İran Ali Rəhbərinin Ofisinin mərasimlər üzrə baş direktoru Məzahir Hüseyni İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti və ABŞ-İsrail müharibəsinin ilk günündə aldığı xəsarətlərlə bağlı yeni açıqlamalar verib. Hüseyni Tehranda keçirilən müharibə əleyhinə toplantıda çıxışı zamanı Müctəba Xameneinin bel və diz nahiyəsindən zədələr aldığını bildirib. Onun sözlərinə görə, xəsarətlərin bir hissəsi artıq sağalıb və İranın ali rəhbəri hazırda tam sağlam vəziyyətdədir.