BAKI,VOA Analitik Təhlil Mərkəzi
Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə ən çox borclu ölkələrin yenilənmiş siyahısını açıqlayıb. Qlobal iqtisadi qeyri-müəyyənliyin artdığı dövrdə açıqlanan göstəricilər beynəlxalq maliyyə bazarlarında diqqət mərkəzinə çevrilib.
Hesabata əsasən, Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkə Argentina olub. Siyahıda ikinci yerdə Ukrayna, üçüncü yerdə isə Ekvador qərarlaşıb.
İlk beşlikdə Pakistan və Misir də yer alıb. Beləliklə, ən çox borclu ilk beş ölkə arasında iki müsəlman ölkəsi mövcuddur.
Siyahının davamında Fil Dişi Sahili, Kenya, Qana, Anqola, Konqo Demokratik Respublikası, Kosta Rika, Şri-Lanka, İordaniya və Efiopiya kimi ölkələr yer alır.
Hesabatda həmçinin Afrika, Asiya və Latın Amerikası ölkələrinin böyük hissəsinin Beynəlxalq Valyuta Fonduna yüksək maliyyə öhdəliklərinin davam etdiyi vurğulanıb.
Açıqlanan siyahıda Ermənistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi postsovet məkanına aid ölkələrin də yer aldığı diqqət çəkib.
Türkiyənin isə hazırda Beynəlxalq Valyuta Fonduna borcunun olmadığı bildirilib.
Məlumata görə, Türkiyə fond qarşısındakı son maliyyə öhdəliyini 14 may 2013-cü ildə tam şəkildə ödəyib.