BAKI,VOA Orxan Qədirzadə
Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan qanun layihəsinin qəbul edilməsindən sonra prosesin növbəti mərhələləri müəyyənləşib.
İlk mərhələdə PKK-nın silahları təhvil verməsi, sığınacaqları boşaltması və logistika imkanlarını təslim etməsi gözlənilir. Təhlükəsizlik qurumlarının prosesi təsdiqləməsindən sonra məsələ Milli Təhlükəsizlik Şurasının (MGK) gündəliyinə çıxarılacaq.
Məlumata görə, Abdullah Öcalanın yaxın günlərdə PKK üzvlərinə silahları təhvil vermək və Türkiyəyə qayıtmaqla bağlı çağırış etməsi gözlənilir. Silahların İraqın Ərbil və Süleymaniyə şəhərlərində yaradılacaq xüsusi bölmələrə təhvil verilməsi planlaşdırılır.
Silahların təhvilinin sentyabrın sonunadək başa çatdırılması, çərçivə qanununun isə oktyabrdan tətbiqinə başlanması nəzərdə tutulur.
Prosesə biri icra, digəri isə parlament nəzarəti olmaqla iki qurulun rəhbərlik edəcəyi bildirilir. Qanundan yararlanmaq istəyənlər üçün 6 aylıq müraciət müddəti nəzərdə tutulur.