Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    Ankaranın husilərə cavabı ağır olacaq

    21 Noyabr 2024 14:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ankaranın husilərə cavabı ağır olacaq
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Husilər Türkiyənin “Anadolu S” quru yük gəmisinin Qırmızı dənizdəki beynəlxalq sularda hədəf alındığını açıqlayıb. Belə ki, Yəmən sahillərindən keçən naviqasiya xətlərində təhlükəsizlik gərginliyində yeni və artan inkişaf baş verib.

    Husilər hər zamanki kimi ballistik raketlər və dəniz torpedalarından istifadə edərək hücumlarını gəminin İsraillə əlaqəli limanların blokadasını rədd etməsinə cavab olaraq əsaslandırdılar.

    Müşahidəçilərin fikrincə, husilərin həyata keçirdiyi sonuncu oxşar hücumdan 22 gün sonra baş verən bu hadisə, İranın dəstəklədiyi təşkilatın bölgədə artan silahlı fəaliyyətlərini davam etdirdiyini göstərdi.

    Husilərin silahlı qanadının sözçüsü Yəhya Səri dünən verdiyi açıqlamada husilərə bağlı dəniz qüvvələrinin ballistik raketlər və dəniz torpedoları ilə Qırmızı dənizdə üzən “Anadolu S” quru yük gəmisini birbaşa və dəqiq şəkildə hədəf aldığını bildirib.

    CNN Türk-ün xəbərinə görə, Türkiyənin Oras Shipping şirkətinə məxsus Panama bayraqlı quru yük gəmisi Ədən körfəzində üzərkən iki raketlə hücuma məruz uğrayıb.

    Ankara nə deyəcək?

    Ankara husilərin Türkiyənin quru yük gəmisinə hücumu ilə bağlı hələ ki yalnız XİN səviyyəsində açıqlama verib. Ankaranın ölkə iqtisadiyyatı üçün mühüm rol oynayan qorumaq üçün Türkiyə hökumətinin hansı tədbirləri görəcəyini gözlənilir.

    Türkiyənin beynəlxalq dəhlizlərdə öz maraqlarını qoruya bilməməsi Ərdoğanı və hökumətini daxili ictimai rəyin gözündə sarsıda bilər. Eyni zamanda bu Ankaranın uzun müddətdir Türkiyənin maraqlarına və ambisiyalarına cavab verən geosiyasi strategiya kimi layihələşdirməyə çalışdığı imicinə xələl gətirəcək.

    Husilər tərəfindən həyata keçirilən hücumlarda Kəraçi limanına quru ərzaq daşıyan gəminin heyətinə heç bir ziyan və ya xəsarət yetirilməyib və gəmi normal seyrinə davam edib. CNN Türk xəbər verir ki, gəmidəki 22 ekipaj üzvündən 10-u Türkiyə vətəndaşıdır.

    Oras Dənizçilik Şirkətinin İdarə Heyətinin sədri kapitan Salih Zeki Çakır verdiyi açıqlamada “Hazırda heç bir problem yoxdur, kapitan təhlükəli bölgədən uzaqlaşmağa çalışır”-deyib.

    Çakır gəminin Misirin Səid limanından ayrılaraq Qırmızı dəniz vasitəsilə Pakistanın Kasım limanına getdiyini və hazırda normal marşrutu ilə davam etdiyini bildirib.

    #Türkiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan Küveytin xarici işlər naziri ilə regional vəziyyəti müzakirə edib

    3 Avqust 2026 16:49

    Netanyahu şəbəkəsi sülhü dəstəkləyənləri sabotaj edir - Ömər Çelik

    3 Avqust 2026 15:38

    Türkiyə və İraq arasında mühüm razılaşma əldə olundu

    1 Avqust 2026 17:10

    FETÖ ilə mübarizə milli vəzifədir - Ömər Çelik

    1 Avqust 2026 14:57

    Əhməd Davudoğlu önəmli fiqurdur amma...

    1 Avqust 2026 13:14

    Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

    1 Avqust 2026 10:57

    KAAN layihəsində növbəti uğur əldə olunub

    31 İyul 2026 15:10

    Xalqımız İsraillə müharibədə ağır bədəl ödəyib - Cozef Aun

    30 İyul 2026 21:01

    Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

    30 İyul 2026 18:24

    Əl-Riyad yeni hərbi koalisiya yaradır: Türkiyə İranla savaşa qoşular?

    30 İyul 2026 14:55

    Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

    30 İyul 2026 14:06

    Türk gənclərinin ilk dayanacağı Azərbaycandır

    30 İyul 2026 10:38
    XƏBƏR LENTİ

    Cinayətkarların artmasına sosial media necə təsir edir?

    Bu gün Corc Vaşinqton Ustad Mason titulunu qəbul etdi

    Tarixdə bu gün – 4 Avqust

    İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına icazə verməyəcəyik - Tramp

    İran üçün son şans yetişib - Tramp

    Ərəb Liqası İsraili Qəzzada atəşkəs prosesini pozmağa cəhddə ittiham edib

    Son 24 saatda Hörmüz boğazında daha doqquz kommersiya gəmisi marşrutunu dəyişib - CENTCOM

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    Oman İranla dünya adından danışıqlar aparır

    İsrail ordusu Qəzzadakı əməliyyatın nəticələrini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.