İyulun 28-də Ankaradakı Prezident Sarayında Türkiyə və İraq arasında sazişlərin rəsmi imzalanma mərasimi zamanı canlı yayım kameraları qarşısında qısa diplomatik gərginlik yaşandı. Lakin növbə geosiyasi baxımdan ən kritik sənədə – Avrasiyanın ticarət xəritəsini yenidən cızacaq 17 milyard dollarlıq “İnkişaf Yolu” layihəsinə daxil olan Nəqliyyat sahəsində Əməkdaşlıq Sazişinə çatanda, salona birdən-birə ağır bir sükut çökdü.
#infrastruktur layihələri
Azərbaycan və Ukrayna arasında sənaye, energetika və infrastruktur sahələrində əməkdaşlıq müzakirə edilib. Nazir Mikayıl Cabbarov görüşün perspektivlərini “X” hesabında açıqlayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb. Görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ilə dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatlarından biri olan "Clearstream" şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə MDM-i Müşahidə Şurasının sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, "Clearstream"i isə Qlobal Məhsullar üzrə Baş Meneceri Yan Vilyems təmsil edib.
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunun Quşçu kənd sakinlərinin müraciəti əsasında kəndin 10 km-lik torpaq örtüklü örüş yolunda bərpa işləri həyata keçirilib.Yerli əhalinin gündəlik həyat şəraitinin və kənd təsərrüfatı fəaliyyətlərinin yaxşılaşdırılması məqsədilə görülən işlər çərçivəsində, həmçinin Quşçu–Quytul torpaq yolunda kipləşdirmə, səthin sıyrılması və hamarlaşdırma işləri də yerinə yetirilib.
TÜRKSAT 2024-cü ildə 16,6 milyard lirəlik satışla rekord əldə edib.