#İslam maliyyəsi

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib. Tədbirdə dayanıqlı inkişafın maliyyələşdirilməsi müzakirə olunub. İslam maliyyəsi və investisiya alətləri əsas mövzulardan olub. Özəl kapitalın cəlbi və regional əməkdaşlıq vurğulanıb. Rəsmilər yaşıl maliyyənin əhəmiyyətini qeyd ediblər. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi ön plana çıxarılıb. Yeni maliyyə mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.

Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun toplantısında halal iqtisadiyyat üzrə regional inteqrasiya müzakirə edilib. Sessiyada dövlət rəsmiləri və beynəlxalq nümayəndələr iştirak edib. Çıxışlarda halal iqtisadiyyatın inkişafı və dəyər zəncirlərinin gücləndirilməsi vurğulanıb. Azərbaycanın logistika və coğrafi imkanlarının regional mərkəz rolunu artırdığı qeyd olunub. İslam maliyyə alətlərinin tətbiqi iqtisadi inkişaf üçün vacib sayılıb. Halal sertifikatlaşdırmanın ixrac və istehsala təsiri müsbət qiymətləndirilib. İİB Qrupu ilə əməkdaşlığın genişləndirilməsi əsas istiqamət kimi göstərilib.

Hesabatın təqdimatı İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsinin dəstəyi və İbn Xəldun Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutub. Araşdırmaya görə, halal qida və içki sektoru islam iqtisadiyyatının ən böyük seqmenti olaraq qalır. Hazırda qlobal halal qida və içki bazarında istehlak xərcləri 1,53 trilyon dollar təşkil edir. Analitiklər bu göstəricinin 2029-cu ilədək 2,06 trilyon dollara yüksələcəyini proqnozlaşdırırlar.

Azərbaycan və İslam İnkişaf Bankı (IsDB) qlobal maliyyə sistemində inklüziv yanaşmaları müzakirə ediblər. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib. "Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində İslam İnkişaf Bankının sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşmək xoş oldu. Ölkəmizlə əməkdaşlığın prioritet istiqamətləri, qlobal maliyyə sistemində inklüziv yanaşmalar və IsDB Qrupunun illik toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq", - nazir qeyd edib.