Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İranda “Milli İslam” – Din yoxsa qədim şahlıq iddiaları?

    8 Aprel 2026 12:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranda “Milli İslam” – Din yoxsa qədim şahlıq iddiaları?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    Tarix elmi müxtəlif insan qruplarının və xalqların bir-birindən fərqləndirən xüsusiyyətlərini öyrənərkən, "kütlə" (həşd) ilə "ictimaiyyət" (cumhur) arasındakı fərqi müəyyən etməyə çalışır. Sosioloqlar Qustav Le Bon "Kütlələr psixologiyası" adlı kitabında Recis Debre isə "Siyasi zəkanın tənqidi" əsərində bu fərqi aydın şəkildə izah ediblər.Bu nöqteyi-nəzərdən müasir İran özünü saf bir sivilizasiya kimi təqdim edərək, mahiyyətcə "Ərəb İslamı" ilə daimi qarşıdurma üzərində qurulmuş bir dövlət modeli təklif edir. 1979-cu il inqilabı "İran İslamını" hakimiyyətə gətirərkən, İran kimliyini beynəlxalq İslam cəmiyyəti qurmaq və "ümmət" məvfumunu ön plana çıxarmaq iddiası ilə birləşdirdi.

    İranın bu yeni kimliyə keçidi asan olmamışdır. 1925-ci ildə Qacar sülaləsini devirərək hakimiyyətə gələn Rza şah Pəhləvi dövləti ari millətçiliyi və qədim keçmişin tərənnümü üzərində qurmuşdu. Avropadakı milli dövlət modellərindən (İtaliya və Almaniya) təsirlənən Rza şah, İranı "milli dirçəlişə" (Baas) hazırlayırdı.

    Bu dövrdə alman şərqşünas Ernst Herzfeld kimi alimlər Əhəməni imperiyasını müasir İranın geosiyasi və etnoqrafik modeli kimi təqdim edirdilər. Böyük Kirin (Kuruş) dövründəki bürokratik mərkəziyyətçilik Pəhləvilər üçün ideal bir dövlət nümunəsi oldu. Rza şah modernləşmə bəhanəsi ilə İslam qaydalarına qarşı çıxsa da (Aşura mərasimlərinin qadağanı, hicab qanunu), eyni zamanda İslamı milliləşdirməyə çalışır, din xadimləri ilə sıx əlaqələr saxlayırdı.

    Şah və ruhanilərin gizli ittifaqı

    Tədqiqatçı Əmin Mətin Əsgərinin "Həm Şərqli, həm Qərbli: İran modernizminin intellektual tarixi" əsərində göstərildiyi kimi, şah sarayı marksizmə qarşı din xadimləri ilə əməkdaşlıq edirdi. Murtuza Mütəhhəri kimi simalar həm şahın mükafatlarını alır, həm də Nəcəfdə sürgündə olan Xomeyni ilə əlaqə saxlayırdılar. Bu intellektual zəmin inqilabdan əvvəl artıq "İran millətçiliyi" ilə "İslam mədəniyyətini" sintez etmişdi.

    İnqilabdan sonrakı "Milli İslam"

    1979-cu il inqilabından sonra İran İslam Respublikası Pəhləvi dövrünün bir çox siyasətini – təhsildə fars dilinin mütləqliyi, hərbi xidmət və şanlı keçmişin təbliği kimi elementləri davam etdirdi. Bu, əslində "Ərəb İslamına" qarşı çıxarılan "İran İslamı" idi. 1980-88-ci illər İran-İraq müharibəsi zamanı dövlət televiziyasında yayımlanan "Qələbə salnaməsi" (Ravaye Fəth) sənədli filmləri döyüşçüləri dünyaya yeni yol gətirən müjdəçilər kimi təqdim edirdi.

    2026: Yeni eskalasiya və qədim simvollar

    Bu gün – 2026-cı ildə davam edən müharibə şəraitində eyni ritorika davam edir. Məhəmməd Cavad Zərif kimi diplomatlar və İranın qlobal səviyyədə nüfuzunu qorumaq istəyənlər yenidən Qərb üzərində "mənəvi qələbə"dən danışırlar. Mahmud Əhmədinicatın hakimiyyəti dövründə Böyük Kirin "İnsan haqları silindri"nin Britaniya Muzeyindən gətirilərək Tehranda nümayiş etdirilməsi rejimin özünü ari irsinin yeganə varisi kimi sırımaq cəhdi idi.

    Qasım Süleymani və "Böyük Kir" xəyalı

    İranın ərəb dünyasındakı ekspansiyası, xüsusən Suriya və İraqdakı fəaliyyəti "müqəddəs məkanları ərəb çirkinliyindən təmizləmək" adı altında qabardılır. Qasım Süleymani obrazı həm dini rəhbər, həm də İranın hüdudlarını Böyük Kir dövründəki sərhədlərə çatdıran əfsanəvi qəhrəman kimi təqdim edilib. Küçə divarlarındakı rəsmlərdə Süleymani əfsanəvi oxçu Arəş Kamangir ilə yanaşı təsvir olunur.

    Ərəb və Sünni inkarı üzərində qurulan "milli İslam"

    İran özünün xüsusi "Milli Baas"ını (Dirçəlişini) İslamı funksional bir alətə çevirərək inkişaf etdirib. Bu model Türkiyədəki millətçilik və ya Hindistandakı "Hindistan İslamı" təcrübələrinə bənzəsə də, mahiyyət etibarilə ərəb dünyasına və sünni İslamına düşmənçilik üzərində qurulub. İran rejiminin əsas iddiası İslamı ərəblərdən təmizləmək və onu yalnız İran hikməti ilə dünyaya təqdim etməkdir.

    #Ayətulla Ruhulla Xomeyni #Islami Cihad #Ayətullah Ruhullah Xomeyni ilə tanışlıq #VOA Analitik Təhlil Mərkəzi #Ümmətin birliyi #ümmət və ictimai səadət #İslam Birliyinin Memarı: Səlahəddin Əyyubi dağınıq ümməti necə birləşdirdi? #Şiə ümməti #Milli İslam #İranda Milli İslam #Qustav Le Bon #Kütlələr psixologiyası #Recis Debre #Ərəb İslamı #İtaliya və Almaniya #Xomeyni #Ravaye Fəth
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu HƏMAS və İslami Cihad komandirlərini öldürdüyünü iddia edib

    17 İyun 2026 18:55

    İran Fələstin böhranında necə yer aldı?

    14 İyun 2026 12:00

    İsrail ordusu Qəzzada iki Fələstin İslami Cihad komandirinin öldürüldüyünü iddia edir

    9 İyun 2026 18:54

    Hafiz Əsəd Livanı Tehrana necə hədiyyə etdi – faktlar və tarixi sənədlər

    8 İyun 2026 14:02

    Səudiyyə Ərəbistanı enerji və ticarət təhlükəsizliyini təmin edir

    7 May 2026 15:00

    İranda son söz kimindir?

    4 May 2026 06:58

    VOA analitik məqaləsi Türkiyə mediasında

    27 Aprel 2026 11:10

    Məmlük-Səmahə planından bugünkü fitnə ssenarilərinə - Hizbullahın xaos strategiyası

    13 Aprel 2026 22:00

    Diplomatiya ilə eskalasiya arasında - ABŞ-İran danışıqları

    13 Aprel 2026 20:00

    Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

    5 Aprel 2026 15:00

    İranın Afrika "Qapısı" bağlanır: Sahildən Cəbəllütariqə qədər itirilən nüfuz və milyonlar

    5 Aprel 2026 13:00

    Dövlətlərdən daha zəngin olan "BlackRock" dünyanı və iqtisadiyyatları necə idarə edir?

    5 Aprel 2026 11:17
    XƏBƏR LENTİ

    Etibar necə qurulur? Böyük markaların güvən strategiyasının sirri

    İnfluencer marketinqində əsas səhv - Markalar niyə təbiiliyi itirir?

    Sevmədiyiniz geyimlə alış-verişə getməyin - Beynin gizli müqayisə mexanizmi seçimlərimizi necə dəyişir?

    ABŞ prezidentinin oğlu niyə öldürüldü?

    Tarixdə bu gün - 14 İyul

    Britaniyada SEPAH-ın statusu ilə bağlı qərar yaxınlaşır

    Senator Kris Mörfi Trampın İran siyasətini sərt tənqid edib

    Kanada banklarına süni intellekt təhlükələri ilə bağlı xəbərdarlıq edilib

    ABŞ İrana qarşı dəniz blokadasının başlanacağı vaxtı açıqlayıb

    İran Hörmüz boğazının qoruyucusu olaraq qalacaq - Abbas Əraqçi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.