BAKI,VOA, Fərid Mikayılov
İran hava məkanının bir hissəsini beynəlxalq uçuşlar üçün açdığını elan edib.
VOA xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatı tərəfindən verilən məlumata əsasən, ölkə hava məkanının bəzi bölgələri istifadəyə verilib.
Açıqlamada bildirilir ki, İranın şərq hava məkanı beynəlxalq uçuşlar üçün açıq elan olunub, daxili reyslərin isə zəruri texniki və təhlükəsizlik tədbirlərindən sonra mərhələli şəkildə bərpa ediləcəyi qeyd edilib.
Qurum hava hərəkətinin təhlükəsizliyinin təmin olunmasının əsas prioritet olduğunu vurğulayıb.