İran ABŞ-yə məxsus “MQ-9” tipli pilotsuz uçuş aparatını (PUA) Hörmüz boğazı üzərində hava hücumundan müdafiə raketi ilə vurduğunu açıqlayıb.
#PUA
ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsinin keçmiş üzvü Robert O'Nil naməlum uçan obyektlərlə bağlı diqqətçəkən iddia irəli sürüb. O, bu obyektlərin yadplanetlilərə deyil, ABŞ ordusunun gizli şəkildə sınaqdan keçirdiyi qabaqcıl texnologiyalara aid ola biləcəyini düşünür.
Rusiya paytaxtı Moskvanın merı Sergey Sobyanin Moskva vilayətinin 250 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını, bunlardan 28-nin bilavasitə vilayət səmasında məhv edildiyini bildirib. Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada gecə ərzində Ukraynaya məxsus ümumilikdə 726 PUA-nın Moskva da daxil olmaqla ölkənin müxtəlif regionları üzərində hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirildiyi diqqətə çatdırılıb
Rusiya Böyük Britaniya istehsalı olan PUA-ların Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün istifadə edildiyinin təsdiqlənməsindən sonra Londonu "Ukrayna böhranını qəsdən gərginləşdirməkdə" ittiham edib. Buna cavab olaraq Böyük Britaniya Müdafiə Nazirliyinin (MoD) nümayəndəsi BBC-yə açıqlamasında Londonun Ukrayna ilə çiyin-çiyinə durduğunu bəyan edib. Böyük Britaniya rəsmisi vurğulayıb ki, hökumət Ukraynanın [Rusiya Prezidenti Vladimir] Putinin qanunsuz işğalından müdafiə olunması üçün lazımi avadanlıq təmin etmək öhdəliyinə sadiqdir.
İsrailin Livanın Nəbatiyyə vilayətində yerləşən Meyfadun qəsəbəsinə pilotsuz uçuş aparatı ilə zərbə endirdiyi bildirilir. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, hücum nəticəsində insan tələfatı qeydə alınmayıb. Hadisə İsrailin Cənubi Livandakı hərbi əməliyyatlarını genişləndirdiyi və UNIFIL-in son sutkada 113 mərmi atıldığını açıqladığı bir dövrdə baş verib.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin Fövqəladə Hallar Qüvvələri Mərib və Hədrəmautdakı düşərgələrinə raket və PUA hücumu edildiyini açıqlayıb. Hücumların husilər tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hadisə nəticəsində çoxsaylı ölən və yaralananların olduğu, həmçinin ciddi maddi ziyanın dəydiyi bildirilir. Yəməndə 2022-ci ildən davam edən nisbi sakitliyə baxmayaraq, son həftələr döyüşlər yenidən intensivləşib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Xarici İşlər Nazirliyində rəsmi qarşılanma mərasimində iştirak edib. Məlumata görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha nazirlikdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qarşılayıb. Bildirilib ki, rəsmi qarşılama mərasimindən sonra nazirlər Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının (PUA) sərgisi ilə tanış olublar.
Çin ABŞ administrasiyasının son addımlarına cavab olaraq Vaşinqtona qarşı yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.Bəyanatda qeyd olunub ki, bu qərar ABŞ-nin Çin istehsalı olan dronların idxalını qadağan etməsi və 43 Çin şirkətinə sanksiya tətbiq etməsinə cavab xarakteri daşıyır.
Küveyt ordusu İranın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlara qarşı ölkənin hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini açıqlayıb. Açıqlamada bildirilib ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin hədəfləri vurması ilə əlaqədardır. Vətəndaşlara rəsmi qurumların təhlükəsizliklə bağlı göstərişlərinə əməl etmək tövsiyə olunub.
Türkiyənin Baykar şirkəti ilə İtaliyanın Leonardo müdafiə və aviasiya şirkəti Böyük Britaniyada keçiriləcək Farnborough Airshow sərgisində insanlı və insansız döyüş platformalarının birgə fəaliyyətinə dair əməkdaşlığın son nəticələrini beynəlxalq ictimaiyyətə təqdim edəcək.
Küveyt İranın ölkədəki enerji və su infrastrukturuna hücum etdiyini iddia edib. Xarici İşlər Nazirliyi hücumları "ağır təcavüz" və "son dərəcə təhlükəli eskalasiya" adlandırıb. Bəyanatda elektrik stansiyası və duzsuzlaşdırma zavodunun hədəfə alındığı bildirilib. Küveyt bunun beynəlxalq hüququn və ölkənin suverenliyinin pozulması olduğunu vurğulayıb. Rəsmi Küveyt gərginliyin artmasının regional təhlükəsizliyi təhdid etdiyini qeyd edib. Həmçinin ölkənin özünü müdafiə etmək üçün beynəlxalq hüquqa uyğun addımlar atmaq hüququ olduğu bildirilib. İran bu ittihamlara hələlik cavab verməyib. Məlumat müstəqil şəkildə təsdiqlənməyib.
İsrailin Qəzza zolağına endirdiyi PUA zərbələri nəticəsində azı üç nəfər ölüb. Məlumatı Əl-Cəzirəyə danışan tibbi mənbələr açıqlayıb. Bildirilib ki, hücumlar səhər saatlarından başlayaraq müxtəlif əraziləri əhatə edib. Zərbələr nəticəsində ən azı 17 nəfər yaralanıb. Hücumların dəqiq hədəfləri barədə məlumat verilməyib. İsrail ordusu hadisə ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb. Məlumat müstəqil şəkildə təsdiqlənməyib. Qəzza zolağında hərbi əməliyyatlar və humanitar vəziyyət gərgin olaraq qalır.