#ABŞ-İsrail hücumu

Rusiya ABŞ və İran arasında baş verən son hərbi toqquşmaların ciddi narahatlıq doğurduğunu bildirib. ABŞ və İsrailin İslam Respublikası İrana qarşı həyata keçirdiyi təhriksiz hərbi hücumla başlayan qarşıdurma regionda gərginliyi artırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hər iki tərəfi özünü saxlamağa və dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb. Zaxarova həmçinin vurğulayıb ki, Rusiya və İran ABŞ-ın keçmiş siyasətinə qarşı birgə narazılıq və etimadsızlıq içindədir, və Rusiya Prezidenti Vladimir Putin Tehranla strateji münasibətlərin qorunmasını prioritet hesab edir. Bu açıqlama regionda diplomatik gərginliyin azaldılması və təhlükəsizliyin təmin olunması üçün önəmli bir siqnal hesab olunur.

İran Ali Rəhbərinin Ofisinin mərasimlər üzrə baş direktoru Məzahir Hüseyni İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti və ABŞ-İsrail müharibəsinin ilk günündə aldığı xəsarətlərlə bağlı yeni açıqlamalar verib. Hüseyni Tehranda keçirilən müharibə əleyhinə toplantıda çıxışı zamanı Müctəba Xameneinin bel və diz nahiyəsindən zədələr aldığını bildirib. Onun sözlərinə görə, xəsarətlərin bir hissəsi artıq sağalıb və İranın ali rəhbəri hazırda tam sağlam vəziyyətdədir.