Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Ərdoğan kosmosdakı ilk türk astronavtla danışıb

    22 Yanvar 2024 16:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ərdoğan kosmosdakı ilk türk astronavtla danışıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Kosmos Stansiyasında ilk türk astronavtı Alper Gezeravcı ilə canlı bağlantı ilə görüşüb.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

    R.T.Ərdoğan qeyd edib ki,Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən yetişdirilmiş pilot olaraq bu vəzifəyə ən uyğun namizəd Alper Gezeravcı idi.

    "Amma bu dəfə siz pilot olaraq çatdığınız hündürlükdən xeyli irəli getdiniz. Çətin bir səyahət yaşadınız. Bizim üçün çox dəyərlidir ki, bizim ilk insanlı kosmik missiyamız elm missiyasıdır. Beləliklə, türk alimləri elmi ədəbiyyata və araşdırmalara öz töhfələrini verəcəklər. Ümid edirəm ki, orada bir çox müxtəlif sahələrdə aparacağınız təcrübələr uğurla başa çatacaq", - deyə R.T.Ərdoğan əlavə edib

    A.Gezeravcı isə hazırki vəziyyətindən bəhs edib.

    Kosmosa getdiyimiz ilk andan bədənimizdə bəzi açıq dəyişiklikləri dərhal hiss etməyə başladıq. Məsələn, burada normal olaraq bütün bədənimizə yayılmalı olan qan bədənimin yuxarı hissələrinə doğru toplanır. Təzyiq dəyişiklikləri səbəbindən görmə pozğunluqları baş verə bilər. Çox şükür, məndə hələlik bunlardan əsər-əlamət yoxdur. Xüsusi idman proqramlarına əməl edirəm. Burada bəzi təcrübələr keçirirəm və məlumat toplayıram - deyə o bildirib.

    Xatırladaq ki, Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı 19 yanvar Türkiyə saatı ilə 02:11-də Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

    Ərdoğan kosmosdakı ilk türk astronavtla danışıb
    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Alper Gezeravcı #Türkiyə Kosmik Agentliyi (TUA)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

    6 İyun 2026 14:31

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Rəcəb Tayyib Ərdoğan: Afrika ölkələri ilə əlaqələrimizi inkişaf etdirməyə davam edirik

    4 İyun 2026 19:52

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Cənubi Koreya Türkiyə ilə nüvə enerjisi sahəsində əməkdaşlığı artırır

    4 İyun 2026 16:48

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    3 İyun 2026 14:54

    Yaxın şərqdə qalan təyyarəmiz yoxdur - Uraloğlu

    3 İyun 2026 11:23

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48

    Türkiyəli deputatlar Milli Məclisdə olublar

    2 İyun 2026 20:27

    Donald Tramp NATO Zirvəsinə qatılmağı planlaşdırır - Hakan Fidan

    2 İyun 2026 16:13

    Ərdoğan müxalifətə xəbərdarlıq etdi - Küçə qarşıdurmalarına yol verilməyəcək

    1 İyun 2026 21:12
    XƏBƏR LENTİ

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Dünyanın ən kök insanı neçə kiloqram idi?

    Freyd fenomeni: psixoanaliz elm, fəlsəfə, yoxsa müasir dövrün ən mübahisəli nəzəriyyələrindən biri?

    Türk vergisi nədir və kimlərdən alınırdı?

    Mustafa Kamal Atatürkün İslam və din üzərindəki fikirləri nədir?

    Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb

    Bizansın qapılarını açan sərkərdə: Hz. Əbu Bəkrin gizli dövlət strategiyası

    Urmiyadan Dəməşqə uzanan elm yolu: Şeyx Zəkiyəddin Əbdülqadir

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    Dağıstan necə MMA fenomeninə çevrildi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.