Bakı,AzerVoice
Təl-Əvivdəki “Qüds İctimai və Dövlət Əlaqələri Mərkəzi” tərəfindən aparılan araşdırma, Amerika yəhudilərinin öz hökumətləri ilə İsrail arasında artan mübahisələrdən təsirləndiyini və İsrail ictimiyyətindən fərqli mövqe tutduqlarını ortaya qoyub. Eyni zamanda yəhudilər arasında keçirilən sorğuda hazırkı İsrail hökümətinin Qəzzada aparılan müharibədə dinc insanların öldürülməsinə görə cəzalandırılmasını istəyənlər də az deyil.
Tədqiqatçılar qrupuna rəhbərlik edən bu araşdırmanın təşəbbüskarı Dr.İsaak Mansdorf bildirib ki, yəhudilər arasında aparılan araşdırma və rəy sorğusu onu göstərir ki, Amerika yəhudilərinin ekstremizm və anti-İsrail anlayışı tamamən dəyişib.
O qeyd edib ki, İsrail ordusu Rəfah sərhəd-keçid məntəqəsinə daxil olduqdan sonra və prezident Baydenin İsrailin Rəfaha hücumunu davam etdirəcəyi təqdirdə silah embarqosu elan etməsi fonunda biz mediada və Amerika küçələrində gözəçarpan aktivlik müşahidə edirik.
“Bu aksiyalarda yəhudilər də iştirak edir. Amerika yəhudiləri arasında aparılan rəy sorğusu onu göstərir ki, ən azı 52 faiz Bayden administrasiyasının İsrailə silah tədarük etməsinin qəti əleyhinədir. Amerika yəhudililərinin 33 %-i hesab edir ki Qəzzada soyqırımı törədilir. Amerika və İsrail arasında olan münasibətlər yəhudilərin liberal baxışlarına təsir etməyib"- deyə o qeyd edib.