ABŞ Prezidenti Donald Tramp Türkiyədə təyyarə dəyişdirilməsi qərarının Gizli Xidmət tərəfindən verildiyini açıqlayıb. Məlumata görə, hadisə NATO sammitindən sonra baş verib. “The Washington Post” Trampın əvvəlcə “Air Force One”a mindiyini, daha sonra isə mümkün İran təhlükəsi səbəbindən başqa təyyarəyə keçirildiyini yazıb. Təyyarələr arasında keçidin iaşə xidməti avtomobili ilə həyata keçirildiyi bildirilib. Tramp qərarın təhlükəsizlik qurumlarının səlahiyyətində olduğunu qeyd edib.
#NATO sammiti
ABŞ Prezidenti Donald Trampın Qətərin vasitəçiliyi ilə İranla aparıldığı bildirilən danışıqlarla bağlı qeyri-adi susqunluğu diqqət çəkir. ABŞ Dövlət Departamenti və Ağ Ev son diplomatik təmaslarla bağlı rəsmi açıqlama verməyib. ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda Qətər və Pakistan kimi ölkələr tərəflər arasında əlaqə kanallarının açıq saxlanılması üçün vasitəçilik səyləri göstərirlər. Tramp daha əvvəl Qətərin bu prosesdəki rolunu dəfələrlə yüksək qiymətləndirib. Lakin NATO sammitindən Türkiyədən qayıtdıqdan sonra ABŞ Prezidenti İran məsələsi ilə bağlı heç bir açıqlama verməyib. Onun son 24 saat ərzində yalnız bir sosial media paylaşımı etməsi və həmin paylaşımın hava limanının adının dəyişdirilməsi ilə bağlı olması diqqət çəkib. Analitiklər bildirirlər ki, Trampın səssizliyi mümkün diplomatik manevrlər və ABŞ-İran münasibətlərində həssas mərhələ ilə əlaqəli ola bilər.
ABŞ administrasiyasının İranla danışıqların dayandırılması mövqeyini qoruduğu bildirilir. Prezident Donald Tramp atəşkəsin başa çatdığını açıqlasa da, bəzi ABŞ rəsmiləri diplomatik prosesin davam etdirilməsinin mümkün olduğunu qeyd edib. Konqresdə İran siyasəti ilə bağlı fikir ayrılıqları mövcuddur və bəzi üzvlər hərbi addımlara qarşı çıxır. Analitiklər hesab edir ki, qarşıdurmanın uzanması Tramp administrasiyası üçün daxili siyasi çətinliklər yarada bilər. Hörmüz boğazına nəzarət məsələsi ABŞ və İran arasında əsas mübahisə mövzularından biri olaraq qalır.
Amerika Birləşmiş Ştatları onilliklər ərzində Suriyaya tətbiq edilən və ölkəyə beynəlxalq investisiya axınının qarşısını ciddi şəkildə kəsən "terrorizmə dəstək verən dövlətlər" statusunu rəsmən ləğv edəcəyini açıqlayıb. ABŞ Dövlət katibi Marko Rubio çoxdandır gözlənilən bu qərar barədə Konqresi rəsmən məlumatlandırıb. Konqres üzvləri tərəfindən hər hansı bir maneə yaradılmayacağı təqdirdə qərar 45 gün ərzində hüquqi qüvvəyə minəcək. Dövlət katibi qeyd edib ki, sanksiyaların ləğvi Suriyanın qlobal ticarət və investisiya imkanlarını genişləndirəcək, ölkənin yenidən qurulmasına şərait yaradacaq və Suriya xalqı üçün yeni bir səhifə açacaq.
Türkiyə 22 ildən sonra yenidən NATO liderlərinin sammitinə ev sahibliyi edir. Zirvədə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçısının iştirakı gözlənilir. ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri zamanı onu müşayiət edəcək nümayəndə heyətinin tərkibi də açıqlanıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Ankarada keçirilən 36-cı Zirvə Toplantısının ən çətin mərhələsinin ABŞ Prezidenti Donald Trampı sammitdə iştiraka razı salmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu məqsədə nail olunması ilə ən mühüm maneə aradan qaldırılıb.
NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı iyulun 7-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə işə başlayıb. İki gün davam edəcək sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla alyansa üzv 31 ölkənin lideri, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edir.
Ankarada keçiriləcək NATO-nun 36-cı Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında gözlənilən görüş alyansın gələcəyi və regional təhlükəsizlik baxımından ən mühüm hadisələrdən biri hesab olunur. Görüşdə ikitərəfli münasibətlərdən tutmuş Ukrayna müharibəsi, İran məsələsi və müdafiə sənayesi əməkdaşlığına qədər bir sıra strateji mövzuların müzakirə ediləcəyi gözlənilir.
NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə bir araya gələcəklər. Toplantının əsas müzakirə mövzuları müdafiə xərclərinin artırılması, alyansın hərbi sənaye potensialının gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi və Yaxın Şərqdəki son hadisələrin regional təhlükəsizliyə təsiri olacaq.
NATO sammiti ərəfəsində Türkiyə ilə Fransa arasında müdafiə sahəsində yeni əməkdaşlıq mərhələsinin başlaya biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Məlumatlara görə, Fransa Prezidenti Emmanuel Makron SAMP/T hava hücumundan müdafiə sistemi üzrə ortaq istehsal və texnologiya transferi variantlarının yenidən nəzərdən keçirilməsi barədə göstəriş verib.
Türkiyənin paytaxtında genişmiqyaslı yenidənqurma və modernləşdirmə işlərindən sonra Ankara Hava Limanı rəsmi olaraq istifadəyə verilib. Səkkiz ay ərzində tamamlanan layihə çərçivəsində hava limanı beynəlxalq standartlara uyğunlaşdırılıb və genişgövdəli təyyarələrin qəbuluna hazır vəziyyətə gətirilib. Açılış mərasimində Türkiyə Prezidenti Recep Tayyip Erdoğan iştirak edib. Dövlət başçısı hava limanına ilk eniş edən şəxs olub və tədbirdə geniş nitqlə çıxış edib.
2026-cı il iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammiti alyansın gələcək istiqamətlərini müəyyənləşdirəcək ən mühüm toplantılardan biri kimi qiymətləndirilir. Analitiklərin fikrincə, NATO 2004-cü ildə İstanbul sammitində kollektiv müdafiə ittifaqından qlobal təhlükəsizlik aktoruna çevrilmə prosesini rəsmiləşdirdiyi kimi, Ankara sammitində də yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən formalaşma mərhələsinə daxil ola bilər.