Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Körfəz Əməkdaşlıq Şurası / Küveyt
    Küveyt

    Küveyt Səudiyyə Ərəbistanının dəniz alyansı təşəbbüsünə dəstək verir

    30 İyul 2026 21:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Küveyt Səudiyyə Ərəbistanının dəniz alyansı təşəbbüsünə dəstək verir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    Küveyt Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Xalid Əl-Şurəyan Səudiyyə Ərəbistanında müdafiə rəsmiləri ilə görüşərək Bab əl-Məndəb boğazında naviqasiya azadlığının qorunması məsələsini müzakirə edib.

    VOA xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Qırmızı dənizdə husilərin hücumlarına qarşı dəniz daşımalarının təhlükəsizliyini təmin etmək məqsədilə yeni çoxtərəfli müdafiə dəniz alyansının yaradılması istiqamətində səylərini davam etdirdiyi vaxta təsadüf edir.

    Məlumata görə, qərargahı Ər-Riyadda yerləşəcək alyansın əsas məqsədi Qırmızı dəniz və Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir.

    Bildirilib ki, təşəbbüsə qoşulmaq üçün 50-yə yaxın ölkəyə dəvət göndərilib. Dəvət olunan dövlətlər arasında Küveyt, Qətər, Bəhreyn, Misir və Pakistan da var. ABŞ-ın təşəbbüsdə iştirakı isə alyansın beynəlxalq nüfuzunun artırılması baxımından mühüm amil kimi qiymətləndirilir.

    Bu təşəbbüs husilərin iyulun 20-də Səudiyyə Ərəbistanına qarşı "dəniz blokadası" elan etməsindən, həmçinin Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməsindən sonra irəli sürülüb.

    Hücumlar nəticəsində Səudiyyə Ərəbistanı neft ixracının bir hissəsini Yanbu limanı vasitəsilə Qırmızı dəniz marşrutuna yönəltmək məcburiyyətində qalıb. Bu marşrutun da husilərin təzyiqi altında olduğu bildirilir.

    #Küveyt #Səudiyyə Ərəbistanı #ABŞ #Qırmızı dəniz #Husilər #Regional təhlükəsizlik #Bab əl-Məndəb #Dəniz təhlükəsizliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    21 Avqust 2026 22:06

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    21 Avqust 2026 21:31

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    21 Avqust 2026 20:35

    Pekin Vaşinqton və Tehranı danışıqlar masasına çağırıb

    21 Avqust 2026 19:03

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08
    XƏBƏR LENTİ

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.