Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    BMT üç ildən sonra Xartuma qayıdır: Humanitar fəaliyyətdə yeni mərhələ

    11 Aprel 2026 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BMT üç ildən sonra Xartuma qayıdır: Humanitar fəaliyyətdə yeni mərhələ
    Facebook Twitter LinkedIn Pinterest Email

    Ümumdünya Ərzaq Proqramı (WFP) Sudandakı vəziyyəti “dünyanın ən böyük humanitar aclıq böhranı” kimi xarakterizə edib. Qeyd olunub ki, davam edən münaqişə, onun iqtisadi və humanitar fəsadları nəticəsində təxminən 45 milyonluq əhalinin 19 milyondan çoxu kəskin ərzaq təhlükəsizliyi problemi ilə üz-üzədir. Bununla yanaşı, proqram müharibə başlayandan bəri Port-Sudanda fəaliyyət göstərən ölkə ofisinin paytaxt Xartumda yenidən işə salındığını elan edib ki, bu da BMT-nin paytaxta geniş qayıdışı üçün hazırlıq mərhələsidir.

    Proqramın icraçı direktor müavini Karl Skau, proqramın yeni ölkə direktoru Abdulla əl-Vardat ilə birlikdə cümə günü Xartumda Baş nazir Kamil İdris ilə görüşdükdən sonra xəbərdarlıq edib ki, ölkənin geniş ərazilərində münaqişənin kəsilmədən davam etməsi daha çox əzab-əziyyətə və 19 milyon insanın kəskin aclıq çəkməsinə səbəb olacaq. Skau maliyyə çatışmazlığına baxmayaraq, daha çox insana çatmaq, qidalanma pozğunluğundan əziyyət çəkən qadın və uşaqlara xilasedici ərzaq yardımı göstərmək və icmaların həyatlarını yenidən qurmalarına kömək etmək üçün lazımi səylərin göstəriləcəyinə söz verib.

    BMT rəsmisi bildirib ki, proqramın şəhərə qayıdışı qərargahın qarət edilməsi və dağıdılmasından üç il sonraya təsadüf edir. O, altı ay əvvəlki səfəri ilə müqayisədə Xartumda vəziyyətin “açıq şəkildə dəyişdiyini” bildirib və əlavə edib ki, : “Şəhərdə daha böyük bir aktivlik var, hava limanı işləyir, insanlar tədricən evlərinə qayıdır və həyatlarını yenidən qurmağa başlayırlar”.

    Skau ofisinin Xartuma qayıdışını ölkədəki ən böyük humanitar agentlik kimi BMT-nin daha geniş səyləri üçün bir hazırlıq hesab edib və fevral ayından bəri Xartuma həftədə üç reyslə BMT-nin Humanitar Hava Xidmətinin (UNHAS) bərpa olunduğunu açıqlayıb.

    Öz növbəsində, Baş nazir Kamil İdris Skau ilə görüşündən sonra verdiyi açıqlamada, hökumətinin bütün maneələri aradan qaldırmaqda, Ümumdünya Ərzaq Proqramının humanitar vəzifələrini yerinə yetirməsi və Sudanın hər yerində yardım göstərməsi üçün onunla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu vurğulayıb.

    Digər tərəfdən, BMT-nin İnformasiya Mərkəzi tərəfindən yayımlanan bəyanatda Qaçqınlar üzrə Ali Komissarlıq və Ümumdünya Ərzaq Proqramı qeyd edib ki, 428 milyon dollarlıq maliyyə kəsiri aradan qaldırılmasa, Çaddakı qaçqınlara verilən əsas yardımlar yaxın aylarda daha kəskin şəkildə azaldılacaq. Məlumata görə, Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir. Birgə bəyanatda mövcud resursların qeyri-kafi olduğu, komissarlığın hər on qaçqından yalnız dördünə əsas yardım göstərməsinə imkan verdiyi, bunun isə çox sayda qaçqını sığınacaq, su və əsas səhiyyə xidmətlərindən məhrum qoyduğu bildirilib.

    Dron hücumlarının artması

    BMT həmçinin bildirib ki, Sudanın Darfur bölgəsindəki bir qəsəbəyə edilən dron hücumu toy mərasiminə isabət edib, nəticədə aralarında qadın və uşaqların da olduğu ən azı 30 mülki şəxs həlak olub. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik toy mərasiminin Şimali Darfurun Kutum qəsəbəsində olduğunu bildirib. Bu hücum, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında 15 aprel 2023-cü ildən bəri davam edən və 40 mindən çox insanın ölümünə səbəb olan müharibədə dronlarla həyata keçirilən ən son intensiv hücumdur.

    Son aylarda quru döyüşlərinin intensivliyinin azalması fonunda dronlardan istifadənin kəskin artması müşahidə olunur ki, bu da müharibə dördüncü ilinə yaxınlaşdıqca minlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olur. Kutum qəsəbəsi münaqişənin başlanğıcından bəri RSF-nin nəzarətindədir və mühüm kənd təsərrüfatı bölgəsidir.

    Aprelin 3-də Ağ Nil ştatındakı Cəbəleyn xəstəxanasına edilən dron hücumu nəticəsində tibbi və inzibati heyət daxil olmaqla 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı martın 20-də Şərqi Darfurdakı Əd-Daein tədris xəstəxanasına edilən hücumda 13-ü uşaq olmaqla 64 nəfərin öldüyünü açıqlayıb və bu hücumu münaqişə boyu səhiyyə müəssisəsinə edilən ən ağır zərbələrdən biri kimi xarakterizə edib.

    VOA, Analitik Təhlil Mərkəzi

    #Xartum #Çad #Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) #Ərəb Liqasının Xartum qətnaməsi #WFP #Ankara–Xartum xətti: Türkiyənin Sudanla bağlı sülh və humanitar mövqeyi #Ümumdünya Ərzaq Proqramı (WFP) #WFP-nin Yaxın Şərq böhranı ilə bağlı xəbərdarlığı #Sudanda dünyanın ən böyük aclıq böhranı və BMT-nin Xartuma qayıdışı #Şimali Darfurda toy mərasiminə dron hücumu və mülki itkilər 2026 #Çaddakı sudanlı qaçqınlar üçün 428 milyon dollarlıq maliyyə çatışmazlığı #Sudan ordusu və RSF arasındakı dron müharibəsinin humanitar fəsadları #Sudanda xəstəxanalara edilən dron zərbələri və Ümumdünya Səhiyyə Təşkilatının hesabatı #UNHAS
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada dolları altı həftəlik enişdən sonra yüksəlir

    10 İyul 2026 21:57

    Azərbaycan və Çad iqtisadi əməkdaşlığı dəyərləndirilib

    16 İyun 2026 20:32

    Ümumdünya Bankı, BMT və BVF-dən birgə həyəcan təbili - Yaxın Şərqdəki müharibə qlobal aclıq riskini artırır

    9 Aprel 2026 10:16

    Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb

    29 Yanvar 2026 17:24

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Ərdoğan Sudanın Suveren Şurasının sədri ilə Ankarada görüşüb

    25 Dekabr 2025 20:34

    İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

    4 Dekabr 2025 11:06

    Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

    23 Noyabr 2025 03:00

    Əl-Faşir - müharibənin yoxsa sülhün başlanğıcı?

    28 Oktyabr 2025 03:00

    Sudan 900 günlük döyüşdən sonra dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir

    24 Oktyabr 2025 13:01

    Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

    13 Sentyabr 2025 09:00

    Yaxın Şərq və Şimali Afrikada 33 milyondan çox insan aclıqdan əziyyət çəkir - BMT

    24 İyul 2025 16:03
    XƏBƏR LENTİ

    ABŞ ordusu İranda mülki obyektin vurulması iddiasını təkzib edib

    Hazırda ABŞ ilə danışıqların keçirilməsi planlaşdırılmır - İsmayıl Bəqai

    İsrail Ali Məhkəməsi ultraortodoks yəhudilərlə bağlı qanunun icrasını dayandırıb

    Tramp İranda körpülərin və enerji infrastrukturunun vurulmasını nəzərdən keçirir

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    İrana qarşı hücumlara şərait yaradan ölkələr cavablarını alacaq - Tehran

    ABŞ İranın Çabahar şəhərində dəniz nəzarət qülləsini vurub

    Neft qiymətlərinin bahalaşması davam edəcəkmi?

    ABŞ-ın İrana qarşı müharibəsi silah ehtiyatlarını sürətlə azaldır

    “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.