2026-cı ilin iyul ayında İraqdan Türkiyə limanlarına ümumilikdə 1 milyon 357 min 760 ton yük daşınıb. Nazirliyin məlumatına görə, İraqdan Türkiyə limanlarına daşınan yüklərin 1 milyon 357 min 760 tonu digər ölkələrin bayrağı altında üzən gəmilər vasitəsilə çatdırılıb. Hesabat dövründə İraqdan Türkiyə limanlarına tranzit yük aşırılmayıb.
Türkiyə
ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin keçmiş döyüş pilotları Türkiyənin beşinci nəsil KAAN qırıcı təyyarəsinin P1 prototipinin yer sınaqlarını qiymətləndirib. Keçmiş pilotların diqqət yetirdiyi əsas məsələlərdən biri təyyarənin xarici görünüşü və aerodinamik quruluşu olub. Trevor Hartsock KAAN-ın dizaynının ABŞ Hərbi Hava Qüvvələrinin F-22 “Raptor” qırıcısını xatırlatdığını bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 13-14-də Misirə rəsmi səfər edəcək. Səfər çərçivəsində Türkiyə-Misir münasibətləri ilə yanaşı, Qəzza, Hörmüz boğazı, Suriya, Liviya, Sudan və Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunacaq. Səfər çərçivəsində Hakan Fidan və Misirin xarici işlər naziri Bədr Əbdül Ati arasında Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci iclası keçiriləcək. Görüşdə iki ölkə liderlərinin fevralın 4-də Qahirədə keçirdiyi Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısının nəticələri və 2028-ci ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan üçüncü toplantıya hazırlıq məsələləri müzakirə olunacaq.
Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın Bayraktar TB3 və KIZILELMA pilotsuz uçuş aparatlarına qədər genişlənməsi Yunanıstan mətbuatında narahatlıqla qarşılanıb. Yunanıstanın “Naftemporiki”, “Enikos” və “SLpress” nəşrləri Baykar ilə İtaliyanın Leonardo şirkəti arasındakı əməkdaşlığın Türkiyənin Avropa müdafiə sənayesində təsirini artırdığını yazıb.
Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsinin qəbul edilməsindən sonra prosesin növbəti mərhələləri müəyyənləşib. İlk mərhələdə PKK-nın silahları təhvil verməsi, sığınacaqları boşaltması və logistika imkanlarını təslim etməsi gözlənilir. Təhlükəsizlik qurumlarının prosesi təsdiqləməsindən sonra məsələ Milli Təhlükəsizlik Şurasının (MGK) gündəliyinə çıxarılacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərinin strateji xarakter daşıdığını bildirərək, növbəti mərhələdə iki ölkə arasındakı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq addımların atılacağını açıqlayıb. Hürmüz boğazının qlobal iqtisadiyyat üçün həyati önəm daşıyan arteriyalardan biri olduğunu vurğulayan Ərdoğan, mövcud gərginliyin ən qısa zamanda başa çatmasını, boğazın yenidən beynəlxalq ticarətə təhlükəsiz, sabit və kəsintisiz xidmət göstərməsini arzuladıqlarını bildirib.
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Mahmud Abbasın 11-13 avqust 2026-cı il tarixlərində Türkiyədə rəsmi səfərdə olacağını açıqlayıb
Türkiyə enerji sahəsində xaricdən asılılığın azaldılması və nüvə texnologiyalarının inkişaf etdirilməsi məqsədilə kiçik modul reaktorlar (SMR) üzrə genişmiqyaslı proqram hazırlayır. Ankara 2050-ci ilə qədər 5 min meqavatlıq SMR gücünə çatmağı hədəfləyir. Bu göstəricinin Türkiyənin Akkuyu Nüvə Elektrik Stansiyasının ümumi gücündən daha yüksək olması planlaşdırılır.
İsrailin Prezident Əhməd əş-Şəraanın rəhbərlik etdiyi Suriya hökumətinin ölkənin hərbi hava qüvvələrini yenidən qurmaq səylərini narahatlıqla izlədiyi bildirilir. İsrail kəşfiyyatının hazırladığı hesabatlarda Dəməşq rəhbərliyinin hava qüvvələrinin imkanlarını artırmaq üçün sistemli fəaliyyət həyata keçirdiyi qeyd olunub.
Türkiyədə “Terrorsuz Türkiyə” prosesinin yeni mərhələsi ilə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi məqsədilə ölkənin 81 vilayətinin valisi, polis rəisləri və jandarma komandanlarının iştirakı ilə koordinasiya toplantısı keçiriləcək. Toplantıya Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş və daxili işlər naziri Mustafa Çiftçinin də qatılacağı bildirilib.
Türkiyənin Fənərbaxça futbol komandasını daşıyan avtobusa 2015-ci ildə Trabzonda silahlı hücumla bağlı istintaq çərçivəsində 5 şübhəli saxlanılıb. Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, 4 aprel 2015-ci ildə Trabzonda Fənərbaxça futbol komandasının avtobusuna edilən silahlı hücumla bağlı iş yenidən araşdırılıb.
Türkiyədə konsulluqların və viza müraciətlərinə xidmət göstərən səlahiyyətli qurumların onlayn randevu sistemlərini “bot” proqramları ilə bloklayaraq vətəndaşların viza görüşü əldə etməsini çətinləşdirdiyi və qanunsuz yolla 918 milyon lirə gəlir əldə etdiyi iddia olunan şəbəkəyə qarşı 6 şəhərdə əməliyyat keçirilib.