Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    5 İyun 2026 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Müsəlman istehlakçıların halal həyat tərzi ilə əlaqəli sektorlarda xərcləri 2024-cü ildə 2,6 trilyon ABŞ dollarına yüksəlib.

    Bu barədə strateji araşdırma şirkəti DinarStandard tərəfindən hazırlanan 2025–2026-cı illər üzrə hesabatda bildirilib.

    Hesabata əsasən, istehlak xərclərinə halal qida məhsulları, əczaçılıq məhsulları, kosmetika, konservativ moda, turizm, media və əyləncə sektorları daxildir.

    Hesabatın təqdimatı İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin dəstəyi və İbn Xəldun Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutub.

    Araşdırmaya görə, halal qida və içki sektoru islam iqtisadiyyatının ən böyük seqmenti olaraq qalır. Hazırda qlobal halal qida və içki bazarında istehlak xərcləri 1,53 trilyon dollar təşkil edir. Analitiklər bu göstəricinin 2029-cu ilədək 2,06 trilyon dollara yüksələcəyini proqnozlaşdırırlar.

    Hesabatda Türkiyənin islam iqtisadiyyatındakı mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyi vurğulanıb. Belə ki, ölkə Qlobal İslam İqtisadiyyatı İndeksi (GIEI) reytinqində 9-cu pillədən 6-cı yerə yüksəlib.

    Türkiyə geniş daxili bazarı və inkişaf etmiş istehsal infrastrukturu sayəsində halal iqtisadiyyatın aparıcı mərkəzlərindən biri hesab olunur. Ölkədə halal məhsullar, turizm və qida sənayesi sahələrində istehlak xərcləri 2024-cü ildə 235 milyard dollara çatıb. Eyni zamanda Türkiyə konservativ moda sənayesində də dünyanın əsas bazarlarından biri kimi mövqeyini qoruyur.

    Hesabat müəlliflərinin proqnozlarına görə, 2029-cu ilə qədər müsəlman istehlakçıların halal qida, əczaçılıq, kosmetika, konservativ moda, turizm, media və əyləncə sektorları üzrə ümumi xərcləri 3,56 trilyon dollara yüksələcək.

    Bununla yanaşı, islam maliyyəsi sektorunun həcminin də əhəmiyyətli dərəcədə artaraq 9,72 trilyon dollara çatacağı gözlənilir. Ümumi orta illik artım tempinin isə 6,5 faiz təşkil edəcəyi bildirilir.

    Qlobal İslam İqtisadiyyatı İndeksində ilk yeri Malaziya tutur. Sonrakı pillələrdə BƏƏ, Səudiyyə Ərəbistanı, İndonezia, Bəhreyin və Türkiyə qərarlaşıb.

    #BƏƏ #Səudiyyə Ərəbistanı #Malayziya #İndoneziya #Bəhreyn #halal turizm #Türkiyə iqtisadiyyatı #İslam maliyyəsi #İslam iqtisadiyyatı #Qlobal bazar #halal iqtisadiyyat #DinarStandard #halal qida bazarı #müsəlman istehlakçıları #konservativ moda #halal kosmetika #halal əczaçılıq #Qlobal İslam İqtisadiyyatı İndeksi #GIEI
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ-nin Füceyrə limanı yaxınlığında gəmiyə zərbə endirilib

    20 İyul 2026 21:25

    Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

    20 İyul 2026 21:10

    SEPAH ABŞ obyektlərinə “ağır zərbələr” endirdiyini bildirib

    20 İyul 2026 20:09

    Bəhreyndə xəbərdarlıq siqnalları yenidən işə düşüb

    20 İyul 2026 19:28

    Husilər bütün variantlara hazır olduqlarını açıqlayıblar

    20 İyul 2026 18:33

    İranın hücumu hava naviqasiya sistemlərinə zərər vurub - Bəhreyn

    20 İyul 2026 18:17

    Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

    19 İyul 2026 21:55

    Səudiyyə Ərəbistanı İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını sərt şəkildə pisləyib

    18 İyul 2026 21:03

    İranın mülki obyektləri hədəfə alması hərbi cinayətdir - Casim Məhəmməd əl-Budeyvi

    18 İyul 2026 19:20

    Qətər İranın İordaniya, Bəhreyn və Küveytə hücumlarını kəskin pisləyib

    18 İyul 2026 19:10

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    17 İyul 2026 21:45

    BƏƏ Əlcəzairdəki uşaq evində baş verən yanğınla bağlı başsağlığı verib

    17 İyul 2026 14:25
    XƏBƏR LENTİ

    Fələstin şirkətləri Türkiyəyə 140 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.