BAKI,VOA
İyulun 28-də Ankaradakı Prezident Sarayında Türkiyə və İraq arasında sazişlərin rəsmi imzalanma mərasimi zamanı canlı yayım kameraları qarşısında qısa diplomatik gərginlik yaşandı.
VOA ArabAz-a istinadən xəbər verir ki, belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əz-Zeydinin rəhbərliyi altında keçirilən geniş tərkibli görüşlərdən sonra iki ölkə arasında 5 strateji sazişin imzalama mərasimi başlayırdı. Hər şey protokola uyğun gedirdi: Təhsil, idman, sənaye və digər sahələrə dair sənədlər bir-bir imzalanır, tərəflər əl sıxışırdı.
Lakin növbə geosiyasi baxımdan ən kritik sənədə – Avrasiyanın ticarət xəritəsini yenidən cızacaq 17 milyard dollarlıq “İnkişaf Yolu” layihəsinə daxil olan Nəqliyyat sahəsində Əməkdaşlıq Sazişinə çatanda, salona birdən-birə ağır bir sükut çökdü.
Mərasim aparıcısının imzalama mərasiminin bitdiyini elan etməsi ilə Rəcəb Tayyib Ərdoğanın gözlənilməz müdaxiləsi bir oldu. Ərdoğan təəccüblə proqramı saxlayaraq yanındakılara müraciət etdi:
“Bir yanlışlıq olmasın, axı beş anlaşma olmalı idi?”
Kameraların canlı yayımladığı o bir neçə dəqiqəlik kadrlar diplomatik kulislərdə əsl qasırğaya səbəb oldu. Məlum oldu ki, İraqın Nəqliyyat naziri Vəhb Salman əl-Hüseyni masaya yaxınlaşmaqdan imtina edib və sənədə imza atmayaraq kənarda dayanıb. Şahidlərin verdiyi məlumata görə, kadr arxasında Baş nazir Zeydi ilə naziri arasında sürətli və gərgin bir dialoq yaşandı. Zeydinin “Niyə imza atmırsan?” sualına nazirin “Səbəbini WhatsApp-la yazım” cavabı gərginliyi daha da artırdı. Baş nazir Zeydi isə qətiyyətlə təkrar etdi: “Gəl və imzala!” və tərcüməçisinə dönərək Türkiyə Prezidentinə sənədin hökmən imzalanacağını bildirdi.
İyulun 28-də Ankaradakı Prezident Sarayında Türkiyə və İraq arasında sazişlərin rəsmi imzalanma mərasimi zamanı canlı yayım kameraları qarşısında qısa diplomatik gərginlik yaşandı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Əli əz-Zeydinin rəhbərliyi altında keçirilən geniş tərkibli görüşlərdən sonra iki ölkə arasında 5 strateji sazişin imzalama mərasimi başlayırdı. Hər şey protokola uyğun gedirdi: Təhsil, idman, sənaye və digər sahələrə dair sənədlər bir-bir imzalanır, tərəflər əl sıxışırdı.
Lakin növbə geosiyasi baxımdan ən kritik sənədə – Avrasiyanın ticarət xəritəsini yenidən cızacaq 17 milyard dollarlıq “İnkişaf Yolu” layihəsinə daxil olan Nəqliyyat sahəsində Əməkdaşlıq Sazişinə çatanda, salona birdən-birə ağır bir sükut çökdü.
Rasim Abdulla-İraqın ‘İnkişaf yolu’ layihəsi Azərbaycan dəhlizləri ilə birləşir
Mərasim aparıcısının imzalama mərasiminin bitdiyini elan etməsi ilə Rəcəb Tayyib Ərdoğanın gözlənilməz müdaxiləsi bir oldu. Ərdoğan təəccüblə proqramı saxlayaraq yanındakılara müraciət etdi:
“Bir yanlışlıq olmasın, axı beş anlaşma olmalı idi?”
Kameraların canlı yayımladığı o bir neçə dəqiqəlik kadrlar diplomatik kulislərdə əsl qasırğaya səbəb oldu. Məlum oldu ki, İraqın Nəqliyyat naziri Vəhb Salman əl-Hüseyni masaya yaxınlaşmaqdan imtina edib və sənədə imza atmayaraq kənarda dayanıb. Şahidlərin verdiyi məlumata görə, kadr arxasında Baş nazir Zeydi ilə naziri arasında sürətli və gərgin bir dialoq yaşandı. Zeydinin “Niyə imza atmırsan?” sualına nazirin “Səbəbini WhatsApp-la yazım” cavabı gərginliyi daha da artırdı. Baş nazir Zeydi isə qətiyyətlə təkrar etdi: “Gəl və imzala!” və tərcüməçisinə dönərək Türkiyə Prezidentinə sənədin hökmən imzalanacağını bildirdi.
Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu
Prezident İlham Əliyev Mərakeş Kralını və xalqını təbrik edib
Suriyanın şimal-şərqində aşirət səfərbərliyi nəyə işarə edir?
Nəhayət, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın da prosesə müdaxiləsi və Zeydinin birbaşa əmri ilə İraq naziri geri addım atdı. Saziş birgə mətbuat konfransından dərhal sonra tələsik imzalandı.
Canlı yayım kameraları qarşısında baş verən bu qalmaqallı hadisənin protokol xətası və ya “bürokratik gecikmə” olması xeyli suallar yaradıb. Xüsusən də problemin “İnkişaf Yolu” layihəsi ilə bağlı sazişlə əlaqədar olması diqqəti özünə daha da cəlb edib. Bu məsələnin görünməyən tərəflərinin şərhi üçün Azərbaycanın peşəkar ərəbşünas eksperti Rasim Abdulla ilə eksklüziv müsahibəni təqdim edirik.
-Hörmətli Rasim müəllim, bir müddət öncə ərəb mətbuatında İraqın “İnkişaf yolu” layihəsi ilə Azərbaycanın tranzit dəhlizləri arasında sinerji yaradılması barədə analitik məqaləniz dərc olunmuşdur. ArabAZ olaraq bizim də işıqlandırdığımız həmin məqalədə bəhs etdiyiniz bu mühüm layihə ilə bağlı baş verən son hadisəni təsadüf saymaq olarmı?
– Bu hadisə ilk baxışda adi bir protokol anlaşılmazlığı kimi görünə bilər. Lakin hadisənin kökündə dayanan siyasi dinamiklərə və nazirin təmsil etdiyi İran yönümlü siyasi dairələrə nəzər saldıqda, aydın olur ki, məsələ sadəcə prosedura xətası deyil. Bu, Avrasiyanın nəqliyyat xəritəsini yenidən cızan “İnkişaf Yolu” layihəsi ətrafında gedən böyük geoiqtisadi və regional nüfuz mübarizəsinin açıq müstəviyə çıxmasıdır. Daha konkret desək bu, layihənin qarşısını almaq istəyən güclərin açıq mesajı kimi şərh edilə bilər. Çünki İraq Nəqliyyat naziri Vəhb Salman əl-Hüseyni ölkəsində İrana yaxınlığı ilə bilinən “Bədr Təşkilatı”-nın və “Şiə Koordinasiya Çərçivəsi”-nin nümayəndəsidir.
Fars körfəzindən (əl-Fav limanından) başlayıb Türkiyəyə uzanan “İnkişaf Yolu” layihəsi İran ərazisini tamamilə yan keçdiyi üçün Tehranın regional tranzit monopoliyasını və “Şimal-Cənub” dəhlizindəki çəkisini ciddi şəkildə zəiflədir. Ankaradakı imza qalmaqalı göstərdi ki, Bağdaddakı mərkəzi hökumət İraqı regional loqistik haba çevirmək istəsə də, ölkə daxilindəki İran yönümlü qruplar və regional güclər bu dəhlizin reallaşmasına mane olmaq üçün canlı yayımda diplomatik qalmaqal yaratmaqdan belə çəkinmirlər.
Bu tərəddüd bir daha sübut edir ki, böyük infrastrukturlar təkcə asfalt və polad relslərdən ibarət deyil, həm də mürəkkəb geosiyasi iradənin və nüfuz mübarizəsinin meydanıdır.
- Qeyd etdiyiniz “İnkişaf Yolu” kimi qlobal dəhlizlər savaşında Azərbaycanın yeri və iqtisadi dividendləri haqqında nə deyə bilərsiniz?
Bu gün dünyada böyük güclər və regional aktyorlar arasında gedən əsas mübarizə meydanlarından biri məhz “Nəqliyyat Dəhlizləri Savaşı”dır. Ticarət yollarına nəzarət etmək yalnız milyardlarla dollarlıq tranzit gəliri demək deyil; bu, həm də qlobal tədarük zəncirlərini diktə etmək, geosiyasi nüfuz qazanmaq və regional təhlükəsizlik xəritəsini formalaşdırmaq imkanıdır.
Məhz buna görə də Fars körfəzini Avropaya bağlayan “İnkişaf Yolu”, Çini Avropaya bağlayan “Orta Dəhliz”, Hindistanı Körfəz və Avropaya bağlamağı hədəfləyən “IMEC” və ya “Şimal-Cənub” marşrutu kimi böyük infrastrukturlar təkcə loqistika layihələri deyil, böyük geostrateji gedişlərdir.
Bu mürəkkəb və gərgin rəqabət mühitində Azərbaycan özünün əlverişli coğrafi mövqeyini, müasir nəqliyyat infrastrukturunu və çevik xarici siyasətini birləşdirərək prosesdən maksimum iqtisadi dividend götürə bilər. Bakının bu prosesdəki strategiyası sadəcə bir dəhlizdən asılı olmaq deyil, bütün böyük ticarət yollarının kəsişdiyi mərkəzi qovşağa (hub) çevrilmək olmalıdır.
İraqın Türkiyə ilə birgə irəli sürdüyü 17 milyard dollarlıq “İnkişaf Yolu” layihəsi ilk baxışda Azərbaycanın daxil olmadığı bir marşrut kimi görünə bilər. Lakin geoiqtisadi reallıqlar və Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi bu layihə ilə ölkəmizin tranzit imkanları arasında böyük bir sinerjinin yaranmasını qaçılmaz edir.
- Bu sinerjinin əsas dayaq nöqtələri nə ola bilər?
Layihənin əsas lövbəri olan Türkiyə ilə Azərbaycanın dəmir və avtomobil yolları şəbəkəsi (Bakı-Tbilisi-Qars, Zəngəzur / Araz dəhlizləri) artıq tam inteqrasiya olunub. “İnkişaf Yolu”-nun Türkiyəyə birləşməsi avtomatik olaraq Fars körfəzindən gələn yük axınlarının Azərbaycan üzərindən Mərkəzi Asiyaya, Rusiyaya və Çinə doğru şaxələnməsinə şərait yaradır. Bu da öz növbəsində Bakı-Ankara-Bağdad üçtərəfli oxunun yaranmasını şərtləndirir.
Bundan əlavə, İraqın Fars körfəzindəki böyük əl-Fav limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt AİZ) bir-birini tamamlaması unikal imkandır. Əl-Fav dəniz yüklərini İraq-Türkiyə dəhlizinə ötürərkən, Ələt AİZ bu yüklərin Xəzər dənizi üzərindən Mərkəzi Asiya və Uzaq Şərq bazarlarına paylanmasını təmin edən strateji distributor rolunu oynaya bilər.
Azərbaycan bu kimi iri layihələrə inteqrasiya olunmaqla Yaxın Şərq geosiyasətindəki rolunu daha da möhkəmləndirər. Ölkəmiz regional balansda sadəcə Avropanın enerji təhlükəsizliyini təmin edən tərəfdaş kimi deyil, Yaxın Şərq iqtisadiyyatlarını Avrasiya bazarlarına bağlayan vazkeçilməz qovşaq tərəfdaş (hub partner) kimi mövqelənər.
Bir sözlə, Azərbaycanın İraqın “İnkişaf Yolu” kimi böyük layihələrə dolayı və ya birbaşa qoşularaq sinerji yaratması ölkəmizə yeni tranzit gəlirləri gətirər, qeyri-neft sektorunu canlandırar və Cənubi Qafqazı Yaxın Şərqlə Avrasiyanın kəsişdiyi əvəzolunmaz loqistika mərkəzinə çevirə bilər.