BAKI,VOA, Fərid Mikayılov
Küveyt hakimiyyəti İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu iddia edilən şəxslərlə bağlı açıqlama yayıb.
VOA xəbər verir ki, Küveyt Daxili İşlər Nazirliyinin məlumatına əsasən, SEPAH-a bağlı olduğu bildirilən 4 nəfər dəniz yolu ilə ölkəyə daxil olmağa cəhd edib.
Məlumata görə, həmin şəxslərin Küveytin Bubiyan adasına balıqçı qayığı ilə çataraq “düşmən xarakterli fəaliyyətlər” həyata keçirmək tapşırığı aldıqları iddia olunur.
Bildirilib ki, şübhəli şəxslərlə Küveyt təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. Hadisə zamanı qrup üzvlərindən biri yaralanıb, iki nəfər isə qaçmağa nail olub.
Qeyd olunub ki, saxlanılan şəxslərin dindirilməsi zamanı İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqələrinin olduğunu etiraf etdikləri bildirilib.