#Əli əz-Zeydi

İraqın Baş naziri Əli əz-Zeydi ölkədə sənaye şəhərlərinin yaradılması, hava limanlarının tikintisi və dəmir yolu xətlərinin çəkilməsini nəzərdə tutan İnkişaf Yolu layihəsinə xüsusi diqqət yetirilməsini tapşırıb. İraq Baş Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zeydi Milli İnvestisiya Şurasına baş çəkərək ölkənin müxtəlif vilayətlərində həyata keçirilən investisiya layihələri və onların icra mexanizmləri ilə tanış olub.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf cümə axşamı günü ölkəsinin İraq hökumətinin silahların nizamlanması və Silahlı Qüvvələrin Ali Baş Komandanının tabeliyinə verilməsi ilə bağlı hüquqi çərçivənin yaradılması proqramını dəstəklədiyini, həmçinin iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişlərinə sadiq olduğunu təsdiqləyib.

İraqın Baş naziri Əli əz-Zeydi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşüb. İraqın baş naziri İranın ölkəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib. O, xüsusilə təxminən 10 il əvvəl İŞİD-ə qarşı mübarizə zamanı Tehranın tutduğu mövqeyi qeyd edib. Görüşdə İran və İraq arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub. Tərəflər müxtəlif sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. İkitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Qalibaf İraq hökumətinin Tehranla əlaqələrin inkişaf etdirilməsi istiqamətindəki səylərini yüksək qiymətləndirib. İran parlamentinin sədri əməkdaşlığın iki xalqın ortaq maraqlarına xidmət etməli olduğunu bildirib.

İraqın yüksək səviyyəli təhlükəsizlik heyəti danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. Heyətə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı İdarəsinin rəhbəri, general-polkovnik Əbdüləmir əş-Şəmməri başçılıq edir. Heyətin tərkibinə ölkənin yüksək vəzifəli hərbi və təhlükəsizlik rəsmiləri daxildir. Səfər İraqın Baş naziri Əli əz-Zeydinin ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadə edilməsinə icazə verilməyəcəyini bildirməsindən sonra baş tutub. Danışıqlarda Səudiyyə Ərəbistanına qarşı son hücumların əsas mövzulardan biri olacağı gözlənilir. Tərəflər pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələri də müzakirə edəcəklər. Bağdad və Ər-Riyad sərhədlərarası təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi yollarını nəzərdən keçirəcək. Görüşlər bölgədə davam edən hərbi gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır.

İraq Səudiyyə Ərəbistanına təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərəcək. Heyətə ölkənin əsas təhlükəsizlik qurumlarının rəhbərləri daxil olacaq. Görüşlərdə Səudiyyə Ərəbistanına qarşı son hücumlar və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Səfər İraq və Səudiyyə Ərəbistanı rəsmiləri arasında regional təhlükəsizlik təmaslarının artdığı bir dövrə təsadüf edir. Bağdad ərazisindən digər ölkələrə qarşı hücumların qarşısını almaq niyyətində olduğunu bildirib.

İyulun 28-də Ankaradakı Prezident Sarayında Türkiyə və İraq arasında sazişlərin rəsmi imzalanma mərasimi zamanı canlı yayım kameraları qarşısında qısa diplomatik gərginlik yaşandı. Lakin növbə geosiyasi baxımdan ən kritik sənədə – Avrasiyanın ticarət xəritəsini yenidən cızacaq 17 milyard dollarlıq “İnkişaf Yolu” layihəsinə daxil olan Nəqliyyat sahəsində Əməkdaşlıq Sazişinə çatanda, salona birdən-birə ağır bir sükut çökdü.