#Selçuk Bayraktar

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. S.Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

1924-cü il martın 3-də Ankaradakı Türkiyə Böyük Millət Məclisi Osmanlı xilafətinin ləğv edilməsi və sonuncu xəlifə II Əbdülməcidin ölkədən çıxarılması qərarı ilə İslam dünyasını şoka saldı. Bu qərar sadəcə bir idarəetmə sisteminin dəyişməsi deyil, altı əsrdən çox davam edən bir irslə məcburi qopuş idi. Bir çoxları bu gün bu reallığı qəbul etməsə də, Osmanlı xilafəti İslam birliyinin rəmzi, bütün ümmətin siyasi və hərbi gücü idi.

Belçikanın Kraliçası Mathilda Türkiyəyə rəsmi səfəri çərçivəsində Baykar şirkətinin Milli Texnologiya Mərkəzini ziyarət edib. Belçika İqtisadi Missiyası çərçivəsində baş tutan səfərdə kraliça ilə birlikdə Belçikanın xarici işlər naziri Maksim Prevo, müdafiə naziri Teo Frankken, regional hökumət nümayəndələri, diplomatlar, akademiklər və media təmsilçiləri iştirak ediblər.

Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkəti yeni texnologiyalarını beynəlxalq platformada nümayiş etdirəcək. Məlumata görə, şirkət sərgi çərçivəsində ilk dəfə olaraq K2 kamikadze pilotsuz uçuş aparatı, həmçinin “Mızrak” və “Sivrisinek” adlı ağıllı dolaşan döyüş sursatlarını təqdim edəcək.

“Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Səlçuk Bayraktar tərəfindən qurulan Fergani Kosmik Texnologiyaları bu peyki 30 mart 2026-cı il tarixində ABŞ-ın Vandenberq Kosmik Qüvvələr Bazasından kosmosa göndərib. SpaceX-in Transporter-16 missiyası çərçivəsində buraxılan peyk, təxminən 66 dəqiqə sonra daşıyıcı raketdən uğurla ayrılaraq 500–520 km hündürlükdə nəzərdə tutulan orbitə yerləşib”- deyə bildirilib.

Türkiyənin gəmidə yerləşən silahlı insansız hava aparatı (PUA) Bayraktar TB3, NATO-nun Steadfast Dart 2026 təlimi çərçivəsində Eurofighter Typhoon döyüş təyyarələri ilə birgə uçuş icra edib. Təlim zamanı TCG ANADOLU gəmisindən havalanan Bayraktar TB3, NATO hava qüvvələrinin intensiv fəaliyyət göstərdiyi Baltik bölgəsində koordinasiyalı uçuş qabiliyyətini nümayiş etdirdi.

İtaliya Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Türkiyənin pilotsuz uçuş aparatları sahəsində dünya miqyasında tanınan şirkəti “Baykar”ın istehsalat və texnoloji mərkəzində olub. Heyət, şirkətin yeni nəsil müdafiə texnologiyaları və gələcək layihələri ilə yaxından tanış olub. İtaliyanın müdafiə nazirinin müavini Matteo Perego di Cremnago, Hərbi Hava Qüvvələri Komandanı Kor­general Antonio Conserva, Quru Qoşunları Komandanı Kor­general Carmine Masiello və Hərbi Dəniz Qüvvələri Komandanının müavini Koramiral Giuseppe Berutti Bergotto başda olmaqla geniş nümayəndə heyəti Baykar Texnologiyalarını ziyarət edib.

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı Bayraktar KIZILELMA, ASELSAN istehsalı yüksək texnologiyalı TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla həyata keçirib. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də paylaşımında bu uğuru vurğulayaraq, “göy üzündə yeni bir imza atıldığını” bildirib.

Bayraktar KIZILELMA layihəsinə 2021-ci ildə start verilib. İlk prototip — TC-ÖZB quyruq nömrəli KIZILELMA — 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxaraq Çorlu AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirilib. Burada uğurla yer testlərini tamamladıqdan sonra təyyarə 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirib.