ABŞ Prezident Donald Tramp administrasiyası amerikalı diplomatlara müttəfiq ölkələrə təzyiq göstərmək barədə göstəriş verib. Vaşinqton müttəfiqlərindən İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Livanın "Hizbullah" qruplaşmasını terror təşkilatları siyahısına salmağı tələb edir.
#Rubio Qəzza açıqlaması
İsraildə ABŞ-la münasibətlərin xarakteri ətrafında artan mübahisə Baş nazir Benyamin Netanyahunu ciddi çətin vəziyyətə salıb. O, ölkə daxilində İsrailin suverenliyini zəiflətməkdə və dövləti ABŞ administrasiyasının tabeliyinə çevirməkdə ittiham olunur. İsraillilər həmişə ABŞ-la yaxın münasibətləri ilə öyünürlər. Lakin son vaxtlar Amerika administrasiyasının mövqeləri İsrail ictimaiyyətində Vaşınqtonla əlaqələrin təbiətində müəyyən disbalans yarandığı təəssüratını formalaşdırıb.
ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib ki, atəşkəs razılaşması çərçivəsində Qəzzada yaradılması planlaşdırılan beynəlxalq təhlükəsizlik qüvvəsi yalnız İsrailin “rahatlıqla əməkdaşlıq edə biləcəyi” ölkələrdən ibarət olmalıdır. Rubio qeyd edib ki, Qəzzada gələcək idarəçilik modeli hələ İsrail və tərəfdaş ölkələr arasında müzakirə edilməlidir, lakin bu prosesdə HƏMAS yer ala bilməz. Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin mümkün rolu da hələ müəyyən edilməyib.
Son üç ay ərzində ikinci dəfə olaraq İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi Qüdsdəki “Davud şəhəri” məhəlləsindən Əl-Əqsa məscidinin yanındakı Burak divarına (Qərb divarı ) qədər uzanan tunelin açılışını etdi. Lakin bu dəfə açılış ABŞ-ın dövlət katibi Marko Rubionun iştirakı ilə baş tutdu. Rubio bu addımı “xüsusi tarixi hadisə” adlandırdı.
İsrail Baş naziri Benyamin Netanyahu bazar günü bəyan edib ki, ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfəri iki ölkə arasındakı “ittifaqın və dostluğun gücünü” nümayiş etdirir. Bu açıqlama, İsrailin Dohada HƏMAS rəsmilərini hədəf aldığı zərbədən bir neçə gün sonra gəlib. Müşahidəçilərə görə, Rubionun səfərinin əsas məqsədi Vaşinqtonun İsrailə dəstəyini göstərməkdir. Bu, ərəb ölkələrinin geniş şəkildə Qətəri dəstəklədiyi, eyni zamanda Dohada keçirilən ərəb-islam sammitinin fonunda baş verir.
ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniyanın xarici işlər naziri David Lammy və Fransanın xarici işlər naziri Jan-Noel Barrot ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.