Belçikanın Kraliçası Mathilda Türkiyəyə rəsmi səfəri çərçivəsində Baykar şirkətinin Milli Texnologiya Mərkəzini ziyarət edib. Belçika İqtisadi Missiyası çərçivəsində baş tutan səfərdə kraliça ilə birlikdə Belçikanın xarici işlər naziri Maksim Prevo, müdafiə naziri Teo Frankken, regional hökumət nümayəndələri, diplomatlar, akademiklər və media təmsilçiləri iştirak ediblər.
#Türkiyə hərbi texnologiyası
İraq hökuməti hava hücumlarından müdafiə imkanlarını gücləndirmək məqsədilə Türkiyədən 20 ədəd hava müdafiə sistemi almaq üçün razılığa gəlib. Bağdad rəhbərliyi xüsusilə neft yataqlarını, diplomatik nümayəndəlikləri və strateji obyektləri qorumaq üçün Türkiyə müdafiə sənayesi məhsullarını seçib.
Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan və istehsal edilən tam elektrikli zirehli personal daşıyıcısı E-ZPT-nin bütün kalifikasiya testləri tamamlanıb. M113 seriyalı zirehli vasitələrin modernləşdirilməsi ilə ərsəyə gələn E-ZPT 376 gün davam edən aramsız sınaqlardan sonra istifadəyə tam hazır vəziyyətə gətirilib. Layihə rəhbəri Halil Çelik bildirib ki, vasitə 3 min kilometrlik dözümlülük yürüşü, 60 dərəcəlik dik eniş-yoxuş və mənfi 32-dən müsbət 49 dərəcəyədək temperatur sınaqlarını uğurla başa vurub. Yeni nəsil texnologiyalarla təchiz edilən E-ZPT 0-dan 50 kilometr/saat sürəti cəmi 8 saniyəyə yığmaq qabiliyyətinə malikdir.