Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Devlet Bahçeli Abdullah Öcalanla bağlı yeni təklif irəli sürdümü? “Sülh Prosesi Koordinatorluğu” nə deməkdir?

    5 May 2026 13:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Devlet Bahçeli Abdullah Öcalanla bağlı yeni təklif irəli sürdümü? “Sülh Prosesi Koordinatorluğu” nə deməkdir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Türkiyə Böyük Millət Məclisində keçirilən partiya qrup iclasında çıxış edərək ölkənin daxili və xarici siyasət gündəminə dair geniş açıqlamalar verib.

    VOA xəbər verir ki, Bahçeli çıxışında Türkiyənin geosiyasi mövqeyi, xarici siyasət prioritetləri, Kipr məsələsi, terrorla mübarizə və iqtisadi hədəflər daxil olmaqla bir çox istiqamətdə mesajlar səsləndirib. O, milli birlik və səfərbərlik çağırışı edərək Türkiyənin regional güc roluna diqqət çəkib.

    “Türkiyə siyasi şüarlarla yox, real güclə yazılır”

    MHP lideri bildirib ki, Türkiyə Balkanlar, Qafqaz, Qara dəniz, Şərqi Aralıq dənizi, Orta Şərq, Türk dünyası, Afrika və Avropa arasında strateji körpü rolunu oynayır.

    Onun sözlərinə görə, Türkiyə öz yolunu siyasi şüarlarla deyil, istehsal, diplomatiya, müdafiə sənayesi, enerji layihələri, logistika və milli həmrəyliklə formalaşdırır.

    Bahçeli qeyd edib ki, “Türk və Türkiyə əsrinin” gerçəkləşməsi yalnız realist və güc mərkəzli yanaşma ilə mümkündür.

    Xarici siyasət və “sülh, lakin passivlik yox”

    Çıxışında xarici siyasətə toxunan Bahçeli bildirib ki, Türkiyə sülhü prioritet hesab edir, lakin bu, passivlik demək deyil.

    O vurğulayıb ki, diplomatiya başqa güclərin hesabına hərəkət etmək anlamına gəlmir və Türkiyə danışıqlarda yalnız öz milli maraqları və təhlükəsizliyi əsasında iştirak edir.

    Şərqi Aralıq dənizi və Kipr mesajı

    Bahçeli Şərqi Aralıq dənizindəki proseslərə də toxunaraq Fransa, Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası və İsrailin bölgədə yaratmağa çalışdığı təhlükəsizlik və enerji mərkəzi təşəbbüslərinin diqqətlə izlənildiyini bildirib.

    O, Fransa Prezidenti Emmanuel Macronu tənqid edərək onu “Napoleonçu ambisiyalara qapılmaqda” ittiham edib.

    Bahçəli bildirib ki, Kipr Türkiyə üçün strateji əhəmiyyət daşıyır və Kipr türklərinin təhlükəsizliyi heç bir şübhəyə buraxıla bilməz.

    Onun sözlərinə görə, Yunanıstanın iddiaları hüquqi əsas yaratmır, Cənubi Kipr Rum Administrasiyasının bütün adanı təmsil etmə iddiası legitimlik daşımır, İsrailin isə təhlükəsizlik siyasətini Türkiyəyə qarşı yönəltməsi regionda davamlı sülh yaratmır.

    “Kipr yalnız torpaq deyil, strateji yaddaşdır”

    MHP sədri bildirib ki, Kipr Türkiyənin təhlükəsizlik dərinliyinin bir hissəsidir və dəniz sərhədləri ilə bağlı əsas strateji əhəmiyyət daşıyır.

    O həmçinin Kiprdə torpaq alqı-satqısı və xarici mülkiyyətin strateji ərazilərdə artmasının sadə iqtisadi məsələ kimi qiymətləndirilə bilməyəcəyini deyib.

    “Geniş milli səfərbərlik lazımdır”

    Bahçeli çıxışında iqtisadi, mədəni və texnoloji sahələrdə geniş səfərbərlik çağırışı edib.

    İqtisadi sahədə istehsalın artırılması, investisiyaların genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi, mədəni sahədə isə Türkiyənin tarixi və mədəni irsinin dünyaya daha güclü çatdırılması, texnoloji sahədə isə süni intellekt, kibertəhlükəsizlik və müdafiə sənayesinin inkişafı vurğulanıb.

    “Terrorsuz Türkiyə” mesajı

    MHP lideri terrorla mübarizəyə də toxunaraq “Terrorsuz Türkiyə” hədəfinin təslimiyyət və ya güzəşt olmadığını bildirib.

    Onun sözlərinə görə, bu proses Türkiyənin təhlükəsizliyi, sosial sabitliyi və iqtisadi inkişafı üçün əsas mərhələdir.

    Abdullah Öcalanla bağlı açıqlama və yeni təklif

    Çıxışın ən diqqətçəkən hissələrindən biri isə Abdullah Öcalan ilə bağlı açıqlama olub.

    Bahçeli bildirib ki, Öcalanın status məsələsi müzakirə edilməli və bu məsələ prosesdən kənarda saxlanmamalıdır. Onun sözlərinə görə, bu məsələnin nəzərə alınmaması prosesin düzgün irəliləməsinə mane ola bilər.

    O deyib ki, əgər çağırışın nəticə verməsi istənilirsə, təşkilatın tam ləğvi və silahların təhvil verilməsi prosesində hüquqi, siyasi və vicdani qiymətləndirmə aparılmalıdır.

    Bahçəli həmçinin bildirib:

    “Abdullah Öcalan üçün status boşluğu varsa, bu boşluq Türkiyə Respublikasının xeyrinə, terrorsuz Türkiyə hədəfinin uğuruna xidmət edəcək şəkildə qiymətləndirilməlidir.”

    Sonda MHP sədri “Sülh Prosesi Koordinatorluğu yaradılmasını təklif edirəm” deyərək yeni institusional mexanizm təşəbbüsü irəli sürüb.

    #Türkiyə #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #Abdullah Öcalan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:43
    XƏBƏR LENTİ

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.