlaqələri #Benyamin Netanyahunun Şabak qərarı #Donald Tramp və Fələstin planı #Benyamin Netanyahu HƏMAS siyasəti #Sisi Netanyahu əlaqələri #Netanyahunun Bakı səfəri #Donald Trampın Səudiyyə səfəri #Donald Tramp Suriya #Donald Trampın Yaxın Şərq siyasəti #Netanyahu və ordu rəhbərliyi arasında gərginlik #Əhməd Şəraa və Netanyahu görüşü #Donald Tramp Yaxın Şərq siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54
    XƏBƏR LENTİ

    Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur

    Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    Yaponiyadan Sakit okeanda kritik həmlə: "ASM-3 Kai" həm gəmiləri, həm təyyarələri vuracaq

    Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    Pezeşkian: ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək

    Kia avqust ayında 83 mindən çox maşın satdı

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.