İran

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə olunan atəşkəs razılaşmasına münasibət bildirərək, bu nəticəni ölkənin "şəhid lideri" Ayətullah Əli Xameneinin fədakarlığı ilə əlaqələndirib. Pezeşkian həmçinin vurğulayıb ki, İran bundan sonra həm hərbi, həm də siyasi cəbhədə daha sıx birləşməlidir.

ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından bir neçə saat sonra Hörmüz boğazında gəmilərin hərəkəti bərpa edilib. Şərti atəşkəs elan edildikdən sonra strateji boğazı keçən ilk gəmi Liberiya bayrağı altında üzən "Dayton Beach" yük gəmisi olub. İranın Bəndər-Abbas limanındakı gözləmə zonasını tərk edən gəmi, Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyrə limanına doğru istiqamət alıb.

"Sentinel-2" platforması tərəfindən 2026-cı il aprelin 3-də çəkilmiş peyk görüntüləri Tehranın cənub-şərqindəki İvanki bölgəsində yerləşən gücləndirilmiş hərbi kompleksin daxilində genişmiqyaslı dağıntıların olduğunu nümayiş etdirir. Aparılan vizual müqayisələr və təsvirlərin təhlili göstərir ki, cari ilin həyata keçirilən hücumlar kompleksin şimal və cənub-qərb hissələrindəki binaların strukturunu tamamilə dəyişib. Dağıntıların xarakteri hədəflərin birbaşa vurulduğunu və zərbələrin mərhələli şəkildə davam etdirildiyini sübut edir.

Çin Xalq Respublikası ABŞ və İran arasında əldə olunan 14 günlük atəşkəs razılaşmasını müsbət qiymətləndirib və Yaxın Şərqdə uzunmüddətli sabitlik üçün münaqişələrin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirdiyi mətbuat konfransında ölkəsinin rəsmi mövqeyini açıqlayıb. O bildirib ki, Çin tərəflər arasında gərginliyin azaldılması üçün bütün tərəflərlə işləməyə hazırdır.

Donald Trampın elan etdiyi 2 həftəlik müvəqqəti atəşkəs qərarına Türkiyənin dövlət rəhbərliyi yüksək səviyyədə reaksiya verib. Vitse-prezident Cevdet Yılmaz atəşkəsi müsbət qarşıladıqlarını bildirərək, bu addımın təkcə region üçün deyil, həm də dünya iqtisadiyyatı və təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.

İran parlamenti sədrinin müavini Əli Nikzad ABŞ ilə aparılan danışıqlarda İranın təqdim etdiyi 10 maddəlik təklifin qəbul edilməyəcəyi halda razılaşmanın baş tutmayacağını bildirib. Bildirilib ki, İranın irəli sürdüyü əsas tələblər arasında hərbi əməliyyatların tam dayandırılması, ABŞ qüvvələrinin regiondan çıxarılması, Hörmüz boğazı üzərindən keçid məsələlərinin tənzimlənməsi, sanksiyaların ləğvi və ölkəyə dəyən zərərin kompensasiyası yer alır.

İranla müharibənin ikinci ayına daxil olması ilə İsrailin maliyyə itkiləri görünməmiş həddə çatıb. 2023-cü ilin oktyabrından bəri davam edən ardıcıl müharibələr ölkə iqtisadiyyatını dərin sarsıntılara məruz qoyub. 2026-cı ilin aprel ayına olan rəsmi məlumatlara və İsrail Bankının proqnozlarına əsasən, müharibənin iqtisadi fəsadları həm birbaşa, həm də dolayısı ilə ölkədə hər bir ailəyə təsir edib.

Tarix elmi müxtəlif insan qruplarının və xalqların bir-birindən fərqləndirən xüsusiyyətlərini öyrənərkən, "kütlə" (həşd) ilə "ictimaiyyət" (cumhur) arasındakı fərqi müəyyən etməyə çalışır. Sosioloqlar Qustav Le Bon "Kütlələr psixologiyası" adlı kitabında Recis Debre isə "Siyasi zəkanın tənqidi" əsərində bu fərqi aydın şəkildə izah ediblər.Bu nöqteyi-nəzərdən müasir İran özünü saf bir sivilizasiya kimi təqdim edərək, mahiyyətcə "Ərəb İslamı" ilə daimi qarşıdurma üzərində qurulmuş bir dövlət modeli təklif edir. 1979-cu il inqilabı "İran İslamını" hakimiyyətə gətirərkən, İran kimliyini beynəlxalq İslam cəmiyyəti qurmaq və "ümmət" məvfumunu ön plana çıxarmaq iddiası ilə birləşdirdi.