BAKI,VOA,Yusif Şərifzadə
Pakistanın Baş naziri Şahbaz Şərif ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
VOA xəbər verir ki, tərəflər yaxınlarda imzalanmış aralıq sülh razılaşması ilə bağlı bir-birini təbrik ediblər.
Şahbaz Şərif İran rəhbərliyini və xalqını “tarixi sülh sazişi” münasibətilə təbrik edib.
O bildirib ki, bu razılaşma regionda sülhün bərpasına və İranın yenidən qurulmasına töhfə verəcək.
Eyni zamanda Pakistan–İran münasibətlərinin daha da güclənəcəyi vurğulanıb.
İran Prezidenti Məsud Pezeşkian isə vasitəçilik prosesində Pakistanın rolunu yüksək qiymətləndirib.
O, feldmarşal Asim Munir və Pakistan rəhbərliyinə təşəkkürünü ifadə edib.
Pezeşkian Pakistanın çətin dövrdə göstərdiyi dəstəyi unutmayacaqlarını deyib.