#11 sentyabr hadisələri

"Suriya ayısı" kimi tanınan Məhəmməd Heydər Zammarhəyat “hekayəti” 2025-ci ilin sonunda "Suriya Demokratik Qüvvələri"nin (SDQ) həbsxanalarından birində başa çatdı. Almaniyada yaşayan ailəsi onun həbsxanada ölümü xəbərini bu yaxınlarda aldı. Bu, sərhədləri aşan 30 illik "cihad" səyahətinin sonu idi. Bu səyahət əslində 2001-ci ildə, ABŞ-ın tələbi ilə Mərakeş rəsmiləri tərəfindən 11 sentyabr terror aktları ilə əlaqəli olduğu şübhəsi ilə həbs edilərkən bitmiş kimi görünürdü. Təxminən 2900 nəfərin ölümü ilə nəticələnən həmin hücumlardan sonra o, Suriyaya göndərildi və orada gah "Əhrar əş-Şam", daha sonra isə "İŞİD" sıralarında döyüşçü kimi peyda oldu və sonda SDQ-nin zindanında öldü.

2001-ci il 11 sentyabr hücumlarının 24-cü ildönümündə – ABŞ ərazisində İkinci Dünya müharibəsi zamanı baş vermiş Perl Harbor hücumundan sonra ikinci ən dəhşətli terror aktı kimi tarixə düşən hadisənin ildönümündə – hələ də müxtəlif sui-qəsd nəzəriyyələri dolaşır və hadisə ilə bağlı suallar davam edir. O gün “Əl-Qaidə” təşkilatının 19 üzvü 4 təyyarəni ələ keçirmişdi: onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldı, biri Pentaqona dəyib dağıldı, dördüncüsü isə Pensilvaniya ştatının Şanksvil şəhərindəki sahəyə düşürüldü. Sonuncu təyyarənin hədəfi Ağ Ev idi.