#4

İraqın İran sərhədinə yaxın Diyala vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerin 15 kilometr dərinliyində qeydə alınıb. Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Vəziyyətlərin İdarə Olunması İdarəsinin məlumatına görə, zəlzələnin episentri Diyala vilayətinin Xanəqin şəhəri olub.

Türkiyənin Kayseri vilayətinin Pınarbaşı rayonunda 4,1 maqnitudalı zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan saat 09:53-də qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. Hazırda zəlzələ nəticəsində dağıntı və xəsarətlərlə bağlı hər hansı məlumat açıqlanmayıb.

Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

12 fevral 2002-ci ildə Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında (ICTY) Miloşeviçə qarşı soyqırımı və hərbi cinayətlər üzrə məhkəmə prosesi başlayıb. "Balkan qəssabı" ləqəbi ilə tanınan Miloşeviç Bosniya, Xorvatiya və Kosovoda törədilmiş kütləvi qətliamlar və etnik təmizləmələrdə ittiham olunub. O, beynəlxalq tribunal tərəfindən ittiham edilən ilk fəaliyyətdə olan dövlət başçısı kimi tarixə düşüb.