Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    İŞİD-Xorasan Pakistanda yenidən meydana çıxacaqmı?

    2 Mart 2024 20:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İŞİD-Xorasan Pakistanda yenidən meydana çıxacaqmı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    Pakistan Talibanı (Təhrik-i Taliban Pakistan) ilə ölkənin şimal-qərbində İŞİD-Xorasan arasında rəqabət Pakistanın təhlükəsizlik qurumları üçün ciddi dilemma yaradır.

    VOA xəbər verir ki, bu da öz növbəsində Pakistanda təhlükəsizlik mühitini günü-gündən mürəkkəbləşdirir.

    Bəzi Qərb ekspertlərinin Pakistan Taliban və Əfqanıstan Talibanlarının hər iki ölkədə İŞİD-Xorasanın zəiflədilməsində böyük rol oynadığına dair rəyləri fonunda bu dilemma mürəkkəb təhlükəsizlik məsələsinə çevrilir.

    ABŞ qüvvələri Əfqanıstandan çıxarılandan bəri həm Əfqan Talibanı, həm də onun müttəfiqi Pakistan Talibanı Əfqanıstanda İŞİD-Xorasana qarşı əks-partizan əməliyyatlarına başlayıb.

    İŞİD yenidən dirilir-Suriyada 100-dən çox insan qətlə yetirilib
    https://azervoice.com/isid-yenid%c9%99n-dirilir-suriyada-100-d%c9%99n-cox-insan-q%c9%99tl%c9%99-yetirib

    Pakistan Talibanı Pakistan-Əfqanıstan sərhəd bölgələrində İŞİD-Xorasan qruplarının fəaliyyət zonasını daraltmağa nail olub.

    Pakistan sərhəddində İŞİD-Xorasan reallığı rəsmi İslamabad üçün ciddi təhlükədir. Belə ki, Pakistan rəsmi olmasa da ölkədəki Taliban qüvvələrinin geclənməsini istəmir. Lakin Talibanı da məhv edə bilmir, çünki Pakistanda Talibanın məhvi, Əfqanıstan və Pakistanda İŞİD-Xorasanı gücləndirəcək.

    Eyni şəkildə Əfqanıstandakı Taliban hökuməti Pakistan Talibanı və İŞİD-Xorasanla bağlı siyasətində ciddi problemlə üz-üzədir.

    Məsələ ondadır ki, Əfqanıstandakı Taliban hökuməti Pakistanın təzyiqi ilə Pakistan Talibanına qarşı hərəkətə keçib və onların liderlərinin əksəriyyətini həbs edib.

    İddia olunur ki, “Dövlətə” sahib Əfqanıstan taliblərinin Pakistan taliblərinə qarşı “repressiyası” ikincini İŞİD-Xorasanla ittifaq etməyə məcbur edəcək.

    Pakistanda İŞİD-Xorasanın “imkanlarının” güclənməsinin ilk əlaməti kimi parlament seçkilərinə bir gün qalmış, fevralın 7-də İŞİD-Xorasanın ən çox cəmləşdiyi bölgə olan Bəlucistanda törədilən iki terror aktını misal gətirmək olar.

    Pakistanlı ekspertlər İŞİD-Xorasanın Pakistanda və həmçinin bölgədə əsas terror təhlükəsi kimi yenidən gündəmə gəldiyinə diqqət çəkiblər.

    Ekspertlərin fikrincə, bu hücumlardan əvvəl Pakistanın əməliyyat sürəti zəifləmişdi.

    İŞİD-Xorasan 2022-ci ildə həyata keçirdiyi hücumlarla müqayisədə 2023-cü ildə Pakistanda daha az terror aktı həyata keçirib. İŞİD-Xorasanın “dinc” qalmas səbəbi isə, 2016-cı ildə ABŞ-ın Əfqanıstandakı ordusu və onun nəzarəti altında olan Əfqanıstan Milli Ordusunun terrorçulara güclü təzyiq göstərməsi ilə izah edilir.

    Çin Əfqanıstanda təsirini genişləndirir

    ABŞ Hərbi Hava Qüvvələri və Əfqanıstan Milli Ordusunun intensiv bombardman əməliyyatları İŞİD-Xorasanın Əfqanıstanın şərqindəki “bazasından” çıxarılmasına səbəb olub.

    İddia edilir ki, İŞİD-Xorasan 2014-cü ildə Pakistan Talibanı, Əl-Qaidə və Əfqan Talibanının üzvləri tərəfindən ana təşkilatlarının bir qolu olaraq yaradılıb.

    Əfqanıstanda İŞİD-Xorasan-a təzyiq, terrorçu ünsürlərin Pakistan ərazisinə doğru irəliləməyə başlamasına səbəb oldu.

    İŞİD-Xorasan əsasən Əfqanıstanda, Hayber Paxtunxva və Bəlucistan əyalətlərində və daha az dərəcədə Pakistanın Pəncabında “fəaliyyət” göstərir.

    Terror təşkilatlarına məxsus olan parşalanma İŞİD-Xorasanda da baş verdi və təşkilatın bəzi üzvləri Pakistan ərazisində “Pakistan İŞİD vilayəti” adı altında “fəaliyyətə” başladılar.

    Bu qrup Pakistanda 2016-cı ildən bəri Kvetta şəhəri ətrafı və Pişəvərdə şiə və müsəlmanlara qarşı hücumlar həyata keçirirlər.

    Lakin Talibanın Əfqanıstanda İŞİD-ə qarşı başlatdığı şiddətli əməliyyatdan sonra təşkilatın bir çox üzvü Pakistan-Əfqanıstan sərhəd bölgələri və Bəlucistana getməyə başlayıb.

    İranda baş verən partlayışı İŞİD öz üzərinə götürüb

    yanvar ayının 3-də İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.

    Pakistan ordusunun son on ildə Şimali Vəziristanda başlatdığı hərbi əməliyyat Pakistan Talibanının qəbilə bölgələrindəki (bu gün Pakistan və Əfqanıstanda bir çox dağlıq böldəgə müxtəlif qəbilələr var, onlar sadəcə qəbilə rəislərinə tabedirlər) terror şəbəkələrini məhv etməyə müvəffəq olub.

    Əməliyyat nəticəsində Pakistan hökuməti bəyan etdiyi məqsədlərə nail oldu, eyni zamanda bu terror qruplaşmalarını öz hərəkətlərini davam etdirmək üçün başqa ilham və mənbələr axtarmağa sövq etdi.

    Hərbi rəsmilərin sözlərinə görə, yüzlərlə pakistanlı Taliban üzvü qaçaraq İŞİD-ə qoşulub. Qeyd edək ki, Pakistan hökuməti həmişə İŞİD-in Pakistanda mövcudluğunu inkar edib.

    Bununla belə, İŞİD-in Kəraçidə 43 sərnişinin ölümü ilə nəticələnən avtobus hücumuna görə məsuliyyəti üzərinə götürməsi ilə Pakistandakı mövcudluğu təsdiqlənib.

    İŞİD-Xorasan şiə müsəlmanlarla yanaşı, Əfqanıstan Talibanı və Pakistan Talibanına rəğbət bəsləyən dini qrupları da hədəf alır.

    İŞİD-Xorasan keçən il iyulun 30-da İslam Alimləri Dərnəyinin seçki mitinqinə intihar hücumu həyata keçirib və hücum nəticəsində birliyin regional lideri də daxil olmaqla ən azı 54 nəfər ölüb.

    Pakistanlı ekspertlər hesab edirlər ki, İŞİD-Xorasanın ən böyük hədəfi, Pakistandakı hökuməti devirərək onun yerinə xilafət qurmaq, sonra isə Avropa və ABŞ-da terror aktları törətməkdir.

    İŞİD bu gün başda müsəlman dövlətləri olmaqla bütün dünya üçün real təhlükədir.

    İŞİD-Xorasan Pakistanda yenidən meydana çıxacaqmı?
    #Pakistan #İŞİD #İŞİD terror təşkilatı #İŞİD-Xorasan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb

    28 Avqust 2026 18:19

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    28 Avqust 2026 15:10

    Əhməd Əş-Şəraa Məzlum Abdini prezidentin müşaviri təyin edib

    28 Avqust 2026 07:36

    Pakistan yeni müdafiə sazişi çərçivəsində Küveyt qüvvələrinə təlim keçəcək

    27 Avqust 2026 20:02

    Küveyt və Pakistan birgə müdafiə əməkdaşlığı sazişi imzalayıb

    27 Avqust 2026 18:32

    İslamabaddakı xəstəxana yanğını 14 körpənin həyatına son qoydu

    26 Avqust 2026 10:03

    Pakistan İranın Hörmüz şərtlərini Vaşinqtona çatdırmağa çalışır

    25 Avqust 2026 19:53

    Pakistanın daxili işlər naziri Tehran danışıqlarından sonra ABŞ diplomatı ilə görüşüb

    25 Avqust 2026 17:44

    Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

    25 Avqust 2026 16:32

    Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

    25 Avqust 2026 14:53
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.