ABŞ hökumətinin İsrailin Qəzza sərhədinə yaxın ərazidə hərbi baza inşa etməyi planlaşdırdığı bildirilir. ABŞ administrasiyası İsrail hökuməti və Ordusu (IDF) ilə aparılan danışıqlar çərçivəsində layihə təklifi təqdim edib və Qəzza ətrafında potensial yerlərin araşdırılmasına başlanılıb.
#Kiryat Gatda
İsraildə ABŞ-la münasibətlərin xarakteri ətrafında artan mübahisə Baş nazir Benyamin Netanyahunu ciddi çətin vəziyyətə salıb. O, ölkə daxilində İsrailin suverenliyini zəiflətməkdə və dövləti ABŞ administrasiyasının tabeliyinə çevirməkdə ittiham olunur. İsraillilər həmişə ABŞ-la yaxın münasibətləri ilə öyünürlər. Lakin son vaxtlar Amerika administrasiyasının mövqeləri İsrail ictimaiyyətində Vaşınqtonla əlaqələrin təbiətində müəyyən disbalans yarandığı təəssüratını formalaşdırıb.