İran

ABŞ Prezidenti Donald Tramp "TruthSocial" platformasında etdiyi paylaşımda Hörmüz boğazının yenidən açılması və bölgənin iqtisadi dirçəlişi ilə bağlı iddialı bəyanatlar verib. Atəşkəs razılaşmasından dərhal sonra çıxış edən Tramp, ABŞ-ın Hörmüz boğazında "nəqliyyat sıxlığının artmasına" aktiv şəkildə kömək edəcəyini vurğulayıb. O, bölgənin gələcəyini "Yaxın Şərqin Qızıl Dövrü" kimi xarakterizə edərək, hər kəsin bu prosesdən böyük mənfəət əldə edəcəyini bildirib.

ABŞ Prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs əldə olunduğunu elan etməsindən sonra, Tehranın masaya qoyduğu 10 bəndlik təklifin təfərrüatları bəlli olub. Tramp bu sənədi "keçmiş ixtilafları bitirmək üçün əlverişli bir əsas" kimi xarakterizə edib. İranın "Təsnim" xəbər agentliyinin və beynəlxalq media qurumlarının yaydığı məlumata görə, Tehranın müharibəni dayandırmaq və daimi sülhə nail olmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardır:

ABŞ Prezidenti Donald Tramp, müharibə onun ilkin müəyyən etdiyi zaman çərçivəsini aşdıqdan sonra İrana qarşı təzyiqləri maksimum həddə çatdırıb. Tramp İranı "bir gecədə məhv etməyə" qadir olduğunu bildirməklə yanaşı, Hörmüz boğazının açılmayacağı təqdirdə ölkənin körpülərini və elektrik stansiyalarını darmadağın edəcəyi ilə hədələyir.

İran hakimiyyəti enerji və hərbi obyektləri qorumaq üçün genişmiqyaslı xalq səfərbərliyinə start verib. Aprelin 7-də İran mətbuatı mülki vətəndaşların strateji obyektlərin ətrafında "canlı zəncir" yaradaraq onları mümkün hava zərbələrindən qorumağa çalışdıqlarını əks etdirən görüntülər yayımlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Rəhim Nad Əli "İran üçün vətən müdafiəsi" şüarı altında yeni kampaniyanın başladığını elan edib.

İran Dövlət Televiziyası ABŞ-ın İsfahanda həyata keçirdiyi xilasetmə əməliyyatı ilə bağlı mühüm açıqlamalar verib. Televiziyanın məlumatına görə, İran tərəfindən vurulan F-15 qırıcısının itkin düşmüş ikinci pilotunu tapmaq üçün ABŞ-ın təşkil etdiyi əməliyyatın əsl məqsədi fərqli olub: "Ehtimallar göstərir ki, ABŞ-ın İsfahanda həyata keçirmək istədiyi xüsusi əməliyyat əslində buradakı nüvə obyektlərindən birinə sızmaq və hücum təşkil etmək məqsədi daşıyıb".

İranın rəsmi dövlət televiziyasında yayımlanan bəyanatda SEPAH, ABŞ ordusunu "terrorçu quruluş" adlandıraraq, Vaşinqtonun Tehranın müəyyən etdiyi strateji sərhədləri aşacağı təqdirdə cavab tədbirlərinin regional hüdudlardan kənara çıxacağını bəyan edib. Bəyanatda xüsusi olaraq qeyd olunub ki, ABŞ-ın mümkün hərbi addımlarına cavab olaraq İran, ABŞ və onun müttəfiqlərini regionun neft və qaz ehtiyatlarından "illərlə" məhrum etmək potensialına malik hədəfləri vuracaq. SEPAH indiyədək mehriban qonşuluq prinsiplərinə görə bəzi hədəfləri seçməkdə təmkin nümayiş etdirdiyini, lakin artıq bütün bu məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.

BAKI,VOA, Fərid Mikayılov ABŞ Prezidenti Donald Tramp İrana qarşı verdiyi ultimatumun müddəti bitmək üzrə ikən dünya ictimaiyyətini sarsıdan növbəti bəyanatla çıxış edib. VOA xəbər verir ki, Ağ Ev rəhbəri bu gecə İranın hərbi və mülki infrastrukturuna qarşı həyata keçiriləcək mümkün zərbələrin miqyası barədə ən sərt xəbərdarlığını edib.