Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

    13 Sentyabr 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    On illərlə davam edən qanlı düşmənçilikdən sonra İsrail və Fələstin nümayəndələri Ağ Evin Cənub çəmənliyində görüşərək sülhün əsaslarını imzaladılar. “Prinsiplər Bəyannaməsi” israillilər və fələstinlilər arasında münaqişəyə son qoymaq və həm İordan çayı, həm də Aralıq dənizi arasındakı müqəddəs torpağı bölüşmək üçün atılmış ilk addım idi.

    Yəhudilər və ərəblər arasında Fələstində döyüşlər 1920-ci illərdən başlayıb.Buna səbəb İasrailin işğal planı idi. Yəhudilər – Avropa və Rusiyadan gəlmiş sionistlər – qədim yəhudi torpağında milli dövlət yaratmaq istəyirdilər. Yerli ərəblər isə (hələ özlərini fələstinli adlandırmırdılar) yəhudi köçünü dayandırmaq və dünyəvi fələstin dövləti qurmaq niyyətində idilər.

    1948-ci il mayın 14-də İsrail dövləti elan olundu və beş ərəb dövləti fələstinlilərə dəstək üçün İsrailə hücum etdi. İsrail ordusu ərəb ordularını dəf etdi və 1947-ci ildə BMT-nin Fələstin üçün müəyyənləşdirdiyi bölgü planında ərəblərə ayrılmış ərazilərin bir hissəsini ələ keçirdi. İki BMT vasitəçiliyi ilə atəşkəsdən sonra 1949-cu ilin fevralında İsrail Misir, Livan, İordaniya və Suriya ilə rəsmi barışıq sazişləri imzaladı. Bu razılaşmalar İsrailə müharibə zamanı ələ keçirdiyi ərazilərdə daimi nəzarət imkanı verdi.

    Müharibə zamanı yüz minlərlə fələstinli ərəbin İsraildən köçməsi ölkədə yəhudi əhalisinin üstünlüyünü təmin etdi. İsrail ərazidə qalan ərəblərin hüquqlarını məhdudlaşdırdı. Qaçan fələstinlilərin əksəriyyəti Transiordaniya (indiki İordaniya) nəzarətindəki İordan çayının qərb sahilinə, digərləri isə Misirin nəzarətindəki Qəzza zolağına sığındılar. Yüz minlərlə fələstinli qaçqın düşərgələrinə yerləşdi.

    1960-cı illərin əvvəllərində fələstinli diaspor milli kimliyini formalaşdırdı. 1964-cü ildə Fələstin Xilas Təşkilatı (FƏTH) yaradıldı. Bu təşkilat müxtəlif fələstin qruplarını birləşdirən siyasi çətir rolunu oynayırdı və bütün fələstin xalqını təmsil etməli idi. FƏTH -in məqsədi İsrail dövlətini məhv etmək və müstəqil fələstin dövləti qurmaq idi.

    1967-ci ilin Altıgünlük müharibəsində İsrail Qərb sahili, Şərqi Qüds, Qəzza zolağı, Sina yarımadası və Colan təpələrini ələ keçirdi. Şərqi Qüdsü ilhaq etdi və digər ərazilərdə hərbi idarəetmə qurdu. İsrail bəzi əraziləri “öz təhlükəsizlik tələblərinə qarşılıq” olaraq geri qaytarmağı təklif etsə də, 1967-ci il sentyabrın 1-də Ərəb Liqasının Xartum qətnaməsi rəsmi danışıqları rədd etdi.

    Sina yarımadası 1979-cu ildə İsrail-Misir sülh sazişi çərçivəsində Misirə qaytarıldı, amma digər işğal olunmuş ərazilər İsrailin nəzarətində qaldı. 1970-ci illərin sonlarında bəzi israillilər bu ərazilərin ilhaqını tələb etdi və yəhudi məskunları həmin ərazilərə köçməyə başladı.

    1967-ci ildən sonra FƏTH Fələstin milli hərəkatının simvolu kimi tanındı. FƏTH rəhbəri Yasir Ərəfat əvvəlcə İordaniyadan, 1971-dən isə Livandan İsrailə qarşı partizan hücumları təşkil etdi. FƏTH həmçinin İsrail daxilində və xaricdə terror aktlarını əlaqələndirdi. Bu fəaliyyət İsrail ordusunun və kəşfiyyatının ağır cavab hücumlarına səbəb oldu. 1970-ci illərin sonuna doğru Ərəfat FƏTH -in fələstin xalqının yeganə qanuni təmsilçisi kimi beynəlxalq tanınmasını təmin etdi.

    1973-cü ildə Yom Kippur bayramı zamanı Misir və Suriya İsrailə hücum etdi. Oktyabrın 25-də atəşkəs elan olundu.

    1978-ci il sentyabrın 17-də, Kemp-Deviddə gizli danışıqlardan sonra Misir prezidenti Ənvər Sadat və İsrailin baş naziri Menaxem Begin Kemp-Devid razılaşmasını imzaladılar. Bu, İsrail ilə ərəb qonşusu arasında ilk sülh sazişi idi. Hər iki ölkə 1978-ci ildə Nobel Sülh mükafatına layiq görüldü. Lakin bu hadisələr 1981-ci il oktyabrın 6-da Sadata sui-qəsdi ilə nəticələndi.

    1980-ci illərdə zorakılıqlar artdı, fələstinlilər işğal olunmuş ərazilərdə yəhudi məskunları ilə toqquşdu. 1982-ci ildə İsrail FƏTH -i çıxarmaq üçün Livanı işğal etdi. 1987-ci ildə Qəzza və Qərb sahilində fələstinlilər İsrail hakimiyyətinə qarşı “İNTİFADA” adlı üsyan başladılar. Ardınca İordaniya kralı Hüseyn Qərb sahili üzərində inzibati məsuliyyətdən imtina etdi və FƏTH -in mövqeyi gücləndi. 1988-ci il noyabrın 15-də Ərəfat Qərb sahili və Qəzzada müstəqil fələstin dövləti elan etdi. Bir ay sonra terroru pislədi, İsraili tanıdı və “torpağa qarşı sülh” danışıqlarını başlatdı.

    İsrail birbaşa danışıqlardan imtina etsə də, 1991-ci ildə Madrid konfransında israilli diplomatlar birgə İordaniya-fələstin nümayəndə heyəti ilə görüşdülər. 1992-ci ildə Əmək Partiyasının lideri İtsxak Rabin baş nazir oldu və sülh prosesini sürətləndirməyi vəd etdi. O, yeni məskunların tikintisini dondurdu və Oslo (Norveç) şəhərində İsrail və FƏTH arasında gizli danışıqlara icazə verdi.

    1993-cü ilin sentyabrın 13-də bu danışıqlar tarixi sülh sazişi ilə nəticələndi. Həmin gün Ağ Evin Cənub çəmənliyində İsrailin xarici işlər naziri Şimon Peres və FƏTH -in nümayəndəsi Mahmud Abbas “Müvəqqəti Özünüidarə Təşkilinə dair Prinsiplər Bəyannaməsini” imzaladılar. Saziş İsrail qoşunlarının Qəzza və Ərihadan çıxarılmasını, Fələstin hökumətinin yaradılmasını nəzərdə tuturdu. ABŞ prezidenti Bill Klinton mərasimi idarə etdi, 3000-dən çox şəxs, o cümlədən sabiq prezidentlər Corc Buş və Cimmi Karter iştirak etdi. Ərəfat və Rabin ilk dəfə əl sıxdılar.

    Rabin çıxışında: “Biz – qan içində döyüşdən qayıtmış əsgərlər, qardaşlarını, dostlarını itirmiş insanlar – bu gün sizə deyirik: yetər qan və göz yaşına. Yetər!” , Ərəfat isə, “Sülh uğrunda mübarizə həyatımızın ən çətin mübarizəsidir. Bu, ən böyük səylərə layiqdir, çünki sülh torpağı ədalətli və hərtərəfli sülhə həsrət çəkir.”- dedi.

    Ekstremistlərin sülh prosesini zorakılıqla pozmaq cəhdlərinə baxmayaraq, İsrail 1994-cü ilin mayında Qəzza və Ərihadan çəkildi. İyulda Ərəfat Ərihaya daxil olub Fələstin Muxtariyyətini qurdu. 1994-cü ilin oktyabrında Ərəfat, Rabin və Peres Nobel Sülh mükafatına layiq görüldülər.

    1995-ci ilin sentyabrında yeni sülh sazişi imzalandı. Lakin noyabrın 4-də Rabin Təl-Əvivdə sülh mitinqində yəhudi ekstremisti tərəfindən öldürüldü. Onun yerinə Peres keçdi, amma 1996-cı ildə fələstinli ekstremistlərin hücumları İsraildə ictimai fikri dəyişdi. Mayda sağçı Likud Partiyasının lideri Benyamin Netanyahu baş nazir seçildi. O, Ərəfatdan terroru dayandırmağı tələb etdi, amma hücumlar davam etdi və proses dayandı.

    1999-cu ilin mayında Əmək Partiyasından Ehud Barak seçkilərdə Netanyahunu məğlub etdi və sülh üçün “cəsarətli addımlar” vəd etdi. Lakin 2000-ci ilin iyulunda Kemp-Devid danışıqları uğursuz oldu. Sentyabrda Likud lideri Ariel Şaron Məscidül-Əqsanı ziyarət etdikdən sonra yeni intifada başladı. 2001-ci ildə israillilər Şaronu baş nazir seçdilər.

    11 sentyabr 2001-ci il terror hücumlarından sonra Ərəfat ABŞ-ın “terrora qarşı müharibəsinə” qoşulacağını elan etsə də, prezident Corc Buş onu qəbul etmədi. 2001-ci ilin dekabrında intihar hücumlarından sonra İsrail İordan çayının qərb sahilinə yenidən daxil oldu və Ərəfatı Ramallahda qərargahında mühasirəyə aldı.

    2002-ci ilin martında Ərəb Liqasının sülh planını İsrail rədd etdi. Ardınca zorakılıqlar artdı və qarşılıqlı hücumlar yeni hərbi əməliyyatlara səbəb oldu.

    2004-cü ilin oktyabrında Ərəfat ağır xəstələndi və Parisə aparıldı. Noyabrın 11-də vəfat etdi.

    Mahmud Abbas FƏTH rəhbəri oldu və 2005-ci ilin yanvarında Fələstin Muxtariyyətinin prezidenti seçildi. 2006-cı ildə HƏMAS parlament seçkilərində qalib gəldi və danışıqları daha da çətinləşdirdi. HƏMAS intihar hücumları, mülki israillilərə qarşı silahlı basqınlar və İsrailin məhvini tələb edən bəyanatlarla çıxış edirdi.

    2023-cü ilin oktyabrında HƏMAS silahlıları İsrailə qarşı koordinasiyalı hücum həyata keçirdi.

    Qəzzaya hava zərbələri endirməyə başladı, nəticədə on minlərlə fələstinli, o cümlədən mülki şəxslər həlak oldu. Regionda sülh hələ də əlçatmaz olaraq qalır.

    #Mahmud Abbas #Fəth #11 sentyabr #11 sentyabr hadisələri #Yom Kippur #İtsxak Rabin #İsrail-Fələstin sülh sazişi #Prinsiplər Bəyannaməsi #Transiordaniya #Ərəb Liqasının Xartum qətnaməsi #Yasir Ərəfat #İNTİFADA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərəb Liqasının baş katibi İsrailin onun Ramallaha səfərinə mane olduğunu bildirib

    8 İyul 2026 22:30

    İran Fələstin böhranında necə yer aldı?

    14 İyun 2026 12:00

    Bu gün Fələstin Azadlıq Təşkilatı yaradıldı

    28 May 2026 03:00

    Fələstin məsələsi həll olmadan Yaxın Şərqdə qarışıqlıq davam edəcək

    14 May 2026 18:09

    Qəzza iyirmi ildən sonra ilk bələdiyyə seçkilərinə hazırlaşır - Kim səs verə bilər... və necə?

    23 Aprel 2026 07:46

    BMT üç ildən sonra Xartuma qayıdır: Humanitar fəaliyyətdə yeni mərhələ

    11 Aprel 2026 10:03

    İsrailin Qəzzaya yeni hücumları ABŞ-ın vasitəçilik etdiyi atəşkəsi sarsıdır

    31 Mart 2026 16:00

    İsraildən 5 media platformasına qadağa

    23 Fevral 2026 15:59

    Rəfahda tunellərdə qalan daha doqquz fələstinlini həlak olub

    16 Fevral 2026 16:34

    İsrailin addımı sülh səylərinə zərbə vurur - Səudiyyə XİN

    16 Fevral 2026 11:42

    Məhəmməd Heydər Zammarın ölümü ilə "Əl-Qaidə" və "İŞİD"in qanlı tarixinə şahidlik etmiş ən önəmli fiqurlardan birinin dosyesi bağlandı

    8 Fevral 2026 02:00

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53
    XƏBƏR LENTİ

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    Meyndə demokratların Senat debatı səkkiz namizədlə keçiriləcək

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    Vaşinqton İran, Rusiya və Nigeriyadakı qurumları sanksiya siyahısına salıb

    İran ABŞ hücumlarından sonra bəzi şagirdlərin imtahanlarını təxirə salıb

    ABŞ-ın son hücumlarında azı 35 nəfər ölüb - İran

    ABŞ ordusu İranda mülki obyektin vurulması iddiasını təkzib edib

    Hazırda ABŞ ilə danışıqların keçirilməsi planlaşdırılmır - İsmayıl Bəqai

    İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

    Tramp İranda körpülərin və enerji infrastrukturunun vurulmasını nəzərdən keçirir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.