Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Avropa Birliyinin Türkiyəyə ehtiyacı var - Ərdoğan

    9 May 2026 13:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa Birliyinin Türkiyəyə ehtiyacı var -  Ərdoğan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 May – Avropa Günü münasibətilə yayımladığı mesajda Avropa Birliyi ilə münasibətlərə dair diqqətçəkən açıqlamalar verib.

    VOA xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Avropa inteqrasiyasının əsasını təşkil edən Şuman Bəyannaməsinin ildönümündə yayımladığı bəyanatda Avropa Birliyinin son illərdə çoxşaxəli siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə üzləşdiyini bildirib. Türkiyə lideri qeyd edib ki, qlobal müharibələr, siyasi qarşıdurmalar və iqtisadi çətinliklər fonunda Avropa Birliyi daha əhatəli və birləşdirici siyasət yürütməyə məcburdur.

    Ərdoğan vurğulayıb ki, Avropa Birliyinə namizəd ölkə olan Türkiyə bu prosesin “əsas və vazkeçilməz elementi” olaraq qalır. Onun sözlərinə görə, Türkiyənin layiq olduğu yeri almadığı Avropa təhlükəsizlik və siyasi memarlığı natamam qalacaq və böhranların idarə olunması sahəsində zəiflik yaşayacaq.

    Türkiyə Prezidenti bəyanatında “Avropa Birliyinin Türkiyəyə ehtiyacı, Türkiyənin Birliyə olan ehtiyacından daha çoxdur” ifadəsini yenidən səsləndirib. O bildirib ki, gələcək dövrdə bu ehtiyac daha da artacaq.

    Ərdoğan əlavə edib ki, Ankara tamhüquqlu üzvlük perspektivi əsasında Avropa Birliyi ilə münasibətləri “qazan-qazan” prinsipi ilə inkişaf etdirmək niyyətindədir və bu istiqamətdə eyni səmimi yanaşmanı Brüsseldən də gözləyir.

    Türkiyə lideri sonda 9 May Avropa Gününün qitədə sülh, həmrəylik və qarşılıqlı əməkdaşlığa töhfə verməsini arzulayıb.

    #Rəcəb Tayyib Ərdoğan #Avropa Birliyi #9 May Avropa Günü #Türkiyə AB münasibətləri #Türkiyənin Avropadakı rolu #AB-Türkiyə əməkdaşlığı #Avropa təhlükəsizlik memarlığı #Türkiyənin tam üzvlük prosesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

    20 Avqust 2026 14:13

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    Türkiyədə Milli Dayanışma Qanunu qüvvəyə minib

    18 Avqust 2026 09:27

    Misir müdafiə sazişinə qoşula bilər - Ərdoğan

    16 Avqust 2026 11:25
    XƏBƏR LENTİ

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.