Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    ABŞ siyasətində zorakılıq dalğası: son 15 ildə baş verən hücumlar

    13 İyul 2025 11:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ siyasətində zorakılıq dalğası: son 15 ildə baş verən hücumlar
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Siyasi zorakılıq anlayışı çox zaman sui-qəsd və qətllərlə assosiasiya olunur. ABŞ tarixində bu cür zorakılıqlar deyildikdə adətən prezidentlər və ya prezidentliyə namizədlər yada düşür: Abraham Linkoln, Con F. Kennedi, Robert F. Kennedi. Lakin bu sırada digər siyasi və ictimai liderlər – məsələn, Hyui Lonq, Martin Lüter Kinq və Malkolm X də sui-qəsd qurbanı olmuş şəxslər sırasındadır.

    Amma 21-ci əsrin ABŞ-ında siyasi zorakılığın hədəfinə düşənlər arasında yalnız prezidentlər yox, həmçinin senatorlar, konqres üzvləri, qubernatorlar, ştat qanunvericiləri və hətta dövlət məmurlarının ailə üzvləri də yer alır. Aşağıda müasir ABŞ-da, müxtəlif siyasi spektrdən olan ictimai xadimlərə qarşı baş vermiş motivasiyalı zorakılıq hallarına nəzər salırıq:

    2011: Qabrielle Qiffordsun güllələnməsi

    2011-ci il yanvarın 8-də Arizona ştatından Demokrat Partiyasının nümayəndəsi olan Konqres üzvü Qabrielle Qiffords Tuson şəhərindəki supermarketin qarşısında seçicilərlə görüşərkən odlu silahlı bir şəxs atəş açdı. Qiffords başından güllə yarası aldı. Ümumilikdə 18 nəfər güllələndi, 6 nəfər – o cümlədən Qiffordsun köməkçisi və 9 yaşlı bir qız – həlak oldu.

    Cinayəti törədən Jared Lee Loughner əvvəlcə ruhi cəhətdən mühakimə olunmağa yararsız sayıldı, lakin sonra özünü təqsirli bildi və ömürlük həbs cəzası aldı. O, daha əvvəl də Qiffordsla oxşar tədbirdə görüşmüşdü, lakin bu hadisənin siyasi motivli olub-olmadığı sübuta yetirilmədi. Bununla belə, Qiffordsun 2010-cu ildə keçirilən seçki kampaniyası zamanı onun ünvanına aqressiv ritorikalar səsləndirilmiş, ofisinə hücumlar olmuşdu – xüsusən də onun "Affordable Care Act" adlı tibbi islahata səs verməsindən sonra.

    Qiffords uzun reabilitasiya müddəti keçirdi və nəhayət, 2012-ci ilin yanvarında Konqresdən istefa verdi. O və həyat yoldaşı – sonradan Arizona senatoru seçilən sabiq astronavt Mark Kelli – ABŞ-da silah nəzarətinin gücləndirilməsi üçün mübarizə aparan təşkilat yaratdılar.

    2017: Stiv Skaliseyə qarşı beysbol məşqi zamanı hücum

    Vaşinqtonda hər il keçirilən Konqres beysbol oyunu, rəqiblər arasında gərgin mübarizəyə baxmayaraq, əslində xeyriyyə məqsədilə təşkil olunan ənənəvi tədbirdir. 2017-ci il iyunun 14-ü səhər saatlarında Respublikaçı qanunvericilər Virciniya ştatının Aleksandriya şəhərində məşq edərkən silahlı şəxs onlara hücum etdi.

    Nümayəndələr Palatasının çoxluq lideri Stiv Skalise də daxil olmaqla beş nəfər yaralandı. Polis atışma zamanı cinayətkarla qarşılıqlı atəşə girdi. Hücum edən şəxs – James T. Hodgkinson – əvvəlcə oradakı qanunvericilərdən hansı partiyadan olduqlarını soruşmuşdu. Onlar Respublikaçılar olduqlarını bildirəndə, Hodgkinson təşəkkür edib oradan uzaqlaşmış, dərhal sonra isə atəş açmışdı. Sonda polis tərəfindən vurularaq öldürüldü. O, prezident Donald Trampın açıq tənqidçilərindən biri kimi tanınırdı.

    2020: Hakim Ester Salasın ailəsinə hücum

    2020-ci il iyulun 19-da axşam saatlarında Nyu Cersidəki evində federal hakim Ester Salas, əri Mark Anderl və 20 yaşlı oğlu Daniel Anderl ilə birlikdə idi. Evə FedEx əməkdaşı kimi geyinmiş silahlı şəxs yaxınlaşaraq qapını döydü və açan kimi atəş açdı. Daniel Anderl həyatını itirdi, atası isə ağır yaralandı.

    Cinayətkar Roy Den Hollander hüquqşünas idi və daha əvvəl Salasın qarşısında çıxış etmişdi. Özünü “anti-feminist” adlandıran Hollander, Salası isə “tənbəl və bacarıqsız latın əsilli hakim” kimi təhqir etmişdi. Hücumdan sonra intihar etdi. 2025-ci ildə Salas bildirib ki, digər hakimlərin ünvanına da Danielin adı ilə pizza sifarişləri göndərilib – bu isə məhkəmə sisteminə qarşı qorxu yaymaq cəhdi kimi dəyərləndirilib.

    2020: Qubernator Qretçen Uitmerin oğurlanmasına cəhd

    2020-ci ilin oktyabrında, ABŞ prezident seçkilərinə cəmi bir neçə həftə qalmış, Federal Təhqiqat Bürosu (FBI) hökumətə qarşı çıxan "Wolverine Watchmen" adlı ekstremist qrupun bir neçə üzvünü Miçiqan ştatının Demokrat qubernatoru Qretçen Uitmeri oğurlamağa cəhd göstərdikləri üçün həbs etdi.

    Plan onun şimaldakı istirahət evində oğurlanmasına yönəlmişdi. Qrupun üzvləri əvvəlcədən əraziyə kəşfiyyat aparmağa getmiş və "cupcake" (partlayıcı) və "baker" (bombasaz) kimi şifrəli ifadələrdən istifadə etmişdi. Hücumun qarşısı vaxtında alındı. Ümumilikdə 14 nəfər ittiham olundu, onların 9-u – o cümlədən iki lider – məhkum edildi, 5 nəfər bəraət aldı.

    2022: Pol Pelosiyə hücum

    2022-ci il oktyabrın 28-də səhər tezdən, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin əri, 82 yaşlı Pol Pelosi San-Fransiskodakı evində David DePape adlı şəxsin hücumuna məruz qaldı. Hücumçu “Nensi haradadır?” deyə qışqıraraq evə daxil oldu və Pol Pelosini çəkiclə başından ağır yaraladı.

    DePape məhkəmədə bildirib ki, Pelosiyə hökumətdəki korrupsiya barədə sual vermək istəmiş və əgər yalan danışsa, onun dizlərini sındıracaqdı. O, həm federal, həm də ştat məhkəməsində təqsirli bilinərək müvafiq olaraq 30 il və ömürlük həbs cəzasına məhkum edildi.

    2024: Donald Trampa qarşı sui-qəsd cəhdləri

    2024-cü ilin iyulunda prezident Donald Tramp Pensilvaniyada sui-qəsd cəhdinə məruz qaldı. Hadisə zamanı Tramp, partiyasının prezidentliyə namizədi elan olunmasından bir neçə gün əvvəl, Butler şəhərində açıq mitinqdə çıxış edirdi.

    Thomas Matthew Crooks adlı şəxs təpədən snayper tüfəngi ilə atəş açdı. Tramp qulağını tutub əyildi, dərhal sonra Mühafizə Xidməti cavab atəşi ilə Crooksu zərərsizləşdirdi. Tramp qan içində yumruğunu havaya qaldıraraq təhlükəsiz yerə aparıldı. Onun avtomobilində və evində əlavə partlayıcılar və silahlar tapıldı. FBI hücumun təkbaşına törədildiyini bildirdi.

    Bundan təxminən iki ay sonra, Tramp Floridadakı Mar-a-Lago yaxınlığında golf oynayarkən daha bir sui-qəsd cəhdi qeydə alındı. O, bu dəfə xəsarət almadı.

    2025: Qubernator Coş Şapironun evində yanğın

    2025-ci il aprelin 13-də Pensilvaniya qubernatoru Coş Şapiro, həyat yoldaşı və uşaqları ilə birlikdə yatarkən, təhlükəsizlik xidmətindən evin yandığı barədə xəbər aldılar və təcili təxliyə olundular. Gecə əvvəlində orada yəhudi Pasxa süfrəsi qurulmuşdu.
    İlkin ehtimala görə yanğına şam səbəb olmuşdu. Lakin sonradan məlum oldu ki, 7 metrlik hasarı aşan Cody Balmer adlı şəxs Molotov kokteylləri ilə evi yandırmışdı. O, həbs olunduqdan sonra bildirib ki, Şapiroya qarşı nifrət bəsləyir və onu çəkiclə öldürmək niyyətində imiş. Hücumun motivlərindən biri kimi İsrail-HƏMAS müharibəsini göstərib.

    2025: Minnesota qanunvericilərinə qarşı qətl

    2025-ci il iyunun 14-də Minnesota Demokrat senatoru Con Hoffmanın evinə polis formasında bir şəxs gələrək ona və həyat yoldaşı Yvette-ə atəş açdı. Qızı hadisə yerinə polis çağırdı. Eyni cinayətkar daha sonra əyalət nümayəndəsi Melissa Hortmanın evinə keçdi və onun həyat yoldaşı Markı güllələdi. Melissa və Mark Hortman öldü, lakin Hoffmanlar ağır yaralı vəziyyətdə sağ qalmağı bacardı.

    Cinayətkar – Vance Boelter – qaçdı, lakin polis 15 iyun axşamı onu saxladı. Avtomobilində siyasətçilərin və abort hüquqları fəallarının siyahısı tapıldı. Boelterin Tramp tərəfdarı olduğu və aborta qarşı çıxan dindar biri olduğu məlum oldu. O, federal və ştat səviyyəsində qətldə ittiham olunur.

    Minnesota qubernatoru Tim Walz Melissa Hortmanı “dövlətin simvolu, güclü lider və yaxın dost” adlandırdı.

    #ABŞ-da siyasi zorakılıq #Donald Trampa sui-qəsd #Gabby Giffords hadisəsi #Paul Pelosiyə hücum #Miçiqan qubernatoru sui-qəsd cəhdi #ABŞ-da siyasi sui-qəsdlər #21-ci əsrdə siyasi terror #ABŞ-da silahlı hücumlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    London-Pekin yaxınlaşması - Qərb niyə yenidən Çinə ehtiyac duyur?

    3 İyun 2026 15:00

    Roma və Bizans nümunəsində - ABŞ zəifləyir, yoxsa yenidən formalaşır?

    3 İyun 2026 09:00

    Ərdoğan masaları çevirir - Avropa Türkiyəyə niyə ehtiyac duyur?

    2 İyun 2026 09:00

    Keçmişi və bu günü ilə Rusiya-İran münasibətləri

    31 May 2026 13:17

    Ərdoğan xilafətin süqutundan sonra Türkiyənin gücünü necə bərpa etdi?

    31 May 2026 12:00

    Husilərin yay mərkəzləri: Məktəbdən cəbhələrə məcburi keçid

    31 May 2026 11:00

    İslam tarixində unudulan qələmlər: Qadın müəlliflərin izi ilə

    31 May 2026 09:00

    Çin-ABŞ rəqabəti fonunda Fici limanları niyə gərginlik yaratdı?

    30 May 2026 09:00

    Çin niyə xaricdə səhm ticarəti tətbiqlərinə təzyiq edir?

    29 May 2026 09:00

    Tramp Vaşinqtonda polis və hərbçilərlə patrula çıxacağını açıqlayıb

    22 Avqust 2025 11:52

    Trampa hücumun pərdəarxası - Gizli Xidmətin ciddi səhlənkarlığı

    14 İyul 2025 11:54

    Tramp, ona qarşı sui-qəsd edilən gün hüquq-mühafizə orqanlarının səhvlərindən danışıb

    13 İyul 2025 10:26
    XƏBƏR LENTİ

    Hindistanda 20 nəfər otel yanğınında ölüb

    Müharibənin kölgəsində yox olan irs - Livanın minillik tarixi təhlükə altında

    London-Pekin yaxınlaşması - Qərb niyə yenidən Çinə ehtiyac duyur?

    Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

    Xarici Kəşfiyyat Xidməti işçilərinin ştat sayında dəyişiklik edilib

    Qətər İran hücumlarını pisləyib

    Fələstinin Beynəlxalq Əmək Təşkilatındakı statusu ilə bağlı mübahisə nəticəsiz qaldı

    İran ABŞ-ın “Trampa sui-qəsd planı” iddiasını rədd edib

    Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.