ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17A Globemaster III” tipli yük təyyarəsi avqustun 25-də Rusiyanın paytaxtı Moskvadakı Vnukovo hava limanına enib. “Flightradar24” məlumatına görə, 07-7181 qeydiyyat nömrəli təyyarə səhər saat 08:50-də Latviyanın Riqa hava limanından havaya qalxıb və təxminən 10:04-də Vnukovo yaxınlığında siqnalı itib. Təyyarənin Riqaya isə avqustun 24-də ABŞ-ın Merilend ştatındakı Endryus birgə bazasından gəldiyi bildirilib.
#Stiv Uitkoff
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Dohada görüş keçirib. Görüşdə ABŞ ilə İran arasında davam edən danışıqların gedişi müzakirə olunub. Tərəflər diplomatik prosesdə əldə olunan irəliləyiş barədə fikir mübadiləsi aparıblar. Livandakı vəziyyət də görüşün əsas mövzularından biri olub. Görüş iştirakçıları ölkədə atəşkəsin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Qətər bölgədə vasitəçilik səylərini davam etdirir. Danışıqların nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb.
ABŞ və İran arasında diplomatik proses pərdəarxası təmaslarla davam edir. İsveçrədə müxtəlif ölkələrin diplomatları arasında məxfi görüşlərin keçirildiyi bildirilir. Cared Kuşnerin İsveçrədə olduğu qeyd olunur. Qətərin Baş naziri və İsveçrənin xarici işlər naziri arasında da görüş baş tutub. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin daxil olduğu qrup gələcək addımları müzakirə edir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvi isə Tehranda Abbas Əraqçi ilə görüşür. Rəsmi danışıqlar təxirə salınsa da, diplomatik fəaliyyət dayanmayıb. Tərəflər mümkün razılaşma üçün səylərini davam etdirirlər.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla bağlı danışıqların bazar günü baş tuta biləcəyini bildirib. O qeyd edib ki, diplomatik proses davam edir və tərəflər arasında təmaslar saxlanılır. Vensin sözlərinə görə, Stiv Uitkoff və Cared Kuşner hazırda İsveçrədədir. ABŞ administrasiyası atəşkəsin qorunacağına ümid edir. Vitse-prezident İranın Hörmüz boğazını bağlaması ilə bağlı iddiaların təsdiqlənmədiyini deyib. O, bununla bağlı sübut olmadığını vurğulayıb. Vaşinqton bölgədə sabitliyin qorunmasına çalışdığını bildirir. Danışıqların gələcəyi diqqətlə izlənilir.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun İranla mümkün danışıqlar üçün İsveçrəyə yola düşdüyü iddia olunur. Məlumata əsasən, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də hazırda İsveçrədə olduğu iddia edilir. Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçinin də İsveçrəyə səfər planının olduğu, lakin bunun dəyişə biləcəyi qeyd olunub.
Məlumata görə, iki mərhələli yanaşmanı ehtiva edən təklifə əsasən, ilkin mərhələdə dərhal atəşkəs qüvvəyə minməli, daha sonra isə 15–20 gün ərzində hərtərəfli razılaşma üzərində danışıqlar aparılmalıdır. Planın eyni zamanda Hörmüz boğazının yenidən açılmasını təmin etməsi nəzərdə tutulur.
ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada atəşkəsin tərəflərini öhdəliklərinə əməl etməyə və təmkin nümayiş etdirməyə çağırıblar. Bu barədə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə aparılan danışıqlardan sonra məlumat verib. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi olan Uitkoffla adıçəkilən ölkələrin rəsmiləri 10 oktyabrda qüvvəyə minmiş atəşkəsin birinci mərhələsini nəzərdən keçirmək üçün görüşüblər.
Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RФПİ) baş icraçı direktoru Kirill Dmitriev ABŞ-a getdiyini açıqlayıb. Bundan əvvəl xəbər verilmişdi ki, Tramp Ukraynadakı konfliktin nizamlanması üzrə danışıqların növbəti mərhələsini elan edib. ABŞ Prezidenti qısa müddət üçün Floridaya gedəcəyini və “çoxsaylı görüşlərin planlaşdırıldığını” qeyd edib.
ABŞ prezidenti xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftəsonu Almaniyanın paytaxtı Berlin şəhərində Ukrayna, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə görüşəcək. Stiv Uitkoff ilə yanaşı, Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner də Avropa liderləri və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşlər keçirəcək.
Misir, İran, ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında aparılan intensiv diplomatik təmaslar nəticəsində Qahirə, Tehran və Vaşinqtonla yanaşı, Agentliklə də İranın nüvə proqramı üzrə danışıqların bərpası istiqamətində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib. Bu barədə Misir Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda məlumat verib. Bəyanatda qeyd olunur ki, xarici işlər naziri Bədr Əbdülati İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefon danışıqları aparıb. Nazirlik bildirib ki, danışıqlar regionda təhlükəsizlik və sabitliyin qorunması, gərginliyin azaldılması və 9 sentyabrda Qahirədə İranla BAEA arasında imzalanmış razılaşmadan sonra yaranan diplomatik dinamikanın davam etdirilməsi məqsədi daşıyır.
ABŞ-ın vitse-prezidenti C.D. Vens və xüsusi elçisi Stiv Uitkof bazar ertəsi İsrailə səfər edəcəklər. Səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının həyata keçirilməsi və prosesdə əldə olunan irəliləyişlərin müzakirəsidir.
ABŞ prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof İsrailin Təl-Əviv şəhərində çıxış edərkən, Qəzzada atəşkəsin əldə olunmasında göstərdiyi səylərə görə Türkiyə, Qətər və Misirə təşəkkür edib.