Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Sisi Qəzza sülh razılaşmasının imzasına Trampı Qahirəyə dəvət etdi

    8 Oktyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sisi Qəzza sülh razılaşmasının imzasına Trampı Qahirəyə dəvət etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi

    Misir Prezidenti Abdulfəttah əs-Sisi Qəzza üzrə mümkün sülh razılaşması əldə olunarsa, sənədin Misirdə imzalanmasına ABŞ Prezidenti Donald Trampın da qatılması üçün birbaşa dəvət göndərib. Addım Qahirənin sektor üzrə hərtərəfli sülh sazişində aparıcı və himayədar rolunu möhkəmləndirməyə yönəlmiş yüksək səviyyəli diplomatik jest kimi dəyərləndirilir.

    Dəvət Misirin Şarm əl-Şeyx şəhərində HƏMAS və İsrail arasında başlayan həssas danışıqlar fonunda verilib. Görüşlər fələstinli hərəkatın müharibəyə son qoymağı hədəfləyən, 20 bənddən ibarət Tramp planını qəbul etməsindən sonra faktiki olaraq bazar ertəsi başlayıb.

    Şarm əl-Şeyxdəki raunda beynəlxalq və regional səviyyədə yüksək nümayəndə heyətlərinin qoşulması diplomatik səfərbərliyin miqyasını artırıb. Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, Trampın müşaviri Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff müzakirələrdə iştirak edir. Türkiyədən Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, İsraildən baş nazir Binyamin Netanyahunun yaxın çevrəsindən sayılan strateji məsələlər naziri Ron Dermerin iştirakı da tərəflərin, çətinliklərə baxmayaraq, prosesə sadiqliyini göstərir.

    HƏMAS çərşənbə günü İsrail girovlarının və İsraildə saxlanılan fələstinli məhbusların azad ediləcəyi siyahıların qarşılıqlı mübadiləsinin aparıldığını açıqlayıb və Misirdə Tramp planı ətrafında gedən müzakirələrə optimist yanaşdığını bildirib. Hərəkatın sözçülərinə görə, danışıqlar əsasən atəşkəs mexanizmi, İsrail qüvvələrinin Qəzzadan çıxışı və girov-məhbus mübadiləsi üzərində cəmlənib. Prosese yaxın fələstinli mənbə isə tərəflərin hələ planın birinci mərhələsinin icra vaxtı barədə razılığa gəlmədiyini deyib ki, bu da optimizmin ciddi siyasi və logistik maneələrlə üzləşdiyini göstərir.

    Donald Tramp çərşənbə axşamı – HƏMAS-ın razılaşmaya doğru irəliləyişlə bağlı nikbinlik ifadə edib. Bununla belə, tərəflərdən rəsmilər sürətli nəticə gözləntilərinə ehtiyatla yanaşmağa çağırır: HƏMAS daimi və hərtərəfli atəşkəs, İsrail qüvvələrinin tam geri çəkilməsi və fələstinli “milli texnokratik qurum” nəzarətində dərhal, genişmiqyaslı bərpanın başlanmasını istəyir; İsrail isə hərəkatın silahsızlaşdırılmasında israr edir və HƏMAS bunu qətiyyətlə rədd edir.

    Sisi çıxışında Misirin Fələstin məsələsinə müsbət və fəal yanaşdığını vurğulayaraq “Qəzzaya qarşı müharibəyə son qoymaq üçün dayanmadan çalışırıq” deyib.
    “Heç kim Misir dövlətini hədələyə bilməz. Terrorun öhdəsindən gəldik, vəziyyət arxayındır.”-deyə Sisi qeyd edib.
    Prezident iqtisadi göstəricilərin də yaxşılaşdığını qeyd edərək Qahirənin diplomatiyanı möhkəm daxili dayaqdan apardığı mesajını verib.

    ABŞ rəsmiləri ilkin mərhələdə döyüşlərin dayandırılması və Qəzzadakı israilli girovların, eləcə də İsraildəki fələstinli məhbusların azad edilməsinin necə həyata keçiriləcəyinə dair logistik məsələlərə fokuslanmaq niyyətində olduqlarını bildirirlər. Atəşkəs olmadan İsrailin Qəzzaya hücumları davam edib və bu, Təl-Əvivin beynəlxalq təcridini dərinləşdirib. Qlobal qəzəb artdığı, Qəzza əhalisinin demək olar ki, hamısının daxildə didərgin düşdüyü və aclıq böhranının dərinləşdiyi bildirilir. Bir sıra insan haqları ekspertləri, alimlər və BMT-nin araşdırma komissiyası baş verənləri “soyqırıma bərabər” qiymətləndirir; İsrail isə 2023-cü ilin 7 oktyabrında HƏMAS-ınhücumuna cavab olaraq özünümüdafiə etdiyini deyir.

    Qəzza zolağındakı səhiyyə qurumlarının məlumatına görə, İsrailin hücumlarında təxminən 67 min insan həlak olub.
    Sisinin Trampa ünvanladığı dəvət danışıqlara yüksək siyasi çəki qazandırmaqla yanaşı, mümkün sülhün imzası üçün Qahirəni əsas meydan kimi önə çıxarır. Bu, həm Vaşinqtonun prosesin başlıca sponsoru statusunu taclandırır, həm də Misiri regionda çoxtərəfli sülh səylərinin mərkəzinə yerləşdirir. Dünya ictimaiyyətinin diqqəti indilikdə Şarm əl-Şeyxə yönəlib; yekun sənəd ortaya çıxacağı təqdirdə, imzanın Misirdə atılması gözlənilir.

    #Donald Tramp #Əbdülfəttah əs-Sisi #Trampın Qəzza planı #Donald Tramp və Qəzza planı #Tramp İran siyasəti #Donald Tramp Qəzzə planı #Əbdülfəttah əs-Sisi və Əl-Əzhər münasibətləri #Sisi və şeyx Əhməd ət-Tayyibin yaxınlaşması #Sisi Əl-Əzhərlə niyə münasibətləri yaxşılaşdırır? #Sisi və Əl-Əzhər arasında əvvəllər hansı fikir ayrılıqları olub? #Donald Tramp və Fələstin planı #Sisi Netanyahu əlaqələri #Əbdülfəttah Sisi Tramp münasibətləri #Əbdülfəttah əs-Sisi Qəzza tapşırığı #Əbdül Fəttah əl-Sisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    3 Sentyabr 2026 10:32

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    2 Sentyabr 2026 22:42

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    2 Sentyabr 2026 20:58

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    2 Sentyabr 2026 19:56

    ABŞ-də yüksək hərbi vəzifələrdə dəyişikliklər davam edir

    2 Sentyabr 2026 19:07

    Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

    2 Sentyabr 2026 18:35

    Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib

    2 Sentyabr 2026 18:26

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    1 Sentyabr 2026 22:04

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    1 Sentyabr 2026 19:52

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    1 Sentyabr 2026 18:30

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22
    XƏBƏR LENTİ

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.