#Jan-Noel Barro

Fransa Körfəz neftinin daşınması üçün Hörmüz boğazına alternativ marşrut kimi Suriyanın imkanlarını araşdırır. Xarici işlər naziri Jan-Noel Barro enerji təhlükəsizliyinin təmin olunması üçün müxtəlif nəqliyyat dəhlizlərinin yaradılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, məqsəd qlobal bazarların hər hansı bir marşrutdakı məhdudiyyətlərdən asılılığını azaltmaqdır. Fransa rəhbərliyi Hörmüz boğazındakı gərginlik fonunda alternativ enerji yollarının hazırlanmasını prioritet hesab edir. Prezident Emmanuel Makronun Suriyaya son səfəri də iki ölkə arasında əməkdaşlıq imkanlarının müzakirəsi ilə yadda qalıb.

Qətər və Fransa xarici işlər nazirləri İsveçrədə Yaxın Şərqdə sabitlik məsələlərini müzakirə ediblər. Görüş Bürqenştokda keçirilən beynəlxalq toplantı çərçivəsində baş tutub. Tərəflər ABŞ və İran arasında imzalanmış memorandumdan sonra bölgədəki vəziyyəti dəyərləndiriblər. Qətər danışıqlara tam dəstəyini ifadə edib. Doha dialoq və sülh yolunu əsas həll mexanizmi kimi görür. Görüşdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Regionda sabitliyin möhkəmləndirilməsi əsas məqsəd kimi göstərilib.

Fransa hökuməti Qəzzaya yardım aparmağa çalışan fəal flotiliyada iştirak edən Fransa vətəndaşlarına qarşı rəftarla bağlı prokurorluğa müraciət edib. Nazirin sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən Fransa baş konsulunun hazırladığı hesabat əsasında fəallara qarşı seksual zorakılıq, soyuğa məruz qoyulma, döyülmə və təhqiredici rəftar halları barədə məlumatlar əldə olunub.

Fransa Prezidenti Emmanuel Makron, Əlcəzair vətəndaşlarının öz ölkələrinə deportasiyası ilə bağlı artan gərginlik fonunda, hökumətinə Əlcəzairli diplomatlara vizaların verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsini tapşırıb. Makron, həmçinin Xarici İşlər naziri Jan Noel Barroya 2013-cü ildə imzalanmış və rəsmi pasport sahiblərini viza tələbindən azad edən razılaşmanın dayandırılması barədə Əlcəzair tərəfinə rəsmi məlumat verilməsini əmr edib.