Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Tramp və Netanyahu arasındakı gərginlik açıq müstəviyə çıxırmı?

    28 Oktyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp və Netanyahu arasındakı gərginlik açıq müstəviyə çıxırmı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsraildə ABŞ-la münasibətlərin xarakteri ətrafında artan mübahisə Baş nazir Benyamin Netanyahunu ciddi çətin vəziyyətə salıb. O, ölkə daxilində İsrailin suverenliyini zəiflətməkdə və dövləti ABŞ administrasiyasının tabeliyinə çevirməkdə ittiham olunur. İsraillilər həmişə ABŞ-la yaxın münasibətləri ilə öyünürlər. Lakin son vaxtlar Amerika administrasiyasının mövqeləri İsrail ictimaiyyətində Vaşınqtonla əlaqələrin təbiətində müəyyən disbalans yarandığı təəssüratını formalaşdırıb.

    Mübahisələr, ABŞ-ın Netanyahunun hökumətini oktyabrın 9-da Qəzzada atəşkəs sazişinə imza atmağa məcbur etməsindən sonra daha da qızışdı. ABŞ prezidenti daha əvvəl bildirmişdi: “Əgər mən Netanyahunu dayandırmasaydım, o, illərlə bu müharibəni davam etdirərdi.”

    Gərginlik, Knessetin bu həftə İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı ilkin qanun layihəsini səsə qoymasından sonra pik həddə çatdı. ABŞ-ın sərt reaksiyası fonunda Tramp İsrailə xəbərdarlıq etdi ki, əgər layihə davam etdirilərsə, Vaşınqtonun dəstəyi dayandırılacaq. Bundan sonra Netanyahunun həmin təşəbbüsdən açıq şəkildə uzaqlaşdığı görüldü.

    ABŞ-ın vitse-prezidenti C.D. Vens isə məsələni kiçildərək dedi: “Əgər insanlar simvolik səsvermə keçirmək istəyirlərsə, buyursunlar.” Bu ifadə Vaşınqtonun İsrail parlamentinə təsirini açıq şəkildə nümayiş etdirdi - yəni ABŞ-ın razılığı olmadan belə səsvermələrin siyasi anlamı yoxdur.

    İsrail mediası hökumətin bu “Amerika himayədarlığı” qarşısındakı mövqeyini kəskin tənqid etdi. “Haaretz” qəzetinin yazarı Karolina Landsman qeyd etdi ki, “ABŞ bu gün İsrail daxilində real suverenliyi həyata keçirir, Netanyahunun hökuməti isə yalnız simvolik və ritorik suverenliyə sahibdir.”

    O, həmçinin qeyd etdi ki, “Knesset fəxrlə Qərb sahilinə suverenlik qanunlarını qəbul edərkən, hökumət könüllü şəkildə yaşıl xəttin içərisindəki suverenliyindən imtina edir və ABŞ-ın Kiryat Gatda hərbi qərargah yaratmasına icazə verir - bu da İsrailin müstəqil dövlətdən Amerika nəzarətindəki rejimə çevrildiyini göstərir.”

    Landsman, vitse-prezident Vensin çıxışına toxunaraq, onun sözlərini belə şərh etdi: “ABŞ administrasiyası İsrail hökumətinə elə yanaşır ki, sanki o, uydurma dostları ilə qanun oynayan bir uşaqdır.”

    Netanyahu isə vəziyyəti yumşaltmağa çalışaraq hökumət iclasında bəyan etdi ki, İsrail və ABŞ arasındakı münasibətlər “güclü strateji tərəfdaşlıq” üzərində qurulub və hazırda ən yüksək səviyyəsinə çatıb.

    Baş nazir “İsrailin ABŞ-dan asılı olması barədə səslənən gülünc iddiaları” rədd etdi və bildirdi: “İsrail müstəqil dövlətdir, ABŞ da elə. Münasibətlərimiz bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulub və bu əməkdaşlıq son dövrlərdə İranın zərbələnməsi əməliyyatının ikinci mərhələsində öz zirvəsinə çatdı.”

    Netanyahu ABŞ-la birgə son uğurlardan da bəhs etdi: “Biz birlikdə Qəzzadan bütün sağ qalan girovları azad etdik, qətlə yetirilənlərin cəsədlərini qaytarmaq üçün çalışdıq və Yaxın Şərqin simasını birgə dəyişirik.”

    O, İsrailin təhlükəsizlik siyasəti ilə bağlı heç kimdən icazə almayacağını vurğuladı: “Bizə qarşı edilən hər hücuma cavab veririk - Livanda, Qəzzada və başqa yerlərdə olduğu kimi.”

    Qərb mediası da bu gərgin münasibətləri diqqət mərkəzinə gətirib. Fransanın “Libération” qəzeti yazıb ki, Qəzzadakı atəşkəs razılaşması “ABŞ tərəfindən Netanyahunun susdurulması” kimi qəbul edilməlidir. Qəzetin məlumatına görə, Tramp oktyabrın 4-də Netanyahuyla telefon danışığında deyib: “Sən bütün dünyaya qarşı döyüşə bilməzsən; bəzən dayanmaq lazımdır.”

    Qəzetin iddiasına görə, Tramp İsraildə böyük populyarlığa malik olsa da, Netanyahunu gizli şəkildə müharibəni dayandırmağa məcbur edib.

    Analitiklər hesab edirlər ki, ABŞ-ın atəşkəsin ikinci mərhələsi ilə bağlı planı ətrafında aparılan danışıqlar Vaşınqton -Təl-Əviv münasibətləri üçün əsl sınaq olacaq. Danışıqlarda beynəlxalq təhlükəsizlik qüvvəsinin tərkibi və iştirak edəcək ölkələr məsələsində fikir ayrılığı mövcuddur; İsrail xüsusilə Türkiyənin iştirakına qarşı çıxır.

    Netanyahu bu barədə deyib: “İsrail üçün qəbuledilməz qüvvələri biz müəyyən edəcəyik, və bu, ABŞ tərəfindən də qəbul edilir.” ABŞ Dövlət katibi Marko Rubio da bildirib ki, “beynəlxalq qüvvəyə daxil olacaq ölkələr İsrailin etimadını qazanmalıdır” - bu da Təl-Əvivi sakitləşdirmək üçün Vaşınqtonun diplomatik jesti kimi qiymətləndirilir.

    #Benyamin Netanyahu #Netanyahu #Knesset #Təl-Əviv #Binyamin Netanyahu #Marko Rubio #Tramp və Netanyahu münasibətləri #Netanyahu və Donald Tramp görüşü #Netanyahu administrasiyasının Suriya siyasəti #Netanyahu və Suriya məsələsi #Netanyahu 7 Oktyabr istintaqı #Rubio Qəzza açıqlaması #Knesset səsverməsi #Tramp və Netanyahu #Kiryat Gatda #Libération
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    1 Sentyabr 2026 15:53

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

    28 Avqust 2026 10:41

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    27 Avqust 2026 13:27

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    27 Avqust 2026 12:57

    Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

    27 Avqust 2026 09:37

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    ABŞ senatorları Netanyahunu İordan çayının qərb sahilində zorakılığı dayandırmağa çağırıblar

    26 Avqust 2026 20:07

    İsrail İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirəcək - Netanyahu

    26 Avqust 2026 18:22

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19
    XƏBƏR LENTİ

    Qubada Əməkdar həkim Cabir Məmmədovun həyatına həsr olunmuş kitab təqdim edilib

    Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.