BAKI,VOA Orxan Qədirzadə
Türkiyənin Manisa vilayətinin Salihli rayonunda oksigen balonlarının doldurulduğu məntəqədə partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Partlayış sənaye zonasında yerləşən “Kavas Oksigen Doldurma” məntəqəsində yerli vaxtla saat 08:27-də baş verib. Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Manisa Valiliyinin məlumatına görə, ərazidə 4 müdaxilə qrupu, 6 yanğınsöndürmə briqadası, 6 təcili tibbi yardım briqadası, 6 asayiş patrul qrupu və bir axtarış-xilasetmə qrupu fəaliyyət göstərir.
Partlayışdan sonra müəssisənin üzərindən güclü tüstü qalxıb. Hadisənin səbəbləri araşdırılır.