#İŞİD-Xorasan

Ərəb dünyası əsrlər boyu qlobal geosiyasətin, mədəniyyətin və böyük tarixi dönüşlərin mərkəzi nöqtələrindən biri olmuşdur. 25 avqust tarixi də Yaxın Şərq və Şimali Afrika regionunda bir sıra taleyüklü hadisələrlə yadda qalmışdır. Bu təqvim günündə müstəmləkəçiliklə mübarizədən tutmuş regional ittifaqların formalaşmasına qədər mühüm addımlar atılmışdır. Həmçinin hərbi münaqişələr, diplomatik böhranlar və hakimiyyət dəyişiklikləri məhz bu tarixdə cərəyan edərək bölgənin gələcək simasını müəyyənləşdirmişdir. Tarixin fərqli dövrlərində baş verən hadisələr ərəb xalqlarının ictimai-siyasi yaddaşında dərin izlər buraxmışdır. Təqdim olunan xronologiya 25 avqustda ərəb coğrafiyasında qeydə alınmış ən əhəmiyyətli məqamları əks etdirir.

Suriyadakı “İŞİD” terror təşkilatı fəaliyyət strategiyasını köklü şəkildə dəyişərək “elitar qüvvələr” modelindən “klaster tipli gizli hüceyrələr” sisteminə keçib. Təşkilat ənənəvi “əraziyə nəzarət” taktikasını “rəqibləri daxildən yaralamaq və nüfuz etmək” üsulu ilə əvəzləyib. Silahlı qruplaşmaları hədəf almaqdan mülki əhalini vurmağa yönələn “İŞİD”, “Ənsar əs-Sünnə səriyyələri” kimi özünə bağlı olan, lakin bir-biri ilə birbaşa əlaqəsi bulunmayan şəbəkələrdən istifadə edir. İyerarxik strukturdan adaptasiya oluna bilən torvari formasiyaya və yıpratma müharibəsi aparan qruplara transformasiya olunan təşkilat bu yolla daxili parçalanma, hərbi çevriliş yaratmaq və ya mövcud gərginliklərdən yararlanaraq yenidən səhnəyə qayıtmaq məqsədi güdür.

Hələ bir qədər əvvəl “Hizbullah”ın son iki ildə regionda baş verən dəyişikliklərin ən böyük uduzan tərəfi olduğu hesab edilirdi. Onun hərbi və siyasi rəhbərliyinə endirilən kütləvi İsrail zərbələri, eləcə də Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin devrilməsi təşkilatın malik olduğu misilsiz hərbi və regional nüfuz dövrünün sona çatdığı təəssüratını yaradırdı. Lakin ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də Tehran və Ankara üçün prioritetlərin dəyişməsi şəraiti yenidən dəyişdi. Bu durum təşkilata yeni manevr imkanları qazandırdı. Bu hal “Hizbullah”ın əvvəlki gücünü bərpa etməsi ilə değil, onu əhatə edən strateji mühitin kəskin şəkildə dəyişməsi ilə bağlıdır.

Afrikada varlığını möhkəmləndirməyə çalışan qlobal güc Çin ilə iqtisadi maraqları hədəf alan, Çini cəngəlliklərdə təqib edərək onu mühasirəyə almağı əsas məqsəd qoyan İŞİD terror təşkilatı arasında qarşıdurma qaçılmaz hala gəlib. Regiondakı gərginlik və xaosdan bəhrələnən İŞİD-in bu fəaliyyəti Pekini daha mürəkkəb və baha başa gələn təhlükəsizlik və hərbi seçimlər etməyə məcbur edib.

Suriya bu ilin əvvəlindən etibarən istər şimal-şərqdə, istərsə də sahil və cənub bölgələrində daxili iğtişaşlar mərhələsindən nisbi sakitlik və yeni təhlükəsizlik-siyasi strukturun qurulması mərhələsinə qədər bir yol keçib. Bu strukturun əsas cizgiləri təhlükəsizlik dosyesində və "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə əldə olunan razılaşmada özünü büruzə verib. Lakin bu dəyişikliklər Suriyanı bir çox sosial mühitdə və coğrafi nöqtədə "İŞİD" (DAEŞ) terror təşkilatı ilə gizli bir yarışın ortasına atıb. "İŞİD" son zamanlar təhlükəsizlik nəzarətinin tam bərpa olunmamasından istifadə edərək yenidən ayaq tutmağa çalışan qeyri-sabitlik amili kimi ön plana çıxıb. Təşkilat hələ də fevralın ortalarından intensivləşən, martın ilk həftəsində bir qədər səngiyən, lakin sonradan yenidən aktivləşən hücum ritorikası və hədəfə alınmış əməliyyatlarla ideoloji və meydan boşluqlarından yararlanmağa çalışır.

Amerika Birləşmiş Ştatları 15 və 16 aprel (çərşənbə və cümə axşamı) tarixlərində Suriyadakı sonuncu hərbi bazası olan, ölkənin şimal-şərqindəki Haseke əyalətində yerləşən "Qəsrik" bazasını boşaltdı. Bununla da Vaşinqton bir vaxtlar sayca otuza çatan hərbi bazaları ilə Suriyada on ildən artıq davam edən mövcudluğuna son qoydu. "Qəsrik" bazasının təxliyə edilməsi həm Vaşinqton, həm də Dəməşq tərəfindən iki dövlət arasındakı münasibətlərdə yaxın gələcəkdə cizgiləri daha aydın görünəcək yeni bir mərhələyə keçidin elanıdır.

Suriyada milli birliyin təmin olunması təkcə ölkə daxilində deyil, bütün Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması üçün əsas şərtdir.Dəməşq bu istiqamətdə mühüm addımlar atsa da, iqtisadi baxımdan geniş beynəlxalq dəstək və effektiv siyasi vasitəçilik hələ də zəruridir. Xüsusilə, mərkəzi hökumət və yerli idarələr arasında səlahiyyət bölgüsünə dair İraq təcrübəsindən bəhrələnmək vacib sayılır.

Kürdüstan Regional Hökumətinin başçısı isə yezidilərin yurdlarına qayıtmasının “Sincar razılaşmasının” icrasından asılı olduğunu bildirib, əsirlərin azad edilməsi və itkinlərin taleyinin müəyyənləşdirilməsi üçün səylərin davam edəcəyini deyib. Onun sözlərinə görə, Sincardakı silahlı qruplar və qeyri-qanuni milislər çıxarılmadan bölgədə təhlükəsiz dönüş mümkün deyil.